Az    |     En
      

       “Asiya Avtomobil Yolları Şəbəkəsi haqqında” Hökumətlərarası Sazişin təsdiq                                                                                  edilməsi barədə                               

 

                                    AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I.    “Asiya Avtomobil Yollan Şəbəkəsi haqqında” 2004-cü il aprelin 28-də Şanxay şəhərində imzalanmış Hökumətlərarası Saziş (həmin Sazişə dair Azərbaycan Respublikasının bəyanatı ilə birlikdə) təsdiq edilsin.

II.   Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

  Bakı şəhəri, 5 aprel 2005-ci il

№ 878-IIQ

 

 

                            Asiya Avtomobil Yolları Şəbəkəsi haqqında Hökumətlərarası

 

                                                              SAZİŞ

 

Razılığa gələn tərəflər,

Asiya və Asiya ilə digər qonşu regionlar arasında beynəlxalq avtomobil daşımalarının təşviq olunması və inkişaf etdirilməsi zərurətini etiraf edərək,

Asiya avtomobil yolları şəbəkəsinin formalaşdırılması və istismarı sahəsində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının üzv dövlətləri arasındakı əməkdaşlığı nəzərə alaraq,

Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının üzvləri arasında əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq ticarətin və turizmin təşviq olunması üçün təcrübədə səmərəli beynəlxalq qarışıq daşımaların tətbiq edilməsini nəzərə alaraq, Asiya avtomobil yollan şəbəkəsinin beynəlxalq daşımalar və ətraf mühitin qorunması tələblərinə uyğun olaraq inkişaf etdirilməsinin zəruri olduğunu hesab edərək,

Asiya daxilində və Asiya ilə qonşu regionlar arasında beynəlxalq avtomobil daşımalarının planlaşdırılması, inkişaf etdirilməsi və təkmilləşdirilməsi üzrə birgə səyləri davam etdirərək,

aşağıdakılar barəsində razılığa gəldilər:

 

                                                                   Maddə1

                              Asiya avtomobil yolları şəbəkəsinin təsdiq edilməsi

 

Bundan sonra “Tərəflər” adlanacaq Razılığa gələn Tərəflər, öz dövlətdaxili proqramları çərçivəsində həyata keçirmək istədikləri və beynəlxalq əhəmiyyəti olan avtomobil yollan marşrutlarının inkişafı üzrə əlaqələndirilmiş plan kimi, bu Sazişin 1 saylı əlavəsində təsvir olunmuş və bundan sonra “Asiya avtomobil yolları şəbəkəsi” adlanacaq təklif olunmuş avtomobil yollan şəbəkəsini təsdiq edirlər.

 

                                                                   Maddə 2

                                         Asiya avtomobil yolları şəbəkəsi anlayışı

 

I Əlavədə təsvir edilmiş Asiya avtomobil yolları şəbəkəsinə, Asiyadan keçən, o cümlədən əhəmiyyətinə görə, əsas hissəsi birdən artıq subregiondan keçən yollar; subregionlardan keçən marşrutlar, o cümlədən onları qonşu subregionlarla birləşdirən marşrutlar və Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının üzv dövlətlərinin ərazisindən keçən şose yolları daxildir.

 

                                                                   Maddə 3

                                Asiya avtomobil yolları şəbəkəsinin inkişaf etdirilməsi

 

Asiya avtomobil yollan şəbəkəsinin marşrutları bu Sazişin II Əlavəsində qeyd olunmuş təsnifata və layihələndirmə normalarına uyğunlaşdırılır.

 

                                                                   Maddə 4

                            Asiya avtomobil yolları şəbəkəsi marşrutlarının nişanlanması

 

1.   Asiya avtomobil yolları şəbəkəsinin marşrutları bu Sazişin III Əlavəsində qeyd olunmuş yol nişanı ilə nişanlanır.

2.   Bu Sazişin III Əlavəsində təsvir edilmiş nişanlara uyğun gələn yol nişanları, bu Sazişin 6-cı maddəsinin müddəalarına uyğun olaraq Sazişin müvafiq dövlətə münasibətdə qüvvəyə mindiyi tarixdən etibarən beş (5) il müddətində Asiya avtomobil yolları şəbəkəsinin bütün marşrutları üzrə quraşdırılır.

 

                                                                   Maddə 5

                          Sazişin imzalanma proseduru və iştirakçısı olmaq qaydası

 

1.   Bu Saziş Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının üzvü olan dövlətlər üçün 26-28 aprel 2004-cü il tarixlərində Çinin Şanxay şəhərində, sonradan isə 1 may 2004-cü ildən 31 dekabr 2005-ci ilə qədər Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Mərkəzi Qərargahında imzalanmaq üçün açıqdır,

2.   Həmin Dövlətlər bu Sazişin aşağıdakı qaydada iştirakçısı ola bilər:

a)   son imzalama;

b)   ratifikasiya, qəbul və ya təsdiq etmək şərtilə, ratifikasiya, qəbul və ya təsdiqlə müşayiət olunan imzalama;

c)   qoşulma;

3.   Ratifikasiya, qəbul, təsdiq və ya qoşulma, lazımi qaydada tərtib edilmiş sənədin Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilməsi vasitəsilə həyata keçirilir.

 

                                                                   Maddə 6

                                                Sazişin qüvvəyə minməsi

 

1.   Bu Saziş, 5-ci maddənin 2-ci bəndinə uyğun olaraq, ən azı səkkiz (8) dövlətin hökumətinin Sazişlə öhdəlikli olması haqqında razılıqlarını ifadə etdikləri gündən doxsan gün sonra qüvvəyə minir.

2.   Sazişin qüvvəyə minməsi şərtləri təmin edildiyi tarixdən sonra Sazişi imzalamış və ya ratifikasiya, qəbul, təsdiqetmə və ya qoşulma haqqında sənədi saxlanca vermiş hər bir dövlətə münasibətdə Saziş, müvafiq sənədin həmin dövlət tərəfindən yekun imzalanmasından və saxlanca verilməsindən doxsan (90) gün sonra qüvvəyə minir.

 

                                                                   Maddə 7

                                        Asiya avtomobil yolları üzrə İşçi Qrupu

 

1.   Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası bu Sazişin həyata keçirilməsinə nəzarət etmək və ona edilməsi təklif olunan istənilən düzəlişi nəzərdən keçirmək üçün Asiya avtomobil yolları üzrə işçi Qrupunu yaradır. Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının bütün üzv dövlətləri həmin işçi Qrupunun üzvləridirlər.

2.   İşçi Qrupu öz iclaslarını iki ildə bir dəfə keçirəcəkdir. Eyni zamanda, istənilən Tərəf katibliyə ünvanlanmış bildiriş vasitəsilə İşçi Qrupunun xüsusi iclasının çağırılması xahişi ilə müraciət edə bilər. Əgər Tərəflərin ən azı üçdə biri, Katiblik tərəfindən bildiriş verilən tarixdən etibarən dörd (4) aylıq müddət ərzində xüsusi iclasın çağırılması təklifinə öz razılıqlarını bildirərsə, katiblik İşçi Qrupunun bütün üzvlərini daxil olmuş xahiş barəsində və xüsusi iclasın çağırılması haqqında məlumatlandırır.

 

                                                                   Maddə 8

                                Sazişin əsas mətninə düzəlişlərin edilməsi qaydası

 

1.   Bu Sazişin əsas mətninə bu maddədə qeyd olunmuş qaydalara uyğun olaraq düzəlişlər edilə bilər.

2.   İstənilən Tərəf bu Sazişə düzəlişlərin edilməsini təklif edə bilər.

3.   Edilməsi təklif olunan istənilən düzəlişin mətni, həmin düzəlişin qəbul edilməsi nəzərdə tutulan İşçi Qrupunun iclasının başlanmasına ən azı qırx beş (45) gün qalmış katiblik tərəfindən İşçi Qrupunun bütün üzvlərinə göndərilir.

4.   Düzəliş Asiya avtomobil yolları üzrə İşçi Qrupu tərəfindən Tərəflərin səsvermədə olan və iştirak edən üçdə iki hissəsinin əksəriyyətinin səs verməsi ilə təsdiqlənir. Katiblik təsdiq edilmiş düzəlişi, qəbul edilməsi üçün bütün Tərəflər arasında yayacaq Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərir.

5.   Bu maddənin 4-cü bəndinə uyğun olaraq, qəbul edilmiş düzəliş bütün Tərəflərin onu qəbul etməsindən on iki (12) ay sonra qüvvəyə minir. Düzəliş, onun qüvvəyə minməsindən əvvəl onu qəbul etmədiyini bəyan edən Tərəflər istisna olmaqla, bütün Tərəflərə münasibətdə qüvvəyə minir. Bu bəndə müvafiq olaraq qəbul edilmiş düzəlişi qəbul etməməsi haqqında bəyanat vermiş istənilən Tərəf bundan sonra istənilən zaman belə düzəlişi qəbul etməsi haqqında sənədini Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verə bilər. Belə dövlətə münasibətdə düzəliş, qeyd olunan sənədin saxlanca verildiyi tarixdən on iki (12) ay sonra qüvvəyə minir.

                                                                   Maddə9

                             Sazişin I Əlavəsinə düzəlişlərin edilməsi proseduru

 

1.   Bu Sazişin I Əlavəsinə bu maddədə nəzərdə tutulmuş prosedura uyğun olaraq düzəlişlər edilə bilər.

2.   Beynəlxalq sərhəd keçidini dəyişməyən daxili trassaya aid olan düzəlişlər istisna olmaqla, istənilən Tərəf bilavasitə aidiyyəti qonşu dövlətlərlə məsləhətləşmələr apardıqdan sonra və konsensusa nail olmaqla düzəlişlərin edilməsini təklif edə bilər.

3.   Təklif olunan istənilən düzəlişin mətni, Katiblik tərəfindən İşçi Qrupunun bütün üzvləri arasında onun qəbul edilməsi nəzərdə tutulan İşçi Qrupunun iclasına ən azı qırx beş (45) gün qalmış yayılır.

4.   Düzəliş Asiya avtomobil yolları üzrə İşçi Qrupu tərəfindən Tərəflərin səsvermədə olan və iştirak edən üçdə iki hissəsinin əksəriyyətinin səs verməsi ilə təsdiqlənir, Katiblik təsdiq edilmiş düzəlişi, onun qəbul edilməsi üçün bütün Tərəflər arasında yayacaq Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərir.

5.   Bu maddənin 4-cü bəndinə uyğun olaraq təsdiq edilmiş düzəliş qəbul edilmiş hesab edilir, bu şərtlə ki, bilavasitə aidiyyəti Tərəflərdən hər hansı biri bildirişin göndərildiyi gündən etibarən altı (6) ay ərzində həmin düzəlişə etiraz etməsi haqqında Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildirməmiş olsun.

6.   Bu maddənin 5-ci bəndinə uyğun olaraq təsdiq edilmiş düzəliş, bu maddənin 5-ci bəndində göstərilən altı (6) aylıq müddətin başa çatdığı gündən etibarən üç ay sonra bütün Tərəflər üçün qüvvəyə minir.

7.   Bilavasitə aidiyyəti olan Tərəflər aşağıdakılardır:

a)   Asiya avtomobil yollarının marşrutlarına yeni marşrut daxil edildikdə və ya mövcud marşrut dəyişdirildikdə, əksər hissəsi birdən artıq subregiondan keçən həmin marşrutun keçdiyi ərazi üzrə istənilən Tərəf; və

b)   subregionlar daxilində Asiya avtomobil yollarının marşrutlarına, o cümlədən qonşu subregionları birləşdirən marşrutlara və üzv dövlətlərin ərazisindən keçən marşrutlara yeni marşrut daxil edildikdə və ya mövcud marşrut dəyişdirildikdə, həmin marşrutun və ya həmin yeni və ya dəyişilməli olan marşrutla birləşən və əsas hissəsi birdən artıq subregiondan keçən Asiya avtomobil yolları marşrutunun keçdiyi dövlətlə həmsərhəd olan və müraciət etmiş istənilən Tərəf. Bu bəndin məqsədləri üçün həmsərhəd olan Tərəf kimi, həmçinin ərazisində, əksər hissəsi birdən artıq subregiondan keçən, Asiya avtomobil yollan marşrutunda və ya yuxarıda qeyd olunan marşrutlarda yerləşən son dəniz nəqliyyatı məntəqələri olan iki Tərəf başa düşülür.

8. Bu maddənin 5-ci bəndi üzrə etirazlara baxılması məqsədilə Katiblik, düzəlişin mətni ilə birlikdə, düzəlişə bilavasitə aidiyyəti olan Tərəflərin siyahısını Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edir.

 

                                                                   Maddə 10

                      Sazişin II əlavəsinə və III Əlavəsinə düzəlişlərin edilməsi proseduru

 

1.   Bu Sazişin II Əlavəsinə və III Əlavəsinə bu maddədə nəzərdə tutulan prosedura uyğun olaraq düzəlişlər edilə bilər.

2.   İstənilən Tərəf düzəlişlərin edilməsini təklif edə bilər.

3.   Təklif olunan istənilən düzəlişin mətni, Katiblik tərəfindən İşçi Qrupunun bütün üzvləri arasında onun qəbul edilməsi nəzərdə tutulan İşçi Qrupunun iclasına ən azı qırx beş (45) gün qalmış yayılır.

4.   Düzəliş Asiya avtomobil yollan üzrə İşçi Qrupu tərəfindən Tərəflərin səsvermədə olan və iştirak edən üçdə iki hissəsinin əksəriyyətinin səs verməsi ilə təsdiqlənir. Katiblik təsdiq edilmiş düzəlişi, onun qəbul edilməsi üçün bütün Tərəflər arasında yayacaq Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərir.

5.   Bu maddənin 4-cü bəndinə uyğun olaraq təsdiq edilmiş düzəliş qəbul edilmiş hesab edilir, bu şərtlə ki, Tərəflərin üçdə birindən az olan hissəsi, bildirişin göndərildiyi gündən etibarən altı (6) ay ərzində həmin düzəlişə etiraz etməsi haqqında Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildirməmiş olsun.

6.   Bu maddənin 5-ci bəndinə uyğun olaraq təsdiq edilmiş düzəliş, bu maddənin 5-ci bəndində göstərilən altı (6) aylıq müddətin başa çatdığı gündən etibarən üç ay sonra bütün Tərəflər üçün qüvvəyə minir.

                                                                   Maddə 11

                                                             Qeyd-şərtlər

 

14-cü maddənin 5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, bu Sazişin heç bir müddəasına qeyd-şərt edilə bilməz.

 

                                                                   Maddə 12

                                                             Sazişdən çıxma

 

İstənilən Tərəf Birləşmiş Millətlər Təşkilatının Baş katibinə ünvanlanmış yazılı bildiriş göndərməklə bu Sazişdən çıxa bilər. Çıxma, Baş katibin həmin bildirişi aldığı gündən bir (1) il sonra qüvvəyə minir.

 

                                                                   Maddə 13

                                                Sazişin qüvvədən düşməsi

 

Tərəflərin sayı hər hansı ardıcıl olan on iki (12) aylıq müddət ərzində səkkizə (8) çatmazsa, Saziş qüvvədən düşür.

 

                                                                   Maddə 14

                                              Mübahisələrin tənzimlənməsi

 

1.   İki və ya bir neçə Tərəf arasında bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı yaranmış mübahisə və Tərəflərin danışıqlar və ya məsləhətləşmələr yolu ilə tənzimləyə bilmədikləri istənilən mübahisə, mübahisə Tərəflərindən hər hansı birinin xahişi ilə münsiflər araşdırmasına təqdim edilir və bu məqsədlə mübahisə Tərəfləri arasında qarşılıqlı razılaşma ilə seçilmiş bir və ya bir neçə münsifin müzakirəsinə verilir. Mübahisə Tərəfləri, araşdırma haqqında xahişin edildiyi tarixdən sonra üç (3) ay ərzində münsif və ya münsiflərin təyin edilməsində razılığa gələ bilmədikdə, həmin Tərəflərdən hər hansı biri mübahisənin veriləcəyi bir münsifi təyin etmək üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müraciət edə bilər.

2.   Bu maddənin 1-ci bəndinə uyğun olaraq təyin edilmiş münsif və ya münsiflərin tövsiyələri, mahiyyət etibarilə icbari olmadıqda, mübahisə Tərəflərinin yeni mülahizələri üçün əsas olmalıdır.

3.   Qarşılıqlı razılaşma ilə mübahisə Tərəfləri əvvəlcədən razılığa gələ bilərlər ki, münsif və ya münsiflərin tövsiyələri onlar üçün icbaridir.

4.   Bu maddənin 1, 2 və 3-cü bəndləri mübahisə Tərəfləri arasında qarşılıqlı razılaşdırılmış digər mübahisə tənzimləməsi üsullarını istisna edən müddəa kimi təfsir edilmir.

5.   İstənilən dövlət son imzalama və ya ratifikasiya, qəbul, təsdiq və ya qoşulma haqqında sənədini saxlanca verən zaman bu maddənin münsiflər araşdırmasına aid olan müddəaları ilə öhdəlikli olmadıqları haqqında qeyd-şərt edə bilərlər. Digər Tərəflər belə qeyd-şərt etmiş istənilən Tərəfə münasibətdə bu maddənin münsiflər araşdırmasına aid olan müddəaları ilə öhdəlikli hesab edilmirlər.

                                                                   Maddə 15

                                             Sazişin tətbiqində məhdudiyyətlər

 

1.   Bu Sazişin heç bir müddəası Tərəflərdən hər hansı birinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun gələn tədbiri görməsinə mane olan və özünün xarici və ya daxili təhlükəsizliyinin təmin edilməsi üçün zəruri hesab etdiyi yaranmış vəziyyətlə məhdudlaşdıran müddəa kimi təfsir edilmir.

2.   Tərəf özünün büdcəsi və digər maliyyə növləri çərçivəsində və özünün qanunlarına və qaydalarına uyğun olaraq, bu Sazişə əsasən Asiya avtomobil yolları şəbəkəsinin inkişafı üçün hər cür mümkün səyləri göstərməyə çalışır.

3.   Bu Sazişin heç bir müddəası istənilən Tərəfin malların və sərnişinlərin öz ərazisindən yerdəyişməsinə icazə verən öhdəliyi üzərinə qoyan müddəa kimi təfsir edilmir.

 

                                                                   Maddə 16

                                               Tərəflərin məlumatlandırılması

 

7, 8, 9 və 10-cu maddələrdə nəzərdə tutulan bildirişlərə və bu Sazişin 14-cü maddəsində nəzərdə tutulan qeyd-şərtə əlavə olaraq, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Tərəfləri və 5-ci maddədə göstərilən digər Dövlətləri aşağıdakılar barəsində məlumatlandırır:

a)   5-ci maddəyə uyğun olaraq, son imzalama, ratifikasiya, qəbul, təsdiq və qoşulma haqqında;

b)   6-cı maddəyə uyğun olaraq, bu Sazişin qüvvəyə mindiyi tarix haqqında;

c)   8-ci maddənin 5-ci bəndinə, 9-cu maddənin 6-cı bəndinə və 10-cu maddənin 6-cı bəndinə uyğun olaraq, bu Sazişə edilmiş düzəlişlərin qüvvəyə mindiyi tarix haqqında;

d)   12-ci maddəyə əsasən çıxmaq haqqında;

e)   13-cü maddəyə əsasən bu Sazişin ləğv edilməsi haqqında.

 

                                                                   Maddə 17

                                                    Sazişə edilmiş əlavələr

 

Sazişə I, II, III əlavələr bu Sazişin ayrılmaz hissəsini təşkil edir.

 

                                                                   Maddə 18

                                                            Sazişin Katibliyi

 

Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası bu Sazişin Katibliyi kimi çıxış edir.

 

                                                                       Maddə 19

                                          Sazişin Baş katibə saxlanca verilməsi

 

Bu Sazişin əsli, onun lazımi qaydada təsdiq edilmiş nüsxələrini Sazişin 5-ci maddəsində göstərilən dövlətlərə ötürən Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilir.

Bunun təsdiqi olaraq, bunun üçün lazımi qaydada müvəkkil edilmiş aşağıda imza edənlər bu Sazişi imzaladılar.

Mətnləri Çin, ingilis və rus dillərində, mətnin hər üçü autentik olaraq eyni qüvvəyə malik olan əsl nüsxə iki min dördüncü il aprel ayının iyirmi altıncı günündən etibarən Çinin Şanxay şəhərində imzalanmaq üçün açıqdır.

