Az    |     Ru    |     En
      

Tarixi İpək Yolunun Bərpası üzrə Beynəlxalq Konfransda imzalanmış Avropa-Qafqaz-           Asiya dəhlizinin inkişafına dair beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli                                                           Sazişin təsdiq edilməsi barədə

 

                                AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

                         Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

 I. 1998-ci il sentyabrın 8-də Bakı şəhərində keçirilmiş Tarixi İpək Yolunun Bərpası üzrə Beynəlxalq Konfransda imzalanmış  Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafına dair beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş Azərbaycan Respublikasının həmin  Sazişə etdiyi aşağıdakı qeyd-şərti ilə təsdiq edilsin:

 «Azərbaycan Respublikasının Avropa—Qafqaz—Asiya dəhlizinin inkişafına dair beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişə aid  qeyd-şərti:

 1. Azərbaycan Respublikası bəyan edir ki, Azərbaycan Respublikası «Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafına dair beynəlxalq nəqliyyat  haqqında Əsas Çoxtərəfli Sazişdə» və onun Texniki Əlavələrində ifadə edilmiş hüquqların, vəzifələrin və müddəaların heç birini öz  ərazisindən keçən və başlanğıc, tranzit və ya son ərazisi Ermənistan Respublikasının ərazisi sayılan daşımalar barədə tətbiq etməyəcəkdir.

 2. Azərbaycan Respublikası bu qeyd-şərtin 1-ci bəndinin müddəalarına istənilən vaxt dəyişdirmək və ya istisna etmək hüququnu özündə  saxlayır və hər hansı belə dəyişikliklər və ya istisnalar haqqında digər Tərəflər yazılı surətdə xəbərdar ediləcəklər».

 II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Prezidenti  

HEYDƏR ƏLİYEV

 

 

 Bakı şəhəri, 30 oktyabr 1998-ci il

№ 535-IQ

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin