Az    |     Ru    |     En
      

20 iyun 2016-cı il

 

     “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti

 

 

     UÇOT SİYASƏTİ VƏ MALİYYƏ HESABATLARINA QEYDLƏR

       

       31 dekabr  2015-ci il tarixində başa çatmış il üzrə

 

         МÜƏSSİSƏ HAQQINDA MƏLUMAT

 

            “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) "Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamına, "Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 28 dekabr tarixli 1659 nömrəli Sərəncamına və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 826 nömrəli Fərmanına əsasən fəaliyyət göstərən qurumdur.        

         “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.05.2016-cı il tarixli 188 №-li Qərarıi ilə təsdiq edilmişdir.

        “Azəravtoyol” ASC  vahid  99000013141 №-li VÖEN-li vergi ödəyicisidir.

          -    Əsas fəaliyyət növü:           Avtomobil yollarının saxlanılması, tikintisi və təmiri

          -    Mülkiyyət növü:                 Dövlət mülkiyyəti

          -    Təşkilatı-hüquqi forması:    Dövlət müəssisəsi

          -    Tabeçiliyi:                           Nazirlər Kabineti

          -    Hüquqi ünvan: AZ1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 2025-ci məhəllə.

        “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti  tabeçiliyində olan 108 struktur vahidləri tərəfindən tərtib edilmiş ilk balanslar əsasında toplu maliyyə hesabatları təqdim edir.

          Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə aşağıdakı şəxslər cavabdehdirlər:

  • “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri:  Saleh Ərşad oğlu Məmmədov
  •   Maliyyə İdarəsinin  rəisi:  Müseyib Mürsəl oğlu Həmzəyev

         Cəmiyyətin əsas məqsədləri Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmətlərin göstərilməsindən, balansına verilmiş avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, tikilməsindən, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsindən ibarətdir.

 

 

TƏQDİMATIN ƏSASI

 

          Мüəssisə mühasibat yazılaşlarını Azərbaycan Respublikasının mühasibat uçotu qaydaları əsasında aparır.

Maliyyə hesabatlarının hazırlanmasında hesabat tarixinə aktiv və öhdəliklərin qeyd olunmuş məbləğlərinə və hesabat dövründə gəlir və xərclərin qeydə alınmış məbləğlərinə təsir edə biləcək hesablamalardan istifadə olunur.

 

 

ƏMƏLIYYAT VALYUTASI

 

          Təqdim olunan maliyyə hesabatlarında əməliyyat valyutası Azərbaycan Manatıdır (“AZN”)

 

UÇOT SİYASƏTLƏRİ

 

Aşağıdakı uçot siyasətləri əsaslı surətdə əhəmiyyətli olan maddələrə müvafiq olaraq müəssisənin maliyyə hesabatlarında tətbiq edilmişdir.

 

UÇOT METODU

 

             “Azəravtoyol” ASC  üzrə mühasibat uçotu Maliyyə Nazirliyinin  15 sentyabr 1995-ci il tarixli İ-80 saylı əmri ilə təsdiq edilmiş “Müəssisələrin illik mühasibat hesabatları və onun tətbiqi qaydaları” və “Müəssisələrin  mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat” əsasında aparılır.

Maliyyə hesabatları ilkin мühасибат sənədləri əsasında hazırlanmışdır.

 

 

TORPAQ, TIKILI, AVADANLIQ VƏ AMORTIZASIYA

 

Aktiv kimi tanına bilən torpaq, tikili və avadanlıq obyekti əldə olunan zaman ilkin dəyəri əsasında tanınır. “İlkin dəyər” ödənilmiş pul və ya pul ekvivalentlərinin məbləğinə və ya ödənilmiş hər hansı digər əvəzləşdirmənin ədalətli dəyərinə bərabərdir. Əsas vəsaitlər yığılmış köhnəlmə və hər hansı qiymətdən düşmə zərəri çıxılmaqla ilkin dəyərlə tanınır (“ilkin dəyər modeli”). Torpaq istisna olmaqla əsas vəsaitlərin köhnəlməsi “azalan qalıq metodu” əsasında aktivlərin illik köhnəlmə dərəcələrini istifadə etməklə hesablanır :