                                                                   ƏLAVƏ I

 

                                                   ASİYA AVTOMOBİL YOLLARI

 

1.   Asiya avtomobil yollan şəbəkəsinə, Asiya daxilində beynəlxalq əhəmiyyətli marşrutlar, o cümlədən: Şərqi və Şimal-Şərqi Asiya, Cənubi və Cənub-Qərbi Asiya, Cənub-Şərqi Asiya və Şimali və Mərkəzi Asiya kimi birdən artıq subregiondan keçən marşrutlar; subregionlar daxilindəki marşrutlar, o cümlədən onları qonşu subregionlarla birləşdirən marşrutlar, habelə üzv dövlətlərin ərazisi daxilində (a) paytaxtlara, (b) əsas sənaye və kənd təsərrüfatı mərkəzlərinə, (c) əsas hava, dəniz və çay limanlarına, (d) əsas konteyner terminallarına və depolara və (e) əsas turizm mənbələrinə çıxışı olan marşrutlar daxildir.

2.   Marşrut nömrələri bir, iki və ya üç rəqəmli “Asiya avtomobil yolları” mənasını daşıyan “AH” hərfləri ilə başlayır.

3.   1-dən 9-dək olan bir rəqəmli nömrələrlə əsas etibarilə birdən artıq subregiondan keçən Asiya avtomobil yolları marşrutları göstərilir.

4.   İki və üç rəqəmli nömrələr aşağıda göstərildiyi kimi, subregionlar daxilindəki marşrutları, o cümlədən onları qonşu subregionlarla birləşdirən marşrutları və üzv dövlətlərin daxilindəki şose yolları marşrutlarını qeyd etmək üçün göstərilir:

a)   10-29 və 100-299 nömrələri ilə Cənub-Şərqi Asiya, o cümlədən Bruney-Darəssalam, Vyetnam, Kamboca, İndoneziya, Laos Xalq Demokratik Respublikası, Malayziya, Myanmar, Sinqapur, Tailand və Filippin subregionunda yerləşən marşrutlar göstərilir;

b)   30-39 və 300-399 nömrələri ilə Şərqi və Şimal-Şərqi Asiya, o cümlədən Çin, Koreya Xalq Demokratik Respublikası, Monqolustan, Koreya Respublikası, Rusiya Federasiyası (Uzaq Şərq) və Yaponiya subregionunda yerləşən marşrutlar göstərilir;

c)   40-59 və 400-599 nömrələri ilə Cənubi və Cənub-Qərbi Asiya, o cümlədən Banqladeş, Butan, Hindistan, Nepal, Pakistan və Şri-Lanka subregionunda yerləşən marşrutlar göstərilir;

d)   60-89 və 600-899 nömrələri ilə Şimali, Mərkəzi və Cənub-Qərbi Asiya, o cümlədən Əfqanıstan, Azərbaycan, Ermənistan, Gürcüstan, İran İslam Respublikası, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası[1], Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan subregionunda yerləşən marşrutlar göstərilir.

 

 

                                                 Asiya avtomobil yolları marşrutlarının

 

                                                                            SİYAHISI

 

Birdən artıq subregiondan keçən Asiya avtomobil yolları marşrutu

 

Marşrutun nömrəsi

Marşrut

AH 1

Tokio - Fukuoka - Bərə - Pusan - Kyonju - Tequ - Tedjon - Seul – Musan – Qeson - Pxenyan - Sinuycu - Dadonq - Şenyan - Pekin - Şitzətçjuan - Çençjou - Sinyan-Uxan - Çanşa - Syantan - Ouançjou - (Şençjen) – Nannin – Yuiquan - Xungi - Donqdanq - Hanoy - Nyatranq - Byenxoa - (Vunqtay) – Xoşimin – Mokbay - Bavet - Pnompen - Poypet - Aranyapratet- Kabinburi Xinkond - Banqpain - (Banqkok) - Nakxonsavan - Tak - Mesot - Myavadi - Payaci - (Yanqon) - Meyktila - Mandalay - Tamu - Morex - İmpxal - Koxima - Dimapur - Naqaon - Corabad (Quvaxati) - Şillonq-Dauki - Tamabil - Silxet - Kaçpu - Dəkkə - Cəssur - Benapol - Banqaon-Kolkata – Barxi – Kanpur - Aqra - Dehli - Attari - Uaqa - Laxor - Ravalpindi (İslamabad) - Həsən-Abdal - Pişəvər - Torxam - Kabul - Kandaqar - Dilərəm - Corat - İslamqala - Dokhərun - Məşhəd - Səbzevar - Damğan - Səmnan-Tehran - Qəzvin - Təbriz - Eyvoqlı - Bazarqan - Qurbulaq - Doğubayazit - Askale - Refafiye - Sivas - Ankara - Gerede - İstanbul - Kapıkule - Bolqarıstan sərhədi

AH2

Dənpasar - Surəbayə - Surakarta - Semaranq - Çikampek - (Bandunq) - Cakarta - (Merak) - bərə - Sinqapur - Sinay-Utara - Seremban - Kuala-Lampur – Batteruert - Bukit-Kayu - Xitam - Sadao - Xatyay - Banqkok - Banqpain -Nakxonsavan Tak - Çianqray - Mesay - Taçilek - Kyainqtonq - Meyktila -Mandalay - Tamu - Morex - İmpxal - Koxima - Dimapur - Naqaon - Corabad (Quvaxati) - Şillonq - Daoki - Tamabil - Silxet - Kaçpur - Dəkkə - Xatikamrul - Banqlabandxa - Siliquri - Kakarbxitta - Patxlaya - Narayanqxat – Koxalpur - Maxendranaqar - Bramxadev Mandi - Binbasa - Rampur - Dehli - Attari - Uaqa - Laxor - Multan - Rori - Ketta - Taftan - Mircavaveh - Zaxedan - Kərman - Anar - Yazd - Sələfçeqan - Tehran - Saveh - Həmədan - Xosrovi

AH 3

Ulan-Ude - Kahta - Altanbulaq - Darxan - Ulan-Bator - Nalayxa - Çoyır -Sayn-şənd - Zamin-Ud-Eranxot - Pekin - Tanqu - Şanxay - Xançjou - Nyançan - Syantan - Quyyan - Kunmin - Tsinxun - (Daluo - Monqla - Kyainqtonq) - Moxan - Boten - Natıy - Xuaysay - Çianqxonq - Çianqray

AH 4

Novosibirsk - Barnaul - Taşanta - Ulanbayşint - Hovd - Yarantray – Urumçi – Kaşi - Honqiraf - Xunjerab - Həsənabdəl - Ravalpindi (İslamabad) – Laxor – Multan - Rori - Heydərabad - Kəraçi

