Az    |     En
      

"Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas         Çoxtərəfli Saziş"ə əlavələr edilməsi barədə" Protokolun təsdiq edilməsi barədə

                                AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş"ə əlavələr edilməsi barədə" 2002-ci il aprelin 25-də Daşkənd şəhərində imzalanmış Protokol təsdiq edilsin.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

                                                                                                                                 

 Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 13 may 2003-cü il 
              № 443-IIQ

 

 

          «Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas                                                                  Çoxtərəfli  Saziş»ə əlavələr edilməsi barədə

                                                               

                                                                PROTOKOL

 

 «Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş»in 11-ci maddəsinə və  Avropa-Qafqaz-Asiya dəhlizi üzrə «TRACECA» Hökumətlərarası Komissiyasının İkinci Konfransının (illik Toplantı) Yekun  Qətnamələrinə uyğun olaraq, «Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Saziş»ə aşağıdakı  əlavələrin edilməsi qərarı alınmışdır:

 1. «Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş»in «Beynəlxalq Daşımalara Yardım»  adlı 4-cü maddəsinə aşağıdakı redaktədə 4-cü bənd əlavə edilsin:

 «4. Bu əlavənin qüvvəyə minməsi tarixindən sonra, üç il ərzində, Tərəflər «TRACECA» Avropa-Qafqaz-Asiya dəhlizi üzrə Əfqanıstana gedən  humanitar yüklərin və tikinti materiallarının daşınmasını həyata keçirən və/və ya onları müşayiət edən şəxslər üçün bir/ikidəfəlik giriş vizaların  pulsuz rəsmiləşdirilməsini təmin edirlər»;

 2. «Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş»in 3-cü maddəsinin c) bəndinə və 8-ci  maddəsinin 6-cı bəndinin g) yarımbəndinə uyğun olaraq «Gömrük prosedurları və sənədlərin işlənməsi üzrə Əsas Sazişə Texniki Əlavə»nin  «Sənədlərin İşlənməsi» adlı 4-cü maddəsinə aşağıdakı redaktədə 5-ci bənd əlavə olunsun:

 «5. Tərəflər dəmir yolu nəqliyyatı vasitəsi ilə tranzitlə keçən yüklərə girov gömrük depozitləri, bank zəmanətləri, maliyyə riskinin sığorta polisləri,  dəmir yolu idarələrinin təminat zəmanəti kimi təcrübəni tətbiq etməyəcəklər»;

 3. «Beynəlxalq dəmir yolu nəqliyyatı üzrə Əsas Sazişə Texniki Əlavə»nin 2-ci Qeydinə aşağıdakı redaktədə c) əlavəsi edilsin:

 «c) Nəqletmə, ekspedisiya, yükləmə, boşaltma və saxlama xidmətləri də daxil olmaqla, beynəlxalq və tranzit dəmir yolu daşımalarında  göstərilən xidmətlərə görə əlavə dəyər vergisi (ƏDV) sıfır dərəcə ilə tətbiq olunsun»;

 4. «Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş»in 10-cu maddəsinə («Texniki  Əlavələr») və 11-ci maddəsinə («Dəyişiklik və Əlavələrin edilməsi») uyğun olaraq «Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq  nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş»ə «BDYDS fakturasından istifadə etməklə yüklərin dəmir yolu nəqliyyatı ilə daşınmasında  TRACECA dəhlizində beynəlxalq gömrük tranzitinin prosedurları haqqında adlı yeni Texniki Əlavə qəbul edilsin (Qoşma: Yekun sənədi 2  IGS/FD 3).

 Bu Protokol, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə «TRACECA» Hökumətlərarası Komissiyasının İkinci Konfransında (illik  Toplantı) 25 aprel 2002-ci il tarixində Daşkənddə Tərəflərin konsensusu əsasında qəbul edilmiş Yekun Qətnamələr əsasında tərtib edilmişdir  və «Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş»in ayrılmaz hissəsi kimi qəbul olunur.

 Bu Protokol, bir əsl nüsxədə, ingilis və rus dillərində hazırlanmışdır, hər iki mətn eynb dərəcədə autentikdir.

 Bu Protokol, «Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş»in 11-ci (Dəyişiklik  və əlavələrin edilməsi) və 13-cü («Qüvvəyə minmə») maddələrində müəyyən olunmuş qaydada qüvvəyə minəcək.