           Binalar və tikililər                                                           7 %

           Maşın və avadanlıqla                                                    25 %

           Nəqliyyat vasitələri                                                       25 %

           Digər aktivlər                                                                20 %

Hər bir maliyyə ilinin sonunda aktivlərin qiymətdən düşmə zərərini müəyyən etmək üçün ilkin dəyərə əsaslanan balans dəyəri ilə bərpa oluna bilən dəyəri müqayisə edilir. Əgər balans dəyəri bərpa oluna bilən dəyərindən əhəmiyyətli dərəcədə atrıq olarsa, bu iki dəyər arasındakı fərq mənfəət və zərər haqqında hesabatda xərc kimi göstərilməklə balans dəyəri bərpa oluna bilən dəyərə qədər silinir.

        “Azəravtoyol” ASC- nin  əsas vəsaitlərin hərəkəti

 

Əsas vəsaitlər

01.01.2015-ci ilə ilkin dəyər

Mədaxil

Məxaric

31.12.2015-ci ilə ilkin dəyər

 

Binalar

10127475,52

13204456,40

460420,00

22871511,92

 

Qurğular

383658025,04

2015373,10

150832,80

385522565,34

 

Ötürücü qurğular

40962602,00

704,00

43677,00

40919629,00

 

Maşın və avadanlıqlar

100755513,98

4925505,19

2816141,16

102864878,01

 

Nəqliyyat vasitələri

138198120,03

1878233,84

4760919,57

135315434,30

 

Təsərrüfat inventarları

3915482,53

25450,70

122152,00

3818781,23

 
 

Çoxillik əkmələr

1868088,60

75973,50

59,00

1944003,10

 

Digər  əsas vəsaitlər

1212948,60

978172,30

392500,40

1798620,50

 

Cəmi

680698256,30

23103869,03

8746701,93

695055423,40

 

Əsas vəsaitlərin köhnəlməsi

254578210,40

14984392,15

4858193,79

264704408,80

 

Qalıq dəyəri

426120045,90

   

430351014,60

 

 

            Azərbaycan Respublikasının Nəqliyyat Nazirlıyinin 09.09.2015-ci il tarixli, 119/Ü saylı əmrə əsasən, əsas vəsaitlərin inventarizasiyası aparılmışdır.  Əsas vəsaitlərin uçotu, hərəkəti, silinməsi müvafiq qaydada normativ sənədlərin tələblərinə uyğun olaraq təşkil olunmuşdur.

 

QEYRİ-MADDİ AKTİVLƏR

 

      Qeyri-maddi aktivlərin tanınması onların ilkin dəyəri əsasında aparılır. İdarə ilkin tanınmadan sonra qeyri-maddi aktivi amortizasiya çıxılmaqla ilkin dəyər ilə uçota alır (“ilkin dəyər modeli”). Qeyd etmək lazımdır ki, faydalı müddətinə malik qeyri-maddi aktivlər amortizasiya oluna bilərlər, Faydalı istifadə müddətləri qeyri-müəyyən olan qeyri-maddi aktivlər isə amortizasiya oluna bilməzlər. İdarə faydalı istifadə müddətinə malik qeyri-maddi aktivlərə qanunvericiliklə müəyyən edilmiş amortizasiya hesablayır.

Qeyri maddi aktivlərin hərəkəti

                        məbləğ

1 yanvar 2015 tarixə ilkin dəyər

16113,00

Yığılmış amortizasiya

11924,80

1 yanvar 2015 tarixə qalıq dəyəri

4188,20

Daxilolmalar

 

Xaricolmalar

 

Amortizasiya hesablamaları

0,00

Yenidənqiymətləndirmə

 

31 dekabr 2015 tarixə ilkin dəyər

16113,00

Yığılmış amortizasiya

11924,80

31 dekabr 2015 tarixə qalıq dəyəri

4188,20

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

EHTİYYATLAR (ƏMTƏƏ VƏ MATERİAL QİYMƏTLİLƏRİ)

 

          Ehtiyatlar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha az olan dəyərlə qiymətləndirirlər. Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə (FİFO metodu) hesablanır. Hazır məhsulun və bitməmiş istehsalın maya dəyərinə xammal və material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir.

       “Azəravtoyol” ASC-nin  mal-material  və azqiymətli əşyaların hərəkəti

           

 

 

Material

ehtiyatları

Azqiymətli və

tezköhlənən

əşyalar

Hazır

məhsul

Cəmi

1 yanvar 2015-ci

il  tarixə

ehtiyat qalıqları

 

30653698,31

1076002,28

90172,31

31819872,90

Mədaxil

 

184970074,48

2443937,90

0,00

187414012,38

Məxaric

 

185115006,20

381169,47

67394,57

185563570,24

31 dekabr 2015-ci il tarixə

ehtiyat qalıqları

 

30508766,59

3138770,71

22777,74

33670315,04

           

 

 

PUL VƏSAİTLƏRİ, BANK VƏ KASSA ƏMƏLİYYATLARI

 

Pul vəsaitləri – nağd pul vəsaitləri, bank hesablarında saxlanılan və tələblər üzrə verilən pul vəsaitləridir.

        “Azəravtoyol” ASC  aşağıdakı cədvəldə göstərilən banklarda hesablaşma hesabı və valyuta hesabı açmaqla bank əməliyyatlarını həyata keçirir.

         “Azəravtoyol” ASC -nin bank və xəzinə hesabları aşağıdakı kimidir:

 