AH 5

Şanxay - Nanjinq - Sinyan - Lançjou - Tulfan - Urumçi - Kuitun - Cinge -Xorqos - Almatı - Kaskelen - Korday - Georgiyevka - Bişkək - Karabalta -Çaldovar - Merke - Şimkent - Jibek Jolı - Çernyavka - Daşkənd - Sırdərya – Səmərqənd - Nəvai - Buxara - Ələt - Fərap - Türkmənəbad - Man - Tedjen - Aşqabad - Serdar - Türkmənbaşı - bərə - Bakı - Ələt - Qazıməmməd – Gəncə - Qazax - Qırmızı Körpü - Tbilisi - Mtsxeta - Xaşuri - Senaki - Poti - (Bolqarıstana, Rummiyaya, Ukraynaya qədər bərə) - Batumi (Bolqarıstana, Rumıniyaya, Ukraynaya qədər bərə) - Sarpi - Trabzon - Samsun - Merzifon - Gerede - İstanbul - Kapıkule - Bolqarıstan sərhədi

AH 6

Pusar - Kyonju - Kanqnunq - Kanson - Koson - Vonsan - (Pxenyan) – Çonjin – Sonbon - Hasan - Razdolnoye - (Vladivostok - Naxodka) - Ussuriysk - Poq- raniçnıy - Suyfenxe - Harbin - Sisixar - Mançjouli - Zabaykalsk - Çita – Ulan – Ude - İrkutsk - Krasnoyarsk - Novosibirsk - Omsk - İssılkul – Karaquqa – Petropavlovsk - Çistoye Petuxovo - Çelyabinsk - Ufa - Samara - Moskva -Krasnoye - Belorusiyanın sərhədi

AH7

Yekaterinburq - Çelyabinsk - Troysk - Kaerak - Kostanay - Astana - Karaqanda - Burubaytal - Merke - Çaldovor - Kara Balta - Oş - Əndican - Daşkənd - Sırdərya - Xavast - Xucand - Düşənbə - Nijniy Pandj - Şirxan - Polexumri - Djebul-Saredj - Kabul - Kandaqar - Spinboldaq - Çaman - Ketta - Kalat - Kəraçi

AH 8

Finlandiyanın sərhədi - Torpinovka - Vıborq - Sankt-Peterburq - Moskva -Tambov - Borisoqlebsk - Volqoqrad - Həştərxan - Xasavyurt - Mahaçkala -Kazrnalyarskiy - Samur - Sumqayıt - Bakı - Biləsuvar - Astara - Rəşt - Qəzvin - Tehran - Salveh - Əhvaz - Bəndər-Emam

 

 

                          Subregionlar daxilindəki Asiya avtomobil yolları marşrutları,

                          o cümlədən onları qonşu subregionlarla birləşdirən marşrutlar

                           və üzv dövlətlərin daxilində yerləşən Asiya avtomobil yolları

 

                                                                      MARŞRUTU

 

 

Marşrutun nömrəsi

Marşrut

Cənub-Şərqi Asiya

AH 11

Ventyan - Banlao - Txakhek - Seno - Paksa - Veanqxam - Tranpeanqreal -Stmqtraenq - Kratiye - Pnompen - Sianukvil

AH 12

Natıy - Udomsay - Pakmonq - Luanqprabanq - Ventyan - Txanalenq - Nonqxay - Udonqxani - Kxonken - Nakxonraçaşima - Xinkonq

AH 13

Udomsay - Muanqnqm - Xuaykon - Uttaradit - Pxitsanulok - Nakxonsavan

AH 14

Xayfon - Hanoy - Vyetri - Laokay - Xekou - Kun - Ruili - Muse Laşio - Mandalay

AH 15

Vin - Kaotreo - Keonıa - Banlao - Txakxek - Nakxonpxanom - Udontxani

AH 16

Donqxa - Laobao - Densavan - Seno - Savannakxet - Maukxdaxan - Kxonken - Pxitsanulok - Tak

AH 18

Xatyay - Sunqaykolok - Rantau-Pandjanq - Kota - Baru - Kuantan - Cohor -Bahru - Cohor Bahru bəndi

AH 19

Nakxonratçasima - Kabinburi - Lemçabanq - Çonburi - Banqkok

AH25

Banda Açeh - Medan - Tebintingi - Dumay - Pekanbaru - Cambi - Palembanq - Tancunq - Karanq - Bakauxeni - bərə - Merak

AH26

Laoaq - Manila - Leqaspi - Matnoq - bərə - Allen - Takloban - (Ormok - (bərə) - Sebu) - Liloan - bərə - Suriqao - Davao - (Kaqayan de Oro) - Xeneral Santos - Zamboanqa

Şərqi və Şimal-Şərqi Asiya

AH 30

Ussuriysk - Xabarovsk – Beloqorsk – Çita

AH 31

Beloqorsk - Blaqoveşensk - Xeyxe - Xarbin - Çançun - Şenyan - Dalyan

AH32

Sonbonq - Vondjonq - Tsuanxe - Xunçun - Çançun - Arşan - Numruq - Sumber - Çoybalsan - Ondorxan - Nalayxa - Ulan-Bator - Ulyastay - Hovd

AN33

Xarbin-Tuntszvan

AH 34

Lvanlunqan - Cienciou - Sian

Cənubi Asiya

AH41

Myanma sərhədi - Teknaf - Koks-Bazar - Çittaqonq - Kaçpur - Dəkkə - Xatikamrul - Cəssure - Monqla

AH42

Lançjou - Sinin - Oolmud - Lxasa - Çjanmu - Kodari - Katmandu - Narayanqxat - Patxlaya - Birqandj - Raksaul - Piprakotxi Müzəffərpur - Barauni - Barxi

AH43

Aqra - Qvalior - Naqpur - Heydərabad - Banqalor - Krişnagiri - Maduray -Dxanuşkodi - bərə - Talaymannar - Dambulla - Kuruneqala (Kandı) - Kolombo - Matara

AH44

Blasor - Bxubanesvar - Trinkomali - Dambulla

AH45

Kolkata - Xaraqpur - Visakxapatnam - Vidjayavada - Çennay - Krişnagiri Banqalor

AH46

Xaraqpur - Naqpur - Dxule

AH 47

Qvalior - Dxule - Txane (Mumbay) - Banqalor

AH48

Pxuentşoling - Hindistanın sərhədi

AH51

Pişəvər - Dera İsmayıl Xan - Ketta

Şimal, Mərkəzi Cənub-Qərbi Asiya

AH 60

Omsk - Çerlak - Priirtışskoye - Pavlodar - Semipalatinsk - Taskesken - Uçaral - Almatı - Kaskelen - Burubaytal

AH61

Kaşi - Turuqart - Torouqart - Nann - Bişkek - Georgiyevka - Korday - Merke - Çimkənd - Kızıl Orda - Aralsk - Karabutak - Aktyubinsk - Uralsk - Kamenka - Ozimki - Saratov - Borisoqlebsk - Voronej - Kursk - Krupets - Uk-rayna sərhədi

AH62

Petropavlovsk - Arkahk - Djezkazqan - Kızıl Orda - Çimkənt - Jibek Jolı -Çernyavka - Daşkənd - Sırdərya - Səmərqənd - Quzar - Termez - Xayratan -Məzari-Şərif

AH63

Samara - Kurlin - Poqodayevo - Uralsk - Atırau - Beynlu - Oazis - Nukus -Buxara-Quzar