 

         BDYDS fakturasından istifadə etməklə yüklərin dəmir yolu nəqliyyatı ilə                           daşınmasında  TRACECA dəşlizində beynəlxalq gömrük tranzitinin                                             prosedurları haqqında Əsas Sazİşə Texnİkİ Əlavə

 

                                                                    Maddə 1

                                                             Ümumi müddəalar

 

 Bu Texniki Əlavənin müddəaları «Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş»  çərçivəsində BDYDS fakturasından istifadə etməklə yüklərin dəmir yolu nəqliyyatı ilə daşınmasında beynəlxalq gömrük tranzitinin  prosedurları tənzimləyir:

 a) ikitərəfli, Tərəflər arasında

 b) tranzit, Tərəflərin əraziləri üzrə.

 

                                                                   Maddə 2

                                                                 Anlayışlar

 

 Bu Texniki Əlavələr tətbiq edilərkən aşağıdakı terminlər istifadə olunur:

 a) «beynəlxalq gömrük tranziti» - göndərilmə məntəqəsinin gömrüyündən təyinat məntəqəsinin gömrüyünə qədər gömrük nəzarəti  altında bir və ya bir neçə sərhəddən yüklərin daşınması üzrə gömrük prosedurudur;

 b) «BDYDS» - 01.11.1951-ci il tarixindən qüvvəyə minmiş və 01.01.1998-ci il tarixli düzəlişlər və əlavələr daxil edilmiş, Beynəlxalq  dəmir yolu nəqliyyatı vasitəsi ilə yükdaşımalar haqqında Saziş deməkdir;

 c) «dəmir yolu fakturası» - Beynəlxalq dəmir yolu vasitəsi ilə yükdaşımalar haqqında Sazişin təsiri şamil olunan BDYDS fakturası  deməkdir; dəmir yolu fakturası məlumatların elektron mübadiləsi sistemi formasında da ola bilər;

 d) «səlahiyyətli orqanlar» - gömrük və ya bu Texniki Əlavənin tətbiq edilməsində məsuliyyət daşıyan başqa orqan;

 e) «göndərilmə məntəqəsinin gömrüyü» - yükün tam və ya bir hissəsinin beynəlxalq gömrük tranziti əməliyyatının başladığı ölkənin hər  hansı gömrüyü deməkdir;

 f) «təyinat məntəqəsinin gömrüyü» - yükün tam və ya bir hissəsinin beynəlxalq gömrük tranziti əməliyyatının başa çatdığı ölkənin  hər-hansı gömrüyü deməkdir;

 g) «tranzit gömrüyü» - istənilən gömrükdür ki, beynəlxalq tranzit əməliyyatı zamanı yük oradan keçməklə bu və ya digər Tərəfin  ərazisinə gətirilir yaxud ərazisindən çıxarılır;

 h) «gömrük ödəmələri» - yüklərin gətirilməsi və aparılmasında və ya gətirilməsi və aparılması ilə bağlı alınan və miqdarı təqdim  olunmuş xidmətlərin təxmini qiymətlə məhdudlaşan gömrük və bütün başqa rüsumlar, vergilər yığımlar və digər məbləğlərdir;

 i) «prinsipial» - beynəlxalq tranzit əməliyyatını həyata keçirmə hazırlığını, belə hal üçün nəzərdə tutulan müvafiq ərizə vasitəsi ilə  birbaşa və ya səlahiyyət verilmiş nümayəndə vasitəsilə nümayiş etdirən şəxs deməkdir.

 

                                                                   Maddə 3

                                                                   Məqsəd

 

 Bu Texniki Əlavənin məqsədi BDYDS fakturasından istifadə etməklə dəmir yolu nəqliyyatı vasitəsi ilə yolun «TRACECA» dəhlizi üzrə  daşınmasında beynəlxalq gömrük tranzitinin prosedurlarının müəyyənləşdirilməsidir.

 

                                                                   Maddə 4

                                                          Tətbiq etmə sahələri

 

 Hər bir Tərəf Bu Texniki Əlavənin müddəalarına uyğun olaraq istifadə olunan BDYDS fakturasını gömrük tranzit sənədi kimi tanıyır.

 

                                                                   Maddə 5

                                               Dəmir yolu fakturasının dəyişdirilməsi

 

 Bu Texniki Əlavənin tətbiqinə aidiyyəti olan dəmir yolu fakturasının forma və məzmunu «TRACECA» Dövlətlərarası Komissiyası ilə  əvvəldən razılaşdırılmamış dəyişdirilə bilməz.

 

                                                                   Maddə 6

                                                         Hüquqi mahiyyəti

 

 1. Bu Texniki Əlavəyə uyğun olaraq istifadə olunan dəmir yolu fakturası və Tərəflərdən birinin səlahiyyətli orqanları tərəfindən tətbiq  olunan uyğunlaşdırma tədbirləri, başqa Tərəflər üçün hər bir Tərəfin səlahiyyətli orqanları tərəfindən qəbul edilmiş, uyğunlaşdırma  tədbirləri və qaydalarına müvafiq olaraq istifadə olunan dəmir yolu fakturası kimi eyni hüquqi mahiyyətə malikdir.

 2. Bu Texniki Əlavəyə uyğun olaraq keçirilən yoxlamalar zamanı Tərəflərdən birinin səlahiyyətli orqanlarının verdiyi rəylər, digər  Tərəflər üçün onların səlahiyyətli orqanlarının verdiyi rəylərlə eyni sübut qüvvəsinə malikdir.

 

                                                                   ​Maddə 7

                                                           Qarşılıqlı yardım

 

 Müvafiq Tərəflərin səlahiyyətli orqanları, onların qanunvericiliyi imkan verdiyi təqdirdə, Bu Texniki Əlavənin müvafiq qaydada tətbiq  edilməsinə köməklik göstərə biləcək malik olduqları hər bir məlumatı bir-birinə göndərirlər.

 Nəticədə, səlahiyyətli orqanlar dəmir yolu fakturasından istifadə etməklə həyata keçirilmiş tranzit əməliyyatlarına dair və həmçinin belə  əməliyyatlarına dair həmçinin belə əməliyyatlar zamanı baş vermiş və ya onlarla bağlı pozuntular və qeyri-qanuni hərəkətlər haqqında  bütün rəyləri, sənədləri, materialları, protokolları və məlumatları biri birinə göndərirlər.

 

                                                                   Maddə 8

                                        Hesablama sənədlərinin yoxlanılması

 

1. Tələb olunduqda, hər bir tərəfin milli dəmir yolu şirkətləri milli qanunvericiliyə uyğun olaraq, ərazilərində təsis olunduqları digər  Tərəflərin səlahiyyətli orqanlarına dəmir yolunun sərəncamında olan daşıma sənədlərinin surətlərini təqdim edirlər.

 2. Milli dəmir yolu şirkətləri sərəncamlarında olan daşıma sənədlərinin 1 il müddətindən az olmayaraq saxlanılmasını təmin etməlidir.

 

                                                                   Maddə 9

                                                                  Məsuliyyət

 

 1. TRACECA dəhlizi ilə beynəlxalq tranzit vasitəsilə yüklərin daşınmasını həyata keçirən milli dəmir yolu şirkəti əsas şirkət kimi çıxış edir və  bu qismdə ərazilərindən belə daşımaların həyata keçirildiyi Tərəflərin səlahiyyətli orqanları qarşısında beynəlxalq gömrük tranziti  əməliyyatının lazımi qaydada aparılmasına görə məsuliyyət daşıyır.

 2. Əgər yük üçüncü ölkənin dəmir yolu şirkətindən daşınması üçün qəbul olunursa, yükləri beynəlxalq gömrük tranziti üsulu ilə daşınması  üçün qəbul edən milli dəmir yolu şirkəti bu yükləri Tərəflərin ərazisinə gətirdiyində əsas şirkət olur və ərazilərindən belə daşımanın həyata  keçirildiyi Tərəflərin səlahiyyətli orqanlarının qarşısında beynəlxalq gömrük əməliyyatının düzgün aparılmasına görə məsuliyyət daşıyır.

 3. Tərəflərin milli dəmir yolu şirkətləri 1-ci və 2-ci bəndlərdə göstərilən milli dəmir yolu şirkətləri ilə bərabər olaraq Tərəflərin səlahiyyətli  orqanlarının qarşısında beynəlxalq gömrük əməliyyatının düzgün aparılmasına görə birgə və şəxsi məsuliyyət daşıyırlar.

 4. 1-3 bəndlərində göstərilən öhdəliklərə müvafiq olaraq, milli dəmir yolu şirkətləri müvafiq tranzit əməliyyatı zamanı və ya onunla bağlı yol  verdikləri qeyri-qanuni hərəkətə və ya pozuntuya görə alına bilən gömrük tədiyyələrinin ödənilməsinə görə məsuliyyət daşıyırlar.

 

                                                                   ​Maddə 10

                                         Rüsumlardan və ödənişlərdən azad etmə

 

 Bu Texniki Əlavənin müddəalarına uyğun olaraq beynəlxalq gömrük tranziti əməliyyatının düzgün həyata keçirilməsinə görə  məsuliyyət daşıyan milli dəmir yolu şirkəti elə yüklərə münasibətdə gömrük tədiyyələrinin ödənişlərindən azad olunur ki:

 a) onlar lazımi qaydada müəyyən edilmiş fors-major və ya gözlənilməyən səbəblərdən məhv olunmuşdur;

 b) onlar, yüklərin xüsusiyyəti və xarakteri ilə şərtləndirilmiş, o cümlədən onların normal daşınma şəraitində təbii köhnəlməsi və ya  əksilməsi nəticəsində, itmiş hesab olunurlar.