Bankın adı

Hesab nömrəsi

Valyuta növü

DƏMİRBANK ASC-NİN MƏRKƏZ FİLİALI

AZ73AZER000024581036EUR40130

EUR

"UNİBANK KOMMERSİYA BANKI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

AZ76UBAZ01007947240160USD001

USD

"BANK TECHİQUE" AÇIQ SƏMDAR CƏMİYYƏTİ

33160356440001

USD

"BANK TECHİQUE" AÇIQ SƏMDAR CƏMİYYƏTİ

33060356440001

AZN

"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

AZ20IBAZ38190018409330331120

USD

BEYNƏLXALQ SKB-NIN NƏQLİYYAT FİLİALI

AZ62IBAZ380050109449345490205

AZN

BEYNƏLXALQ SKB-NIN NƏQLİYYAT FİLİALI

AZ52IBAZ38150108409345490205

USD

"KAPİTAL BANK" ASC-NİN RABİTƏ FİLİALI

38060029441802833118

AZN

KAPİTAL BANK SB-IN BAKI ŞƏHƏR FİLİALI

32010029441020203102

AZN

DƏMİRBANK ASC-NİN MƏRKƏZ FİLİALI

AZ81AZER000017110091AZN40030

AZN

KAPİTAL BANK SB-IN BAKI ŞƏHƏR FİLİALI

32110028401020203102

USD

DƏMİRBANK ASC-NİN MƏRKƏZ FİLİALI

17110372-USD-3816-6

USD

KAPİTAL BANK SB-IN BAKI ŞƏHƏR FİLİALI

32110018401020203102

USD

KAPİTAL BANK SB-IN BAKI ŞƏHƏR FİLİALI

32010019441020203102

AZN

BEYNƏLXALQ SKB-NIN NƏQLİYYAT FİLİALI

AZ06IBAZ38150078409345490205

USD

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ11İBAZ38150018409345490205

USD

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ28İBAZ38150018109345490205

RUR

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ21İBAZ38050019449345490205

AZN

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ16İBAZ38050079449345490205

AZN

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ88İBAZ38150019789345490205

EUR

Dəmirbank ASC-nin Mərkəz Filialı

AZ76AZER000039136578AZN40030

AZN

Kapital Bank ASC-nin Rabitə Filialı

AZ11AİİB33070019441801833118

AZN

Kapital Bank ASC-nin Rabitə Filialı

AZ98AİİB33170018401801833118

USD

Kapital Bank ASC-nin Rabitə Filialı

AZ91AİİB33070029441801833118

AZN

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

11306019449345490205

AZN

Paşa Bank Açıq Səhmdar Cəmiyyəti

AZ72PAHA00000000000010007491

USD

Kapital Bank ASC-nin Rabitə Filialı

18160018401801833118

USD

Kapital Bank ASC-nin Rabitə Filialı

32110018401801833118

USD

Kapital Bank ASC-nin Rabitə Filialı

32010019441801833118

AZN

Kapital Bank ASC-nin Rabitə Filialı

18060019441801833118

AZN

Kapital Bank ASC-nin Rabitə Filialı

AZ81AİİB33170028401801833118

USD

Kapital Bank ASC-nin Rabitə Filialı

Az64AİİB33170038401801833118

USD

Bank of Azerbaijan ASC

AZ11AZEJ00100186610004R38150

RUR

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ91İBAZ38150028409345490205

USD

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ84İBAZ38050039449345490205

AZN

Kapital Bank ASC-nin Rabitə Filialı

AZ03İBAZ38150069789345490205

EUR

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ83İBAZ38150079789345490205

EUR

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

Az23İBAZ38150068409345490205

USD

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ33İBAZ38050069449345490205

AZN

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ04İBAZ38050029449345490205

AZN

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

AZ86IBAZ38150088409345490205

USD

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

AZ96IBAZ38050089449345490205

AZN

"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC

AZ30IBAZ38090019449330331120

AZN

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

38160018401801833118

USD

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

38160019781801833118

EUR

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

32110018401801774118

USD

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

32110019781801774118

EUR

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

AZ40IBAZ38150058409345490205

USD

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

11316018409345490205

USD

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

38060019441801833118

AZN

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

AZ79IBAZ38050099449345490205

AZN

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

AZ50IBAZ38050059449345490205

AZN

"AZƏR-TÜRK BANK" ASC

AZ86AZRT00034225ATB001C00001

AZN

"AZƏR-TÜRK BANK" ASC

AZ44AZRT00034225ATB002C00002

USD

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

AZ74AIIB33070039441801833118

AZN

"BANK OF AZERBAİJAN"ASC

AZ26AZEJ00100186610002U38150

USD

"BANK OF AZERBAİJAN"ASC

AZ35AZEJ0010018660007A38050

AZN

"PAŞA BANK"ASC

AZ72PAHA00000000000010007491

AZN

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

32010019441801774118

AZN

DƏMİRBANK ASC MƏRKƏZ FİL.

AZ52AZER000046821858AZN40030

AZN

"BANK OF AZERBAİJAN"ASC

AZ91AZEJ001001186610003E38150

EUR

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

AZ69IBAZ38150098409345490205

USD

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

38160018101801833118

RUR

"UNİBANK KOMMERSİYA
 BANKI"ASC

AZ39UBAZ01007947240060AZN001

AZN

7 saylı Xəzinədarlıq İdarəsi

8187701

AZN

7 saylı Xəzinədarlıq İdarəsi

5357702

AZN

7 saylı Xəzinədarlıq İdarəsi

2207702

AZN

 

        “Azəravtoyol” ASC-nin funksional valyutası AZN-dir. Cəmiyyətin gəlir, xərc, alınmış avadanlıq, mal-material ehtiyatları və öhdəliklərinin qiymətləndirilməsi, çəkilməsi, ödənilməsi və ya digər yolla ölçülməsi AZN ilə həyata keçirilir.