AH 64

Barnaul - Veseloyarskiy - Krasnıy Aul - Semipalatinsk - Pavlodar - Şidertı-Astana - Kokçetav - Petropavlovsk

AH 65

Kaşi - Arkakstan - İrkeştam - Santaş (Oş) - Karamık - Vahdat - Düşənbə -Tursunzadə - Uzun - Termez

AH66

Çin sərhədi - Kulma perevalı - Xoruq - Kulob - Vahdat - Düşənbə

AH67

Kuytan - Baketu - Baxtı - Taskesken - Semipalatinsk - Pavlodar - Şidertı - Karaqanda - Djezkazqan

AH68

Tsinxe - Alatavşankou-Dostık - Uçaral

AH 70

Ukrayna sərhədi - Donetsk - Volqoqrad - Həştərxan - Kotyayevka - Atırau -Beyneu - Jatıbay - (Aktau) - Bekdaş - Türkmənbaşı - Sərdar - Qudurolum -İnçe-Boroun - Qorqan - Sarı - Semnan - Damqxan Yazd - Anar - Bəndər Abbas

AH 71

Dilərəm - Zərəng - Milak - Zabol - Daştak

AH 72

Tehran - Kom-Isfahan - Şiraz - Buşer

AH 75

Tedjen - Sərəxs - Sarakxs - Məşhəd - Birdjan - Nehbəndan - Daştak - Zahedan - Çabaxar

AH 76

Polexumri - Məzari Şərif - Herat

AH77

Cebelsarj - Bamyan - Herat - Turqundi - Serketabad - Marı

AH78

Aşqabad - Çovdan perevalı - Bacgiran - Kaıçam - Şəbvezar - Kərman

AH 81

Larsi - Mtsxeta - Tbilisi - Sadoxlo - Baqrataşen - Vanadzor - Aştarak - Yerevan - Erasx - Sədərək (Türkiyənin sərhədi) Naxçıvan - Culfa - Ordubad -Aqarak - Meqri - Ağbənd - Horadiz - Oazıməmməd - Ələt - Bakı - bərə -Aktau

AH82

Rusiya Federasiyasının sərhədi - Leselidze - Suxumi - Senaki - Xaşuri Axaltsixi - (Vale) - Jdanov - Vavra - Qumri - (Akurik) - Aştarak - Yerevan Erazx - Qoris - Qafan - Meqri - Aqarak - Nurdüz - Culfa - İveoğlu

AH83

Qazax - Uzuntala - Paravakar - Yerevan

AH84

Doğubayazit - Diyarbakır - Qazantep - Toprakkale - (İskəndərun) - Adana İçel

AH 85

Rifahiye - Amasiya - Merzifon

AH86

Askale - Bayburt - Trabzon

AH 87

Ankara - Afyon - Uzak - İzmir

 

Qeyd: Mötərizələrdə göstərilən marşrutlar bilavasitə mötərizədən əvvəl olan yerdən şaxələnən marşrutlardır.

Altından xətt çəkilmiş sahələr Asya avtomobil yollarının potensial marşrutlarını bildirir.

“Bərə” sözü Tərəflərin üzərinə hər hansı bir öhdəlik qoyan müddəa kimi təfsir edilməməlidir.

 

                                                                   ƏLAVƏ II

 

                            Asiya avtomobil yolları şəbəkəsinin təsnifatı və layihələndirmə

 

                                                                     NORMALARI

 

                                                            I. ÜMUMİ MÜDDƏALAR

 

Asiya avtomobil yollan şəbəkəsinin təsnifatı və layihələndirmə normalan Asiya avtomobil yolları şəbəkəsinin tikintisi, yeniləşdirilməsi və saxlanılması üçün minimal standartları və tövsiyələri nəzərdə tutur. Tərəflər həm yeni yolların tikintisində, həm də artıq mövcud olan yolların yeniləşdirilməsində və təkmilləşdirilməsində bu müddəalara əməl edilməsi üçün səy göstərirlər. Bu normalar tikintili ərazilərə münasibətdə tətbiq edilmir.2

 

                              II. ASİYA AVTOMOBİL YOLLARI MARŞRUTLARININ TƏSNİFATI

 

                                                    Asiya avtomobil yollarının təsnifatı

                                                  1 saylı cədvəldə göstərildiyi kimi aparılır.

 

                                              Cədvəl 1. Asiya avtomobil yollarının təsnifatı

 

Təsnifat

Təsvir

Örtüyün növü

Avtomagistral

Çıxışı (istifadəsi) nəzarət edilən avtomobil yolu

Asfalt-beton və ya sement-beton

I dərəcə

4 və ya artıq zolaq

Asfalt-beton və ya sement-beton

II dərəcə

İki zolaq

Asfalt-beton və ya sement-beton

III dərəcə

İki zolaq

Bitumla ikiqat emal edilmiş örtük

 

 

Təsnifatda qeyd olunan “aftomagistral” çıxışına (istifadəsinə) nəzarət edilən avtomobil yollarına aiddir. Çıxışına (istifadəsinə) nəzarət edilən avtomobil yolları müstəsna olaraq avtomobillər üçün nəzərdə tutulur. Çıxışına (istifadəsinə) nəzarət edilən avtomobil yollarının istifadəsi, yalnız müxtəlif səviyyəli yol kəsişməsindəki keçid vasitəsilə daxil olmaq üçün mümkündür. Çıxışına (istifadəsinə) nəzarət edilən avtomobil yolunun istifadəsi, avtomobillərin yüksək sürətlə hərəkət etmələrinin təhlükəsizliyini təmin etmək məqsədilə mopedlər, velosipedlər və piyadalar üçün qadağandır. Çıxışına (istifadəsinə) nəzarət edilən avtomobil yollarında bir səviyyəli kəsişmələr layihələndirilə bilməz, yolun aktiv hissəsi isə orta xətlə bölünməlidir.

“III dərəcə” yalnız yolun tikintisi üçün maliyyənin və/və ya yolun çəkilişi üçün ayrılmış torpaq sahəsinin az olduğu təqdirdə istifadə edilir. Yol örtüyü gələcəkdə, mümkün qədər tez bir müddət ərzində asfalt-beton və ya sement-betonla təzələnməlidir. “III dərəcə” ən aşağı səviyyəli arzuolunan standart kimi baxıldığı üçün III dərəcədən aşağı olan istənilən yol sahəsinin yeniləşdirilməsi üçün aparılan işləri təşviq etmək lazımdır ki, həmin yol sahəsi III dərəcəyə uyğunlaşdırılsın.

 

III. ASİYA AVTOMOBİL YOLLARI ŞƏBƏKƏSİNƏ DAXİL OLAN YOLLARIN LAYİHƏLƏNDİRMƏ         NORMALARI

 

                                                             1. Ərazinin təsnifatı

 

                                                 Ərazinin təsnifatı 2-ci cədvəldə göstərilir.