 

                                                                   ​Maddə 11

                                       Təminatın təqdim edilməsindən azad etmə

 

 Bu Texniki Əlavənin tətbiqi çərçivəsində Tərəflərin milli dəmir yolu şirkətləri təminatının təqdim edilməsi öhdəliyindən azad olunurlar.

 

                                                                   Maddə 12

                                                                  Nişanlama

 

 Bu Texniki Əlavənin müddəaları əsasında beynəlxalq tranzit üsulu ilə yüklərin daşınmasında milli dəmir yolu şirkətləri dəmir yolu  fakturasına, nümunəsi 1-ci qeyddə göstərilən xüsusi nişanın daxil edilməsini təmin etməlidirlər.

 

                                                                   Maddə 13

                                         Daşıma müqaviləsinin dəyişdirilməsi

 

 Tələb olduqda, yük göndərənin və ya yük alanın yazılı ərizəsinə müvafiq olaraq, milli dəmir yolu şirkətinə, yalnız gömrük orqanlarının ilkin  razılığından sonra, daşıma müqaviləsinin dəyişdirilməsinə icazə verilir.

 

                                                                   ​Maddə 14

                                            Göndərmə zamanı rəsmiləşdirmə

 

 Nəqliyyat əməliyyatının əvvəlində göndərən məntəqənin gömrüyünə BDYDS dəmir yolu fakturası və həmçinin gömrük rəsmiləşdirilməsi və  nəzarəti üçün zəruri olan sənədlər təqdim olunur.

 

                                                                   ​Maddə 15

                                                       Eyniləşdirmə tədbirləri

 

 Bir qayda olaraq, milli dəmir yol şirkətinin tətbiq etdiyi eyniləşdirmə tədbirlərini nəzərə alaraq, göndərən məntəqənin gömrüyü, əlavə  eyniləşdirmə tədbirlərini tətbiq etmək hüququna malikdir.

 

                                                                   Maddə 16

                                              Tranzit gömrüyündə rəsmiləşdirmə

 

 Bu Texniki Əlavəyə uyğun olaraq, tranzit gömrüyündə yükün rəsmiləşdirilməsi, Tərəflərin ərazisində qüvvədə olan asanlaşdırılmış  üsullarla, yəni tranzit ölkəsinin gömrük orqanlarına gömrük məqsədləri üçün tələb olunan məlumatları əks etdirən dəmir yolu fakturasını  (BDYDS) təqdim etməklə həyata keçirilir.

 Maddə 8-də nəzərdə tutulmuş daşınma sənədləri, səlahiyyətli orqanlar tərəfindən tranzit əməliyyatlarının düzgün həyata keçirilməsini  yoxlamağa imkan verən sənədlər kimi qəbul edilirlər.

 

                                                                   ​Maddə 17

                                              Təyinat gömrüyündə rəsmiləşdirmə

 

 Tərəflərin ərazilərində işləyən qaydalara uyğun olaraq, təyinat məntəqəsinin gömrüyünə BDYDS fakturası təqdim olunur.

 Təyinat məntəqəsinin gömrüyü gömrük nəzarətindən sonra BDYDS fakturasının 1-ci vərəqinə öz möhürünü vurur və 1-ci vərəqin surətini  gömrük rəsmiləşdirməsi məqsədi ilə götürərək, BDYDS fakturasını qaytarır.

                                                                   

                                                                   Maddə 18

                                               Qeyri-qanuni hərəkətlər və pozuntular

 

 Beynəlxalq tranzit əməliyyatı zamanı qeyri-qanuni hərəkətlərə və ya pozuntulara yol verildiyində, buna yol verən şəxs ərazisində bu  qeyri-qanuni hərəkət aşkar olmuş Tərəfin səlahiyyətli orqanları qarşısında məsuliyyət daşıyır.

 

                                                                   Maddə 19

                                                              Əlavə imtiyazlar

 

 Bu Texniki Əlavənin müddəaları, Tərəflərin birtərəfli müddəalar əsasında və ya çoxtərəfli yaxud ikitərəfli sazişlər əsasında təqdim etdiyi  və ya təqdim edə biləcəyi əlavə imtiyazların tətbiqinə maneə olmur, bu şərtlə ki, belə imtiyazlar Bu texniki əlavənin müddəalarının  tətbiqinə mane olmur.