        Xarici valyuta ilə aparılmış əməliyyatlar ilkin olaraq əməliyyat tarixində qüvvədə olan müvafiq məzənnələri istifadə etməklə AZN ilə qeydə alınır.

     “Azəravtoyol” ASC-nin  pul vəsaitlərinin hərəkəti  və onların   ekvivalentlərinin ilin sonuna qalığı

Pul vəsaitləri

01.01.2015-ci ilə qalıq

Mədaxil

Məxaric

31.12.2015-ci ilə qalıq

Kassa qalığı

224653,75

5544600,24

1752112,42

4017141,57

Bank hesablarında pul

4665075,89

1307176087,12

1306892874,10

4948288,91

Bank hesablarında valyuta

1195827,98

201247061,56

184671191,41

17771698,13

Sair pul vəsaitləri

183722,20

4826,00

110944,26

77603,94

Cəmi

6269279,82

1513972574,92

1493427122,19

26814732,55

 

 

 

QURAŞDİRİLASI AVADANLIQLAR

 

       “Azəravtoyol” ASC-nin  01.01.2015-ci il tarixinə  Quraşdırılası avadanlıqlar üzrə qalıq  147354746,00  manat olmuşdur. 31.12.2015-ci il tarixinə Quraşdırılası avadanlıqlar üzrə qalıq  136937293,00  manat olmuşdur.

 

 

                                               

BAŞA ÇATDIRILMAYAN KAPİTAL QOYULUŞLARI

 

“Azəravtoyol” ASC-nin  01.01.2015-ci il tarixə Başa çatdırılmayan kapital qoyuluşları üzrə qalıq  6221279689,00 manat olmuşdur. Hesabat ilinin sonuna Başa çatdırılmayan kapital qoyuluşları üzrə  qalıq  6677020151,00 manat olmuşdur.

 

SAİR  DÖVRİ  AKTİVLƏR

 

 “Azəravtoyol” ASC-nin  01.01.2015-ci il tarixə Sair dövri aktivlər üzrə qalıq  19366091,96 manat olmuşdur. Hesabat ilinin sonuna isə  qalıq  68868977,59  manat olmuşdur.

 

MALİYYƏLƏŞDİRMƏ MƏNBƏƏLƏRİ VƏ SMETA XƏRCLƏRİNİN İCRASI

 

         “Azəravtoyol” ASC-nin  Dövlət büdcəsindən Avtomobil yollarının saxlanılması, tikintisi və təmiri üçün ayrılmış pul vəsaitinin öz təyinatına uyğun xərclənməsini həyata keçirir. 2015-ci ilin əvvəlinə Büdcədən məqsədli maliyyələşmə  və daxilolmalar üzrə qalıq olmamış, il ərzində mədaxil 494656411,70 manat olmuş, 494656411,70 manat vəsait xərclənmiş və ilin sonuna qalıq məbləği olmamışdır. Dövlət büdcəsindən ayrılan vəsaitlər  dövlət xəzinədarlığinda olan hesab üzrə icra edilir. Xəzinə hesabı üzrə xərclərin icrası müvafiq sənədləşmələr (öhdəlik, MAS, sifariş) əsasında həyata keçirilmiş, dövrlər üzrə müvafiq üzləşmələr aparılmışdır.

 

 

 

İŞÇİ HEYƏTİ İLƏ BAĞLI XƏRCLƏR VƏ AİDİYYATI AYIRMALAR.

 

          Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq Cəmiyyət işçilərin əmək  haqqlarindan məcburi sosial sığorta haqları tutur və onların Dövlət Sosial Müdafiə Fonduna köçürülür. Bundan əlavə bu tip təqaüd sistemi işəgötürən tərəfindən işçilərin əmək haqqı fondunun müəyyən faizi kimi Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqları ayırmlarını nəzərdə tutur.Təqaüdə çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər Dövlət Sosial Fondu tərəfindən yerinə yetirilir.Müəssisə Dövlət Sosial Müdafiə Fondunun qaydalarından əlavə ümumi əmək haqqı ödənişlərinin faizi kimi hesablanmış işçilər tərəfindən cari yardımları tələb edən pensiya ilə bağlı hər hansı,fərdi qadalara malik deyildir. Bundan başqa, Cəmiyyətdə hesablanması tələb olunan pensiya müavinətləri və ya kompensasiya edilən digər mühüm müavinətlər mövcud deyildir.