 

                                                           Cədvəl 2. Ərazinin təsnifatı

 

Ərazinin təsnifatı

Uzunluq meyli

Düzənlik relyef (P)

0%-dən 10%-ə qədər

Təpəli relyef (X)

10-25%-dən yuxarı

Dağlıq relyef (Q)

25-60%-dən yuxarı

Dağ relyefı (K)

60%-dən yuxan

 

 

                                                                2. Hesabi sürət

 

Hesabi sürət aşağıdakı rəqəmlərlə ölçülür: saatda 120, 100, 80, 60, 50, 40 və 30 km. Hesabi sürət, avtomobil yollarının təsnifatı və ərazinin təsnifatı arasındakı qarşılıqlı əlaqə 3-cü cədvəldə göstərilir. Saatda 120 km olan hesabi sürət yalnız avtomagistrala (çıxışı (istifadəsi) nəzarət edilən, ayırıcı zolağı və müxtəlif səviyyəli yol ayırıcısı olan avtomobil yollarına) münasibətdə tətbiq edilə bilər.

 

                   Cədvəl 3. Hesabi sürət, avtomobil yollarının və ərazinin təsnifatı arasındakı

                                                                        qarşılıqlı əlaqə

 

 

(ölçü vahidi km/s)

              Ərazi               Avtomagistral

I dərəcə II dərəcə

III dərəcə

Düzənlik relyef (P)

120

100

80

60

Təpəli relyef (X)

100

80

60

50

Dağlıq relyef (Q)

80

50

50

40

Dağ relyefi (K)

60

50

40

30

 

 

                                                            3. En profili

 

4 saylı cədvəldə hər növ yol üzrə yolun qırağı, hərəkət zolağının eni, yol kənarının eni, ayırıcı xəttin eni, yol örtüyünün mailliyi və yol kənarının mailliyi ölçüləri göstərilir.

Təkidlə tövsiyə olunur ki, piyadaların, velosipedlərin və arabaların hərəkəti, lazım gəldikdə, avtomobillərin maneəsiz hərəkətinə mane olan sahələr-də xüsusi keçidlər və/və ya səkilər tikməklə, avtomobillərin hərəkətindən ayrılsın.

 

                                                                     Trassanın planı

 

Plandakı yol onun keçdiyi yerin topoqrafik xüsusiyyətlərinə uyğun olmalıdır. Plandakı əyrilərin minimal radiuslarını ancaq zəruri olduqda və keçid əyrilərinin məcmusuna tətbiq etmək lazımdır. Hər bir halda planda mübahisəli əyrilərdən qaçmaq lazımdır. 5-ci cədvəldə şose yollarının hər bir dərəcəsi üzrə planda əyrilərin minimal radiusları qeyd olunmalıdır.

 

                            Cədvəl 5. Yolun trassasının planında əyrilərin minimal radiusları

 

Yer

 

 Düzənlik relyef (P)

Avtomagistral

 

520 (1000)

(Ölçü vahid i: m)

I dərəcə

350(600)

 

II dərəcə

210

III dərəcə

115

Təpəli relyef (X)

350(600)

210(350)

115

80

Dağlıq relyef (Q)

210(350)

80(110)

80

50

Dağ relyefi (K)

115(160)

80(110)

50

30

 

 

Qeyd: Mötərizədəki rəqəmlər tövsiyə xarakteri daşıyır.

 

Plandakı əyrilərin minimal radiuslarının ancaq istisna hallarda məhdudlaşdırılması tövsiyə olunur, amma digər hallarda müvafiq minimal radiuslara 50-100 faiz yüksək olan əyriləri radiusu tətbiq olunmalıdır.

Əyrilərin planda dağlıq və dağ relyefi şəraitində layihələndirilməsi zamanı onların uzununa profildən və əyrilər arasındakı məsafə ilə vəhdətdə nəzərdən keçirilməsi tövsiyə olunur.

Keçid əyriləri 6-cı cədvəldə qeyd olunan parametrlərdən az olan radiuslu əyrilərin birləşdrilməsi üçün layihələndirilməlidir. Onların radiuslarının 6-cı cədvəldə qeyd olunan parametrləri iki dəfə keçdiyi halda da keçid əyrilərinin layihələndirilməsi tövsiyə olunur.

 

                        Cədvəl 6. Keçid əyrilərinin layihələndirilməsi tələb olunan radiuslar

 

Yer

Avtomagistral

(Ölçü vahidi: m)

Düzənlik relyef (P)

2 100

I dərəcə

1 500

II dərəcə

900

III dərəcə

500

Təpəli relyef (X)

1 500

900

500

350

Dağlıq relyef (Q)

900

500

350

250

Dağ relyefi (K)

500

500

250

130

 

 

Keçid əyrilərinin minimal radiuslarına münasibətdə 7-ci cədvəldə qeyd olunan parametrlərin tətbiq olunması tövsiyə olunur.

 

                                  Cədvəl 7. Keçid əyrilərinin minimal uzunluğu

 

Yer

Avtomagistral

(Ölçü vahidi: m)

Düzənlik relyef (P)

100

I dərəcə

85

II dərəcə

70

III dərəcə

50

Təpəli relyef (X)

85

70

50

40

Dağlıq relyef (Q)

70

50

40

35

Dağ relyefi (K)

50

50

35

25

 

 

Virajın maksimal mailliyi bütün yerlər üçün 10 faizə bərabər olmalıdır.

 

                                                          5. Uzununa profil

 

Təpəlik yerdə yolun profili, yerin relyefinin düzənləndirildiyi halda tökmənin və qazmanın iqtisadi əlverişliyini nəzərə alaraq mümkün qədər daha hamar olmalıdır. Yolun uzununa mailliyinin maksimal yolverilən kəmiyyətinin seçimi zamanı nəzərə almaq lazımdır ki, onun sonrakı modernləşdirilməsi ilkin sərmayələrin itirilməsinə gətirib çıxara bilər.

8-ci cədvəldə qeyd olunmuş mailliyin maksimal parametrləri bütün dərəcəli şose yolları üçün istifadə olunur.

 

                                            Cədvəl 8. Maksimal şaquli maillik

 

Yerin təsnifatı

Maksimal şaquli maillik

            Düzənlik relyef (P)

4%

            Təpəli relyef (X)

5%

            Dağhq relyef (Q)

6%

            Dağ relyefi (K)

7%

 

 

Yolun yoxuş sahəsinin uzunluğu 9-cu cədvəldə qeyd olunanları keçdiyi hallarda intensiv yük hərəkəti zamanı yoxuşda əlavə hərəkət zolaqlarının tikilməsi tövsiyə olunur.

I dərəcəli yol və avtomagistralların yoxuşunda əlavə hərəkət zolağı qurğusu tövsiyə olunan sahənin mailliyinin lazımi uzunluğu 9-cu cədvəldə göstərilmişdir.

 

                       Cədvəl 9. Müxtəlif uzunluqlu maillikdə daha çox qalxma gərginliyi

 

Yerin təsnifatı

Avtomagistral

I dərəcə

            Düzənlik relyef (P)

3%-800 m

3%-900 m

 

4%-500 m

4%-500 m

            Təpəli relyef (X)

4%-700 m

4%-800 m

 

5%-500 m

5%-600 m

            Dağlıq relyef (Q)

5%-600 m

5%-700 m

 

6%-500 m

6%-500 m

            Dağ relyefi (K)

6%-500 m

6%-500 m

 

7%-400 m

7%-400 m

 

 

 

                                                         6. Yol örtüyü 

 

Yolun hərəkət hissəsi sement, beton və ya asfaltdan ibarət olmalıdır. Bununla belə, III dərəcəli yollar qarışdırılmış qırmadaş örtüyə malik ola bilər.

Asiya avtomobil yolları şəbəkəsinin bir çox sahələrində örtüklər kifayət qədər olmayan yükgötürmə qabiliyyətindən xarab olurlar. Bununla əlaqədar olaraq, yol örtüyünün zədələnməsinə yol verməmək və yekun nəticədə yolların saxlanmasına olan xərcləri ixtisar etməkdən ötrü əsaslı surətdə örtüyə düşən hesabi yükü müəyyənləşdirmək lazımdır.

Bununla bərabər, yol örtüyünün layihələndirilməsi zamanı aşağıdakı amilləri nəzərə almaq lazımdır:

a)   oxa düşən yük;

b)   hərəkətin intensivliyi;

c)   örtüyün əsasında və yer yatağında istifadə olunacaq materialların keyfiyyəti (belə ki, tikinti materiallarının keyfiyyəti ölkələr üzrə fərqlidir, yol örtüklərinin hesabı üzrə təlimat Asiya avtomobil yolları şəbəkəsinin layihələndirilməsi normalarına daxil edilməmişdir).

 

                                                             7. Hesabi yük

Örtük yükləri (maksimal ox yükləri) ağır nəqliyyat vasitələrinin və xüsusən də konteynerlərin daşınması üçün istifadə olunan nəqliyyat vasitələrindən artımı nəzərə alınaraq təyin olunmalıdır. Yolların öncədən xarab olmasının qarşısını almaqdan və onların saxlanılmasına olan xərclərin ixtisar edilməsindən ötrü Asiya avtomobil yollan şəbəkəsi beynəlxalq avtomobil yolları şəbəkəsi kimi yüksək yükgötürmə qabiliyyəti olan yol örtüklərinə malik olmalıdır.

Minimal yük qismində qurğuların layihələndirilməsi üçün tam yüklənmə zamanı yedək tərəfindən yaradılan beynəlxalq standartlara müvafiq olan HS 20-44 minimal yük hesab olunmalıdır.

 

                                                         8. Körpüaltı qabarit

Minimal körpüaltı qabarit konteynerlərin təhlükəsiz daşınması beynəlxalq standartlar üçün tələb olunan (İSO) 4.5 m-dən ibarət olmalıdır. Bununla bərabər, mövcud qurğuların yenidən qurulması dəyərinin yüksək olmasından dolayı, məsələn: körpülər, kifayət qədər körpüaltı qabaritin təmin edilməsi mümkün olmadığı hallarda alçaq enməli yedəklərdən istifadə oluna bilər.

 

                                                             9. Ətraf mühit

Yeni yolların tikintisinin layihələndirilməsi zamanı milli normalara müvafiq olaraq onların ətraf mühitə təsirinin qiymətləndirilməsi aparılmalıdır. Həmçinin, mövcud avtomobil yollarının yenidən qurulması və ya əhəmiyyətli dərəcədə modernləşdirilməsi zamanı belə qiymətləndirməni nəzərə alaraq bu müddəanın genişləndirilməsi arzuolunandır.

 

                                             10. Yol hərəkətinin təhlükəsizliyi

Asiya avtomobil yollarının inkişafı zamanı Tərəflər yol hərəkəti təhlükəsizliyi məsələlərinə hərtərəfli diqqət yetirirlər.

 

 

                                                                   ƏLAVƏ III

 

                                  Asiya avtomobil yollarının tanınması və nişanlanması

1.   Asiya avtomobil yollarının tanınması və nişanlanması üçün istifadə olunan işarə dördkünc formaya malikdir.

2.   Bu işarə ərəb rəqəmi ilə nişanlanan, bir qayda olaraq, nömrəsi ardınca gələn AH hərflərindən ibarətdir.

3.   İşarə ağ və ya qara yazıya malikdir; o, digər yazılarla birləşdirilə, yaxud onlara uyğunlaşdırıla bilər.

4.   İşarə elə ölçüdə olmalıdır ki, sürətlə hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü bu işarəni asanlıqla tanıya və anlaya bilsin.

5.   Asiya avtomobil yollan marşrutlarının tanınması və nişanlanması üçün nəzərdə tutulan işarə milli standartlara müvafiq yolların nişanlanmasını əks etdirən işarələrin istifadə olunması imkanını istisna etmir.

6.   Asiya avtomobil yollan marşrutlarının nömrələri həmin ölkənin qeyd olunan işarələr sisteminə daxil edilir. Nömrə nişanlı işarə hər bir giriş və ya yolayrıcında, həm də onlardan sonra quraşdırıla bilər.

7.   Dövlət həm Asiya avtomobil yolları şəbəkəsi haqqında Hökumətlərarası Sazişin, həm də Beynəlxalq avtomagistrallar haqqında Avropa Sazişinin iştirakçısı olduğu halda, marşrutlar ya Asiya avtomobil yollarının, ya da Avropa beynəlxalq avtomagistralların nişanlarına, yaxud da Tərəflərin baxışına əsasən bu və ya digər işarələrlə nişanlanır.

8.   Əgər Asiya avtomobil yolları marşrutu digər marşruta keçərsə və ya Asiya avtomobil yolları marşrutu digər marşrutları kəsərsə, onda belə giriş yaxud yolayrıcının əvvəlində Asiya avtomobil yolları marşrutunun müvafiq nömrələrinin göstərilməsi tövsiyə olunur.

 

                     "Asiya Avtomobil Yolları Şəbəkəsi haqqında Hökumətlərarası Saziş"ə dair

 

                                           AZƏRBAYCAN RESPUBLİKASININ BƏYANATI

 

1.   Azərbaycan Respublikası bəyan edir ki, "Asiya Avtomobil Yolları Şəbəkəsi haqqında Hökumətlərarası Saziş"in 15-ci maddəsinə müvafiq olaraq, onun müddəaları Azərbaycanın və Ermənistanın ərazilərini birləşdirən marşrutlara münasibətdə tətbiq oluna bilməz.

2.   Azərbaycan Respublikası bəyan edir ki, bu bəyanatın 1-ci bəndinin müddəalarını istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər Tərəflər hər hansı bu cür dəyişikliklər və ləğvetmələr haqqında məlumatlandırılacaqlar.

 

 

1 Marşrut nömrələrinin təyin edilməsi məqsədilə Rusiya Federasiyası, onun coğrafi uzunluğu baxımından iki subregiona daxil edilmişdir.

 

2  Tərəf tikintili əraziləri öz tələblərinə uyğun olaraq göstərir.