        2015-ci ildə  işçilərin orta sayı 10925 nəfər, əmək haqqı fondu 34046574,10 manat olmuşdur. İşçilərin əmək haqqından 4239095,62 manat gəlir vergisi tutulmuş və büdcəyə ödənilmişdir. İşçilərin əmək haqqından 8760735,88 manat sosiai müdafiə fonduna ayırmalar hesablanmış və fondunun hesabına 8326836,10 manat köçürülmüşdür. İlin sonuna işçilərə 2581360,27 manat əmək haqqı üzrə borc qalmışdır. İşçilərin əməyinin ödənişi ştat cədvəlinə əsasən hesablanıb kart vasitəsi ilə ödənilmişdir.

 

 

GƏLİR VƏ XƏRCLƏRİN TƏHLİLİ

 

          “Azəravtoyol” ASC-nin  2015-ci ildə əsas fəaliyyət növü olan avtomobil yollarının saxlanılması, tikintisi və təmiri işləri yerinə yetirmişdir. Cəmiyyətin əsas fəaliyyəti                   “Azəravtoyol” ASC özü ilə bağlanmış müqavilələr əsasında aparilir. Cəmiyyətdə müqavilələrin qeydiyyatı aparılmaqla il ərzində cəmi  372387609,30  manat dəyərində iş həcmi yerinə yetirilmlşdir. Cəmiyyətin 2015-ci ildə əsas fəaliyyətdən  gəliri  ƏDV nəzərə alınmamaqla 354110256,40 manat olmuşdur. Əlavə dəyər vergisi 18277352,93 manat təşkil etmişdir. Sair gəlir 156478,08 manat olmuşdur.

         “Azəravtoyol” ASC-nin  avtomobil yollarının saxlanılması, tikintisi və təmiri xərcləri avtomobil yollarının saxlanılması tikinti və tikinti quraşdırma işlərinin smetalarında nəzərdə tutulan ayırmalar əsasında maliyyələşdirilir.  2015-ci ildə “Azəravtoyol” ASC üzə 354110256,40 manat normativ əsasında vəsait xərclənmişdir.

          “Azəravtoyol” ASC-nin   2015-ci ildə ümumi xərclərin icrası aşağıdakı kimi olmuşdur:

 

Xərclərin adı

Məbləğ

Çəkisi (%)

Ə/haqqı

33168330,36

9,37

DSMF

8208965,20

2,32

Büdcə

6287439,29

1,78

Həm-karlar

30271,50

0,01

S.Q.Y.F-na

18210,98

0,01

Ə/V alınması

2673605,34

0,76

Ə/V təmir

680441,67

0,19

Avadanlıq

111199,68

0,03

Dəftərxana

64132,59

0,02

Xammal

169730928,40

47,93

Yanacaq

15384077,79

4,34

İstehsalat tikinti

8566398,00

2,42

Yerinə yet işlər

3106494,93

0,88

Q/i obyekt təmir

5812838,39

1,64

Kredit faiz

9629441,68

2,72

Borc qaytarilması

483612,64

0,14

İcarə haqqı

2124495,33

0,60

Rabitə xərc

54064,16

0,02

Mühafizə

2014845

0,57

Abunə

7432,40

0,00

Komunal

1022499,21

0,29

İŞ sgorta

437186,79

0,12

Reklam

180450,80

0,05

Tabeli qurum

25758,81

0,01

RHİK 2%

7944,00

0,00

Digər

84279191,43

23,80

Cəmi

354110256,40

100,00

 

 

 

 

 

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti 2015-ci ildə 156478,08 manat mənfəətlə  işləmişdir. Cəmiyyətin əldə etdiyi mənfəətdən 20 faiz dərəcəsi ilə 31295,62 manat mənfəət vergisi hesablanmış və Cəmiyyətin sərəncamında 125182,46 manat sərbəst mənfəət qalmışdır.

 

 

HESABLAŞMA VƏ KREDİT ƏMƏLİYYATI

 

        “Azəravtoyol” ASC uzun müddətlı və qısa müddətli bank kreditləri almışdır. Hesablaşmalar müəssisələrlə bank hesablaşmaları ilə aparılmışdır.

         Uzun müddətli bank kreditlər üzrə ilin əvvəlinə borc qalığı 242986186,90 manat olmuş, il ərzində 461671323,50 manat alınmış və 95469684,09 manat isə ödənilmişdir. 31.12.2015-ci il tarixə uzun müddətli bank kreditləri üzrə qalıq dəyəri cəmi 609187826,31 manat olmuşdur.Bu məbləğin 249070657,86 manatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2015-ci il tarixli    204 S nömrəli sərəncamına əsasən Dövlət tərəfindən Maliyyə Nazirliyinin zaminliyi ilə illik 1% olmaqla 10(on) il müddətinə verilmiş kredit borcudur.

        Qısa müddətli bank kreditlər üzrə ilin əvvəlinə borc qalığı 16256358,40 manat olmuş, il ərzində 52005733,03 manat alınmış və 63285983,43 manat isə ödənilmişdir. 31.12.2015-ci il tarixə qısa müddətli bank kreditləri üzrə qalıq dəyəri cəmi  4976108,00 manat olmuşdur.

         Debitorlarla hesablaşmalar üzrə ilin əvvəlinə borc qalığı 47268803,35 manat olmuş, il ərzində 372387609,30 manat yaranmış və 332310555,60 manat isə ödənilmişdir. 31.12.2015-ci il tarixə debitor borcların qalıq dəyəri qalıq dəyəri cəmi 87345857,05 manat olmuşdur.

         Kreditor borcları üzrə ilin əvvəlinə borc qalığı 52841160,30 manat olmuşdur. Hesabat ilində kreditor borcları 552150345,70 manat yaranmış, 509453253,10 manat isə ödənilmişdir ki, 31.12.2015-ci il tarixə borc qalığı 95538252,90 manat olmuşdur.

 

 

VERGİLƏR

 

        Cəmiyyət  Azərbaycan Respublikası Vergi Məcəlləsinə müvafiq olaraq, mənfəət vergisi, əmlak vergisi və əlavə dəyər vergisi, muzdlu və muzdlu olmayan gəlirlərdən gəlir vergisi, bu gəlirlərlə əlaqədar sosial sığorta ayırmaları, vergi qanunvericiliyinin tələblərinə müvafiq olaraq sair vergilərin və dövlət rüsumlarının ödəyicisidir.

     

Vergilər

Hesablanıb

Ödənilib

Əmlak vergisi

83222,26

80166,14

Mənfəət vergisi

31295.62

22990,52

Torpaq vergisi

4770,6

4370,60

ƏDV

18337487,2

18277352,93

Gəlir vergisi

4239095,62

4338075,29

Yol vergisi

183911,25

173950,93

Sair vergilər

63429,15

119280,25

İqtisadi sanksiya

9276,61

9450,60

Cəmi

22921192,70

23025637,26

 

Hesabat ilinin sonuna büdcəyə bütünlüklə  vergilər üzrə borc qalığı qalmamışdır.

 

 

KAPİTALDA DƏYİŞİKLİK

 

 

Kapital qalığı

01.01.2015-ci ilə qalıq

Hesablanıb

Ödənilib

31.12.2015-ci ilə qalıq

Nizamnamə kapitalı

249993907,10

0,00 

0,00 

249993907,10

Əlavə kapital

6265866047,00

823926849,00

717436269,60

6372356626,40

Ehtiyyat kapitalı

43992667,40

38997,00

1613,00

44030051,40

Yığım fondu

749516,00

23915,20

8690,00

764741,20

Istehlak fondu

1465403,50

115529,46

106864,16

1474068,80

Sosial sferalar fondu

22404,80

0,00

0,00

22404,80

İcarə ohdəlikləri

0,00

13015524,91

0,00

13015524,91

Büdcədən məqsədli maliyyələşmə

0,00

494656411,70

494656411,70

0,00

Büdcədən kənar fondlardan məqsədli maliyyələşmə

0,00

14796841,41

14796841,41

0,00

Cəmi

6562089945,80

1346574068,68

1227006689,87

6681657324,61

 

          Kapital qoyuluşlarının maliyyələşdirilməsinə büdcədən  433887015,50  manat alınmışdır.

        

 

 

Rəhbər

 

 

Baş mühasib

 

 

 

MÜSTƏQİL AUDİTOR HESABATI

 

         “Azəravtoyol” ASC-nin rəhbərliyinə

          Biz «Azəravtoyol» ASC–nin 31.12.2015-ci il tarixinə başa çatmış il üzrə balans hesabatından və bu tarixdə mənfəət və zərər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti barədə hesabatlarından, habelə əhəmiyyətli uçot siyasətinin və digər izahedici qeydlərin qısa xülasəsindən ibarət olan əlavə edilmiş maliyyə hesabatlarının auditini apardıq.

Maliyyə Hesabatları üzrə rəhbərliyin məsuliyyəti

          «Azəravtoyol» ASC-nin rəhbərliyi bu maliyyə hesabatlarının mövcud qanunvericiliyə uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi üzrə məsuliyyət daşıyır.Həmin məsuliyyətə firildaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli səhvlər olmayan maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarətin təşkili,tətbiqi və saxlanması; müvafiq uçot siyasətinin seçilməsi və tətbiqi; müəyyən şəraitə münasib olan uçot ehtimallarının müəyyən edilməsi daxildir.

          Audit yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə «Azəravtoyol» ASC-nin rəhbərliyi məsuliyyət daşıyır.

Auditorun məsuliyyəti

          Bizim vəzifəmiz apardığımız audit əsasında bu maliyyə hesabatları üzrə rəy ifadə etməkdir. Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar bizdən etik normalara riayət etməyi və auditin planlaşdırılması və aparılmasını maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir.

          Auditə maliyyə hesabatlarında göstərilən məbləğlər və açıqlamalar barədə audit sübutlarının əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar, eləcə də firildaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, maliyyə hesabatlarının əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsi auditorun mühakiməsindən asılıdır. Bu risklər qiymətləndirilərkən auditor müəyyən şəraitdə münasib olan audit prosedurlarının işlənib hazırlanması məqsədilə müəssisənin maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsinə aid olan daxili nəzarət elementlərini nəzərə alır, lakin bu zaman müəssisənin daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmür. Auditə, həmçinin tətbiq edilmiş uçot prinsiplərinin və rəhbərlik tərəfindən edilmiş mühüm ehtimalların qiymətləndirilməsi, o cümlədən maliyyə hesabatlarının təqdim edilməsi üzrə qiymətləndirmənin aparılması daxildir.

          Hesab edirik ki, əldə etdiyimiz audit sübutları auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir. Rəy Bizim fikrimizcə, 31.12.2015-ci il tarixinə başa çatmış il üzrə maliyyə hesabatları «Azəravtoyol» ASC-nin maliyyə vəziyyətini, maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli hallarda mövcud qanunvericiliyə müvafiq olaraq düzgün əks etdirir.

 

 Fəxri Auditor                                                                       E.Əliyev

 31.05.2016

 

 

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin