Az    |     Ru    |     En
      

    “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan                                              Avropa  Sazişinin təsdiq edilməsi barədə

 

                                   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan, 1971-ci il mayın 1-də Cenevrə şəhərində imzalanmış Avropa Sazişi Azərbaycan Respublikasının ona dair qeyd-şərti (qeyd-şərtin və bəyanatın mətnləri əlavə olunur) və bəyanatı ilə təsdiq edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV,

 

Bakı şəhəri, 21 dekabr 2010-cu il

№ 30-IVQ

 

 

 

                          Yol nişanları və siqnalları haqqında 1968-ci il konvensiyasını

                                                                   Tamamlayan

 

                                                                 AVROPA SAZİŞİ[1]

 

 

8 noyabr 1968-ci ildə Vyana şəhərində imzalanmaq üçün açılan, Yol nişanları və siqnalları haqqında Konvensiyanın tərəfləri olan Razılığa gələn tərəflər,

Avropada yol nişanları, siqnalları və işarələri və yol nişanlanması qaydaları ilə bağlı daha böyük unifikasiyaya nail olmaq məqsədilə

aşağıda göstərilənlər barədə razılığa gəldilər:

 

                                                                              Maddə 1

 

8 noyabr 1968-ci ildə Vyana şəhərində imzalanmaq açılan, Yol nişanları və siqnalları haqqında Konvensiyanın Tərəfləri olan Razılığa gələn tərəflər onların ərazilərində tətbiq olunan yol nişanları və siqnalları və yol nişanlanması sistemi bu Sazişin əlavəsinin müddəalarına uyğun olması üçün müvafiq tədbirlər görəcəklər.

 

                                                                              Maddə 2

 

1. Bu Saziş 8 noyabr 1968-ci ildə Vyana şəhərində imzalanmaq açılan, Yol nişanları və siqnalları haqqında Konvensiyanı imzalamış dövlətlər, yaxud bu Sazişə qoşulmuş və Birləşmiş Millətlər Təşkilatının Avropa iqtisadi komissiyasının üzvü olan ya da bu Komissiyanın fəaliyyət dairəsi barədə Əsasnamənin 8-ci maddəsinə uyğun olaraq Komissiyanın işində məsləhətçi statusu ilə iştirak etməyə buraxılmış dövlətlər tərəfindən imzalanması üçün 30 aprel 1972-ci ilə qədər açıqdır.

2. Bu Saziş 8 noyabr 1968-ci ildə Vyana şəhərində imzalanmaq açılan, Yol nişanları və siqnalları haqqında Konvensiya dövlət tərəfindən ratifikasiya edildikdən və ya ona qoşulduqdan sonra ratifikasiya edilməlidir. Ratifikasiya sənədləri Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanmaq üçün verilir.

3. Bu Saziş bu maddənin 1-ci bəndində göstərilən və 8 noyabr 1968-ci ildə Vyana şəhərində imzalanmaq açılmış, Yol nişan və siqnalları haqqında Konvensiyanın Tərəfi olan hər hansı dövlətin qoşulması üçün açıqdır. Qoşulma haqqında sənədlər saxlanılmaq üçün Baş katibə verilir.

 

                                                                              Maddə 3

 

1. Hər bir dövlət bu Sazişi imzalayarkən, ratifikasiya edərkən və ya ona qoşularkən, yaxud istənilən sonrakı zaman Baş katibə ünvanlanmış bildiriş vasitəsilə bəyan edə bilər ki, bu Saziş xarici münasibətləri üçün bu dövlətin məsuliyyət daşıdığı bütün ərazilərə və ya ərazilərin bir qisminə tətbiq edilir. Saziş bildirişdə qeyd edilən ərazi və ya ərazilərdə Baş katibin bu bildirişi aldığı gündən otuz gün keçdikdən sonra və ya bildiriş vermiş dövlət üçün Sazişin qüvvəyə mindiyi anda, - əgər bu tarix ondan sonradırsa, - tətbiq edilməyə başlayır.

2. Bu maddənin 1-ci bəndinə uyğun olaraq bəyanat vermiş hər bir dövlət sonralar istədiyi vaxt Baş katibə ünvanlanmış bildiriş vasitəsilə bəyan edə bilər ki, bu Saziş bildirişdə qeyd edilmiş ərazidə daha tətbiq edilməyəcəkdir və Saziş Baş katibin bu bildirişin almasından bir il keçdikdən sonra göstərilən ərazidə tətbiq edilməyəcəkdir.

 

                                                                              Maddə 4

 

1. Bu Saziş ratifikasiya və ya qoşulma haqqında onuncu sənəd saxlanılmaq üçün təhvil verildikdən on iki ay sonra qüvvəyə minir.

2. Ratifikasiya və ya qoşulma haqqında onuncu sənəd saxlanılmaq üçün təhvil verdikdən sonra bu Sazişi ratifikasiya edən və ya ona qoşulan hər bir dövlətə münasibətdə Saziş ratifikasiya sənədinin və ya qoşulma haqqında sənədin həmin dövlət tərəfindən saxlanılmağa verildiyi gündən on iki ay keçdikdən sonra qüvvəyə minir.

3. Əgər bu maddənin 1 və 2-ci bəndindən irəli gələn qüvvəyə minmə tarixi 8 noyabr 1968-ci ildə Vyana şəhərində imzalanmaq açılan, Yol nişanları və siqnalları haqqında Konvensiyanın 39-cu maddəsindən irəli gələn tarixdən əvvələ düşürsə, Saziş bu maddənin 1-ci bəndinə əsasən sonuncu tarixdə qüvvəyə minir.

 

                                                                              Maddə 5

 

Saziş qüvvəyə mindiyi andan o, Yol hərəkəti haqqında 1949-cu il Konvensiyasına və 1949-cu il Yol nişanlan və siqnalları haqqında Protokola əlavə olaraq 16 sentyabr 1950-ci ildə Cenevrədə imzalanmış Avropa Sazişində nəzərdə tutulan Yol nişan və siqnalları haqqında Protokola dair müddəalar və 16 dekabr 1955-ci ildə Cenevrədə imzalanmış Yol işlərinin sərhədlərinin nişanlanması haqqında Saziş və 13 dekabr 1957-ci ildə Cenevrədə imzalanmış Yol nişanlanması haqqında Avropa Sazişini ləğv edir və Razılığa gələn Tərəflər arasındakı münasibətlərdə onları əvəz edir.

 

                                                                              Maddə 6

 

1. Bu Saziş qüvvəyə mindikdən on iki ay sonra hər bir Razılığa gələn Tərəf Sazişə bir və ya bir neçə düzəliş təklif edə bilər. Təklif edilən hər bir düzəlişin mətni izahedici memorandumla birgə Baş katibə göndərilir, o İsə düzəlişi Razılığa gələn bütün Tərəflərə göndərir. Razılığa gələn Tərəflər həmin mətnin onlara göndərildiyi gündən on iki ay müddətində Baş katibə aşağıdakıları bildirmək imkanına malikdirlər: a) düzəlişi qəbul edirlər; b) düzəlişi rədd edirlər və ya c) düzəlişə baxılması üçün konfrans çağırılmasını arzu edirlər. Baş katib təklif olunan düzəlişin mətnini də bu Sazişin 2-ci maddəsində göstərilən dövlətlərə göndərir.

2. a) Bu maddənin 1-ci bəndinə uyğun olaraq təklif edilən istənilən düzəliş bu maddənin 1-ci bəndinə uyğun yalnız o halda qəbul olunmuş sayıla bilər ki, Razılığa gələn tərəflərdən üçdə birindən azı yuxarıda qeyd edilən on iki ay müddətində Baş katibə düzəlişi rədd etmələri və ya həmin düzəlişin müzakirə edilməsi üçün konfransın çağırılmasını arzu etdiyi barədə məlumat versin. Baş katib təklif edilən düzəlişlərin qəbulu və ya rədd edilməsi və ya konfransın çağırılması ilə əlaqədar Razılığa gələn bütün Tərəflərə hər dəfə məlumat verir. Əgər müəyyən edilmiş on iki ay müddətində Razılığa gələn Tərəflərin üçdə birindən az qismindən bu cür xahişlər və rəddetmələr gələrsə, Baş katib bütün Razılığa gələn tərəfləri məlumatlandırır ki, düzəliş müəyyən olunmuş müddətdə düzəlişi rədd etmiş və ya onu müzakirə etmək üçün konfrans çağırılması xahişi ilə müraciət etmiş tərəflər istisna edilməklə,

Razılığa gələn bütün tərəflər üçün bu maddənin 1-ci bəndinə uyğun olaraq on iki ay bitdikdən 6 ay sonra qüvvəyə minir.

b) Yuxarıda göstərilən on iki aylıq müddət ərzində təklif olunan düzəlişi rədd etmiş və ya ona baxılması üçün konfrans çağırılmasını xahiş etmiş Razılığa gələn hər bir Tərəf həmin müddət keçdikdən sonra istənilən vaxt düzəlişi qəbul etməsi barədə Baş katibə məlumat verə bilər, Baş katib isə bu məlumatı Razılığa gələn bütün başqa Tərəflərə göndərir. Düzəliş, onun qəbul edilməsi haqqında bu cür məlumat göndərmiş Razılığa gələn Tərəflər üçün onları Baş katibin aldığı vaxtdan altı ay sonra qüvvəyə minir.

3. Əgər təklif edilən düzəliş bu maddənin 2-ci bəndinə uyğun olaraq qəbul olunmayıbsa və əgər bu maddənin 1-ci bəndində nəzərdə tutulan on iki aylıq müddətdə Razılığa gələn Tərəflərin ümumi sayının yarısından azı təklif olunan düzəlişi rədd etdiyini Baş katibə bildirirsə və əgər Razılığa gələn bütün Tərəflərin azı üçdə biri, lakin ən azı beşi düzəlişi qəbul etdiyini və ya həmin düzəlişi müzakirə etmək üçün konfrans çağırılmasını istədiyini ona bildirirsə, Baş katib təklif olunan düzəlişə və ya bu maddənin 4-cü bəndinə uyğun olaraq ona təqdim edilə biləcək hər hansı başqa təklifə baxılması üçün konfrans çağırır.

4. Əgər konfrans bu maddənin 3-cü bəndinə uyğun olaraq çağırılırsa, Baş katib bura bütün Razılığa gələn Tərəfləri və bu Sazişin 2-ci maddəsində göstərilmiş digər dövlətləri dəvət edir. Baş katib konfransa dəvət edilmiş bütün dövlətlərə təklif edilmiş düzəlişdən əlavə konfransda müzakirə etmək istədikləri hər hansı bir təklifi, konfransın açılmasına azı 6 ay qalmış ona təqdim etmələrini xahiş edir və konfransa dəvət olunan bütün dövlətlərə bu təkliflər barədə konfransın açılmasına azı üç ay qalmış məlumat verir.

a) Bu sazişə edilmiş hər hansı bir düzəliş konfransda təmsil olunmuş dövlətlərin üçdə iki əksəriyyəti tərəfindən qəbul edilirsə, qəbul edilmiş sayılır, bu şərtlə ki, bu əksəriyyət konfransda təmsil edilmiş Razılığa gələn bütün Tərəflərin azı üçdə ikisini əhatə etsin. Baş katib düzəlişin qəbul edilməsi barədə bütün Razılığa gələn Tərəflərə məlumat verir və həmin düzəliş bu məlumatın verildiyi gündən on iki ay sonra, düzəlişi rədd etdikləri barədə həmin müddətdə Baş katibə məlumat vermiş dövlətlər istisna olmaqla, Razılığa gələn bütün Tərəflər üçün qüvvəyə minir.

b) Yuxarıda göstərilən on iki aylıq müddət ərzində düzəlişi rədd etmiş Razılığa gələn hər bir Tərəf istənilən vaxt düzəlişi qəbul etməsi barədə Baş katibə məlumat verə bilər, Baş katib isə bu məlumatı Razılığa gələn bütün başqa Tərəflərə göndərir. Düzəliş, onun qəbul edilməsi haqqında bu cür məlumat göndərmiş Razılığa gələn Tərəflər üçün onu Baş katibin aldığı vaxtdan altı ay sonra və ya yuxarıda göstərilən on iki aylıq müddət, - əgər bu müddət daha gec qurtarırsa, - qurtardıqdan sonra qüvvəyə minir.

6. Əgər təklif edilən düzəliş bu maddənin 2-ci bəndinə uyğun olaraq qəbul edilmiş sayılmırsa və əgər bu maddənin 3-cü bəndinə əsasən konfransın çağırılma şərtləri yerinə yetirilməyibsə, təklif edilən düzəliş rədd olunmuş hesab olunur.

7. Bu maddənin 1-6-cı bəndlərində nəzərdə tutulmuş düzəlişlərin edilməsi qaydasından asılı olmayaraq, Sazişə əlavə bütün Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları arasında bağlanan sazişə əsasən dəyişdirilə bilər. Əgər Razılığa gələn Tərəflərdən birinin səlahiyyətli orqanı bəyan etsə ki, onun razılığı milli qanunvericiliyə əsasən qanunverici orqanın təsdiqinin alınmasından və ya xüsusi razılığın alınmasından asılıdır, Razılığa gələn Tərəfin səlahiyyətli orqanının razılığı yalnız o zaman verilmiş hesab edilir ki, bu səlahiyyətli orqan tələb olunan səlahiyyətin və ya icazənin alındığı barədə Baş katibə məlumat versin. Səlahiyyətli orqanlar arasında bağlanan sazişdə qeyd oluna bilər ki, keçid dövrü ərzində əlavənin köhnə müddəaları tam və ya qismən yeni müddəalarla birlikdə qüvvədə saxlanılır. Baş katib yeni müddəaların qüvvəyə minməsi tarixini müəyyən edəcəkdir.

8. Hər bir dövlət bu Sazişi imzalayarkən və ya ratifikasiya edərkən və ya ona qoşularkən Baş katibə bu maddənin 7-ci bəndinə uyğun olaraq razılıq verəcək səlahiyyətli orqanının adını və ünvanını bildirir.

 

                                                                              Maddə 7

 

Razılığa gələn hər bir tərəf bu Sazişi Baş katibə ünvanlandığı yazılı bildiriş vasitəsilə ləğv edə bilər. Ləğvetmə Baş katib tərəfindən bildiriş məktubu alındıqdan bir il sonra qüvvəyə minir. 8 noyabr 1968-ci ildə Vyana şəhərində imzalanmaq açılan, Yol nişanları və siqnalları haqqında Konvensiyanın Tərəfi olmaqdan çıxan hər bir dövlət həmin gündən etibarən bu Sazişin Tərəfi olmaqdan çıxır.

 

                                                                              Maddə 8

 

Bu Saziş Razılığa gələn Tərəflərin sayı ardıcıl on iki ayın hər hansı bir dövründə beşdən az olduğu halda, həmçinin 8 noyabr 1968-ci ildə Vyana şəhərində imzalanmaq açılmış, Yol nişanları və siqnalları haqqında Konvensiyanın qüvvəsini itirdiyi andan qüvvədən düşür.

 

                                                                              Maddə 9

 

1. Razılığa gələn tərəflərdən ikisi və daha artığı arasında bu Sazişin şərhi və tətbiqi ilə bağlı hər hansı mübahisəli məsələ, mübahisə edən tərəflər onu danışıqlar və yaxud digər tənzimləmə vasitələri ilə həll edə bilməzlərsə, mübahisə edən tərəflərdən birinin müraciətinə əsasən bu mübahisə arbitraja çıxarılır; o, mübahisə edən tərəflərin birgə razılığı əsasında seçdiyi bir və ya bir neçə arbİtrə verilir. Əgər işin arbitraja verildiyi üç ay müddətində mübahisə edən tərəflər arbitr və ya arbitrlərin seçimində razılığa gələ bilməsələr, tərəflərdən istənilən biri Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bu mübahisənin həllinin həvalə ediləcəyi bir arbitrin təyin edilməsi üçün müraciət edə bilər.

2. Bu maddənin 1-ci bəndinə uyğun olaraq təyin edilmiş arbitr və ya arbitrlərin çıxaracağı qərar mübahisə edən Razılığa gələn Tərəflər üçün məcburi qüvvəyə malikdir.

 

                                                                              Maddə 10

 

Bu Sazişin heç bir müddəası özünün xarici və ya daxili təhlükəsizliyini təmin etmək üçün Razılığa gələn Tərəflərdən hər hansı birinin zəruri hesab etdiyi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun və yaranmış vəziyyətlə məhdudlaşan tədbirlər görməyə maneə kimi təfsir olunmamalıdır.

 

                                                                              Maddə 11

 

1. Hər hansı bir dövlət bu Sazişi imzalayarkən və ya ratifikasiya sənədini və ya qoşulma haqqında sənədi təhvil verərkən özünü bu Sazişin 9-cu maddəsi ilə bağlı hesab etmədiyini bəyan edə bilər. Razılığa gələn digər Tərəflər belə bəyanat vermiş Razılığa gələn hər hansı Tərəfə münasibətdə 9-cu maddə ilə bağlı deyildirlər.

2. Bu maddənin 1-ci bəndində göstərilən qeyd-şərtlərdən fərqli qeyd-şərtlər yazılı şəkildə təqdim edildikdə, bunlar ratifikasiya sənədi və ya qoşulma haqqında sənəd saxlanılmağa verilənədək təqdim edilmişsə, ratifikasiya sənədində və ya qoşulma haqqında sənəddə təsdiq olunduqda icazə verilir.

3. Hər bir dövlət bu Sazişə qoşulma haqqında sənədi və ya ratifikasiya sənədini saxlanılmağa verərkən Baş katibi yazılı surətdə məlumatlanmalıdır ki, onun 8 noyabr 1968-ci ildə Vyana şəhərində imzalanmaq üçün açılan, Yol nişanları və siqnalları haqqında Konvensiyaya etdiyi qeyd-şərtlər nə dərəcədə bu Sazişə aid olacaqdır. Bu Sazişə qoşulma haqqında sənədin və ya ratifikasiya sənədinin saxlanılmağa verilməsi zamanı bildiriş verilməyən qeyd-şərtlər bu Sazişə tətbiq edilə bilməyən sayılacaqdır.

4. Baş katib bu Sazişin 2-ci maddəsində göstərilən bütün dövlətlərə bu maddəyə əsasən bu Sazişə verilən bildiriş və qeyd-şərtlər haqqında məlumat verir.

5. Bu maddəyə uyğun olaraq bəyanat, qeyd-şərt və ya bildiriş vermiş hər bir dövlət istənilən vaxt Baş katibə ünvanlanmış bildiriş vasitəsilə onları qüvvədən sala bilər.

6. Bu maddənin 2-ci bəndinə uyğun olaraq edilmiş hər hansı bir qeyd-şərt və ya 3-cü bəndinə uyğun olaraq bildiriş verilmiş hər hansı bir qeyd-şərt:

a) bu Sazişin hansı müddəalarına aiddirsə, həmin müddəaları yuxarıda göstərilən qeyd-şərti etmiş və ya bu qeyd-şərt barədə bildiriş vermiş Razılığa gələn Tərəf üçün qeyd-şərtdə göstərilən çərçivədə dəyişir;

b) Razılığa gələn digər Tərəflər üçün də bu müddəaları onların qeyd-şərt etmiş və ya bu qeyd-şərt barədə bildiriş vermiş Razılığa gələn Tərəflə qarşılıqlı münasibətlərində eyni dərəcədə dəyişir.

 

                                                                              Maddə 12

 

Bu Sazişin 6 və 11-ci maddələrində göstərilən bəyanat, bildiriş və məlumatlardan əlavə Baş katib 2-ci maddədə qeyd olunan dövlətlərə aşağıdakılar barədə məlumat verməlidir:

a) 2-ci maddəyə uyğun olaraq imzalanmalar, ratifikasiyalar və qoşulmalar;

b) 3-cü maddəyə uyğun olaraq bildirişlər və bəyanatlar;

c) 4-cü maddəyə uyğun olaraq bu Sazişin qüvvəyə minmə tarixləri;

d) 6-cı maddənin 2, 5 və 7-ci bəndlərinə uyğun olaraq bu Sazişə düzəlişlərin qüvvəyə minmə tarixi;

e) 7-ci maddəyə uyğun olaraq ləğvetmələr;

8-ci maddəyə uyğun olaraq bu Sazişin qüvvədən düşməsi barədə.

 

                                                                              Maddə 13

 

30 aprel 1972-ci il tarixindən sonra bu Sazişin bir nüsxədə ingilis, rus və fransız dillərində, bütün mətnlər autentikdir, tərtib edilmiş əsli saxlanması üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir, o, isə bu Sazişin lazımi qaydada təsdiq edilmiş surətlərini bu Sazişin 2-ci maddəsində qeyd olunan bütün dövlətlərə çatdırır.

Bunun təsdiqi olaraq, öz hökumətləri tərəfindən lazımi qaydada buna vəkil edilmiş aşağıda imza edən nümayəndələr bu Sazişi imzalamışlar.

Bir may min doqquz yüz yetmiş birinci ildə Cenevrədə imzalanmışdır.

 

 

                         Nişanları Və Siqnallar Haqqında 1968 il Konvensiyanı Tamamlayan

 

                                                                                ƏLAVƏ

 

1. Bu əlavənin müddəaları tətbiq edilərkən “Konvensiya” termini 8 noyabr 1968-ci ildə Vyana şəhərində imzalanmaq üçün açılan, Yol nişan və siqnalları haqqında Konvensiyanı ifadə edir.

2. Bu əlavə yalnız Konvensiyanın müvafiq maddələrinə olan dəyişikliklər və əlavələri özündə ehtiva edir.

3. Konvensiyanın 1-ci maddəsinə (Anlayışlar)

“b” Yarımbəndi

 Bu maddə belə oxunmalıdır:

“Yaşayış məntəqəsi” termini girişləri və çıxışları xüsusi olaraq müvafiq nişanlarla işarələnmiş, tikilmiş ərazini ifadə edir;”.

bu maddənin “b” yarımbəndindən sonra əlavə yarımbənd daxil edilsin

Bu yarımbənd belə oxunmalıdır:

“Yaşayış zonası” termini giriş və çıxışları müvafiq nişanlarla işarə edilmiş, daxilində xüsusi yol hərəkəti qaydalarının tətbiq edildiyi xüsusi tikilmiş ərazini ifadə edir;”.

“l” Yarımbəndi

Motosikletlərə yüksüz kütləsi 400 kq-dan artıq olmayan üç təkərli nəqliyyat vasitələri bərabər tutulur.

Bu maddənin sonuna əlavə bənd daxil edilsin

Bu bənd belə oxunmalıdır:

“Piyadalara uşaq arabasını, xəstə arabasını, əlil arabasını və ya böyük ölçüdə olmayan hər hansı digər motorsuz nəqliyyat vasitəsini daşıyanlar, əli ilə velosiped və moped daşıyanlar, həmçinin özləri tərəfindən hərəkət etdirilən əlil arabasında hərəkət edən və ya sərnişin sürəti ilə əlil arabasında hərəkət edən əlillər bərabər tutulur”.

4. Konvensiyanın 3-cü maddəsinə (Razılığa gələn Tərəflərin öhdəlikləri)

Bənd 3

Bu bənd belə oxunmalıdır:

“Konvensiya və bu Sazişlə müəyyən edilmiş sistemə uyğun olmayan bütün nişanlar, işarələr, qurğular və nişanlanma bu Saziş qüvvəyə mindikdən on il müddətində dəyişdiriləcəkdir. Bu müddət ərzində yol istifadəçilərinin Konvensiya və bu Sazişlə müəyyən edilmiş yeni sistemə alışmaları məqsədilə əvvəlki nişanlar, işarələr və yazılar Konvensiya və bu Sazişlə təsbit olunmuş nişanlar, işarələr və yazılarla birlikdə işlədilə bilər”.

5. Konvensiyanın 6-cı maddəsinə

Bənd 4

Konvensiyada tövsiyə xarakterli olan bu bəndin müddəaları məcburi olacaqdır.

6. Konvensiyanın 7-ci maddəsinə

Bənd 1

Tamamlayıcı ifadəni bu bəndin sonuna əlavə etməli

Bu ifadə belə oxunmalıdır.

“Bundan əlavə, barəsində danışılan nişanlarla bağlı tövsiyə olunur ki, yolun eyni sahəsində işıqlandırılan və ya işıq əksedici materiallarla təchiz edilmiş nişanlardan və işıqlandırılmayan və yuxarıda qeyd olunan üsulla təchiz edilməyən nişanlardan eyni vaxtda istifadə edilməsin”.

7. Konvensiyanın 8-ci maddəsinə

Bənd 3

Bu bənd belə oxunmalıdır:

“Bu Sazişin 4-cü maddəsində göstərilən on illik keçid dövründə, həmçinin sonrakı dövrdə müstəsna hallarda nişanların şərhini asanlaşdırmaq məqsədi ilə nişanın altında düzbucaqlı lövhədə və ya nişanın yerləşdiyi lövhənin aşağı hissəsində yazı əlavə oluna bilər; bu cür yazı nişanın özündə də həkk oluna bilər, o halda ki, o, yazını başa düşməyən sürücülərə nişanı başa düşmələrinə mane olmasın”.

8. Konvensiyanın 9-cu maddəsinə

Bənd 1

Hər bir dövlət xəbərdaredici nişan olaraq Aa nümunəsini qəbul edir.

9. Konvensiyanın 10-cu maddəsinə (Üstünlük nişanları)

Bənd 3

Hər bir dövlət “Dayanmadan keçid qadağandır” nişanı olaraq B, 2a nümunəsini seçir.

Bənd 6

B, 1 nişanı haqqında əvvəlcədən xəbərdar etmək üçün həmin nişan Konvensiyaya əlavə 1-in H bölməsində təsvir olunmuş H,1 lövhəciyi ilə birlikdə tətbiq olunur.

B, 2a nişanına yaxınlaşma barədə xəbərdarlıq üçün B, 1 nişanı B, 2a nişanın hansı məsafədə olduğunu rəqəmlə göstərən və “STOP” yazısı olan düzbucaqlı lövhə ilə birlikdə istifadə edilir.

9 - bis. Konvensiyanın 13 - bis maddəsinə (Xüsusi göstəriş nişanları)

Bənd 2

Bu maddə belə oxunmalıdır:

“E, 7a: E, 7b və ya E,7c və E, 8a: E, 8b və ya E, 8c nişanları yol istifadəçilərinə bildirir ki, yaşayış məntəqələrində yolun bəzi hissələrində digər qaydalar müəyyən edildiyi hallar istisna olmaqla, E, 7a; E, 7b və ya E, 7c işarələrindən E, 8a, E, 8b və ya E, 8c işarələrinə qədər bu dövlətin ərazisindəki yaşayış məntəqələrində qüvvədə olan yol hərəkət qaydaları tətbiq edilir. Onlarda ağ və ya açıq fonda tünd rəngli yazılar var və müvafiq olaraq yaşayış məntəqəsinin giriş və ya çıxışında quraşdırılır. lakin B,3 nişanı olan baş yolda, üstün keçid hüququnun qüvvədən düşdüyü yaşayış məntəqəsində həmişə B,4 nişanı quraşdırılmalıdır. “.

10. Konvensiyanın 18-ci maddəsinə (Yer müəyyənləşdirici nişanlar)

Yer müəyyənləşdirici nişanlarda işarələr tünd fonda ağ və ya açıq rəngli olmalıdır.

11. Konvensiyanın 23-cü maddəsinə (Nəqliyyat vasitələrinin  hərəkətinin nizamlanması üçün nəzərdə tutulmuş siqnallar).

(bəndlər çıxarımışdır)

Bu maddənin 11-ci bəndindən sonra əlavə bənd daxil edilsin

Bu bənd belə oxunmalıdır:

“Xüsusi hallarda, əgər işıq siqnallarından daimi istifadəyə ehtiyac yoxdursa, əvvəl sayrışmayan san işıq və ondan sonra sayrışmayan qırmızı işıq siqnalından istifadə etmək olar; sayrışmayan sarı işıqdan əvvəl sayrışan sarı işıq siqnalı verilə bilər”.

12. Konvensiyanın 24-cü maddəsinə (Yalnız piyadalar üçün nəzərdə tutulmuş siqnallar)

Bənd 1, yarımbənd a) ii)

Bu müddəa tətbiq edilməyəcəkdir.

Bənd 2

Bu bənd belə oxunmalıdır:

“Piyadalar üçün nəzərdə tutulmuş işıq siqnalları, müvafiq olaraq qırmızı və yaşıl işıqlardan ibarət olmaqla, iki rəngli sistemli olmalıdır. Hər iki işıq eyni vaxtda yandırılmamalıdır.”.

Bənd 3

Bu bənd belə oxunmalıdır:

“İşıqlar şaquli yerləşməlidir, bu zaman qırmızı işıq həmişə yuxarıda, yaşıl işıq isə həmişə aşağıda yerləşməlidir. Qırmızı işıq hərəkətsiz piyada və ya hərəkətsiz piyadalar silueti formasında, yaşıl işıq isə hərəkət edən piyada və ya hərəkət edən piyadalar silueti formasında olmalıdır”.

13. Konvensiyanın 31-ci maddəsinə (Təmir işləri ilə əlaqədar nişanlar)

Bənd 2

Baryerlər bir-birini əvəz edən qara və ağ və ya qara və sarı zolaqlarla rənglənməməlidir.

14. Konvensiyanın 32-ci maddəsinə (İşıq və ya işıqəksedici qurğular vasitəsilə nişanlama).

Bu maddə belə oxunmalıdır:

“1. Yolun hərəkət hissəsindəki tumbalarının və ya təhlükəsizlik adacıqlarının mövcudluğunu ağ və ya san işıqla və ya işıqəksedici qurğularla işarələmək tövsiyə olunur.

2. Əgər yolun hərəkət hissəsinin kənarları işıqlarla və ya işıqəksedci qurğularla işarələnmişdirsə, bu işıq və qurğular belə olmalıdır:

a) ya hamısı ağ və ya açıq sarı rəngdə;

b) ya əks hərəkət istiqamətli hərəkət hissəsinin kənarı işarələndikdə, ağ və ya açıq sarı rəngdə, hərəkət istiqamətinə uyğun hərəkət hissəsinin kənarı işarələndikdə qırmızı və ya tünd san rəngdə;

c) bu Sazişin tərəfi olan hər bir dövlət öz ərazisində bu maddədə göstərilən işıqlar və ya işıqəksedci qurğular üçün eyni rəng və ya eyni rənglər sistemini tətbiq edəcəkdir”.

15. Konvensiyanın 33-cü maddəsinə

Bənd 1, yarımbənd “a”

Bu yarımbənd belə oxunmalıdır:

“Dəmiryol keçidi qarşısında qatarların yaxınlaşması və ya şlaqbaumun və ya yarımşlaqbaumun bağlanacağı barədə xəbərdar edən siqnal sistemi quraşdırılmışdırsa, o, bu Konvensiyanın 23-cü maddəsinin 1-ci bəndinin b) yarımbəndinə nəzərdə tutulduğu kimi sayrışan qırmızı işıqdan və ya növbə ilə sayrışan qırmızı işıqlardan ibarət olmalıdır. şlaqbaumun və ya yarımşlaqbaumun olmadığı dəmiryol keçidlərində siqnalizasiya növbə ilə sayrışan iki qırmızı işıqla həyata keçirilir. Lakin:

i) qırmızı sayrışan işıqlar bu Konvensiyanın 23-cü maddəsinin 2-ci bəndində təsvir olunmuş qırmızı-sarı-yaşıl üçrəngli sistemin işıq siqnalı ilə, yaxud dəmiryol keçidi yaxınlığında yolda digər üçrəngli işıq siqnalları yerləşdirildiyi və ya dəmiryol keçidində şlaqbaumlar quraşdırıldığı hallarda yaşıl işıqsız siqnalla əvəzlənə və ya əlavə edilə bilər. Yarımşlaqbaumlu dəmiryol keçidindəki qırmızı işıqlar yuxarıda qeyd olunan ifadədə göstərildiyi şəkildə dəyişdirilə bilməz; lakin əgər dəmir yol keçidləri qarşısındakı yolda digər üç rəngli siqnallar mövcud olarsa, onlar bu şəkildə tamamlana bilər.

ii) az hərəkətli olan qrunt yollarda və piyada keçidlərində yalnız səs siqnalından istifadə edilə bilər”.

Bənd 2

Bu bənd belə oxunmalıdır:

“ Svetoforlar hərəkət istiqaməti üzrə yolun hərəkət hissəsinin kənarında quraşdırılır; şərait tələb etdikdə, məsələn siqnalların görünə bilmə şərtlərindən və ya hərəkətin intensivliyindən asılı olaraq, işıqlar yolun əks tərəfində təkrarlanmalıdır. Lakin, yerli şərait nəzərə alınaraq, daha məqsədəmüvafiq hesab edildiyi hallarda işıqlar hərəkət hissəsinin ortasında təhlükəsizlik adacığında və ya yolun hərəkət hissəsinin üzərində təkrarlana bilər.”.

16. Konvensiyanın 35-ci maddəsinə

Bənd 1

Dəmir yol keçidlərinin şlaqbaum və ya şdaqbaumları qara və ağ və ya qara və sarı növbələnən zolaqlarla işarələnmir.

17. Konvensiyanın əlavə 1-nə, bölmə A, yarımbölmə II

Bənd 2 (Sərt eniş)

Bu bənd belə oxunmalıdır:

“a) kəskin maili enişlərə yaxınlaşmanı bildirən nişanlar üçün A, 2a işarəsindən istifadə olunur.

b) A, 2a işarəsinin sol tərəfi nişan lövhəsinin sol küncünü, onun bünövrəsi isə lövhənin bütün enini tutur; rəqəmlər faizlə mailliyi göstərir. “

Bənd 3 (Sərt yoxuş)

Bu bənd belə oxunmalıdır:

“a) Sərt yoxuşa yaxınlaşma barədə xəbərdarlıq üçün A, 3a işarəsindən istifadə edilir.

b) A, 3a işarəsinin sağ tərəfi nişanın lövhəsinin sağ küncünü, onun bünövrəsi isə lövhənin bütün enini tutur; rəqəmlər yoxuşun faizini göstərir.”

Bənd 12 (Piyada keçidi)

Bu bənd belə oxunmalıdır:

“a) Piyada keçidinə yaxınlaşma barədə xəbərdarlıq üçün A,12a işarəsindən istifadə edilir.

b) işarə əks tərəfə istiqamətlənə də bilər. “

Bənd 18 (Üstün keçid hüququ ümumi qəbul olunmuş üstün keçid qaydaları ilə müəyyən edilən yolayrıcı)

Bu bənd belə oxunmalıdır:

“Üstün keçid hüququ dövlətdə qüvvədə olan ümumi üstün keçid qaydaları ilə müəyyən olunmuş yolayrıcına yaxınlaşmanın xəbərdar edilməsi üçün A, 18a işarəsindən istifadə olunur.”.

Bənd 20 (İstifadəçilərinə yol verilməli olan yol ilə kəsişmə)

Bu bənd belə oxunmalıdır:

“ Bu əlavənin 9-cu bəndinin müddəalarına əsasən B, 1 və ya B, 2 a nişanları tətbiq edilir”.

Bənd 22 (Hərəkətin işıq siqnalları ilə nizamlandığı yolayrıcı)

Bu bənd belə oxunmalıdır:

“Yolayrıcında hərəkət işıq siqnalları ilə nizamlandığı halda, üzərində yuxarıda 17-ci bənddə qeyd olunmuş A, 17 işarəsi olan Aa nişanı, 18-20-ci bəndlərdə göstərilən nişanlara əlavə olaraq və yaxud onların əvəzinə quraşdırıla bilər”.

Bənd 26 (Digər dəmiryol keçidləri)

Yarım bənd b)

Bu yanmbənd belə oxunmalıdır:

“Digər dəmiryol keçidlərinə yaxınlaşmanı xəbər vermək üçün şəraitdən asılı olaraq A, 26a və ya A, 27 işarəsindən istifadə edilir”.

Bənd 28 (dəmiryol keçidlərinin bilavasitə yaxınlığında quraşdırılan nişanlar) A, 28 nişanının A, 28c nümunəsi istifadə edilmir.

A, 28a və A, 28b nümunələrinin üzərinə bu işarələrin ümumi görünüşünü və effektliyini azaltmamaq şərti ilə qırmızı zolaqlar çəkilə bilər.

18. Konvensiyaya əlavə 1 , bölmə B

Bənd 1 (“BAŞ YOLLA KƏSİŞMƏ” nişanı)

B, 1 nişanında nə işarə, nə də yazı olmamalıdır.

Bənd 2 (“DAYANMADAN KEÇMƏK QADAĞANDIR” nişanı).

Bu bənd belə oxunmalıdır:

“DAYANMADAN KEÇMƏK QADAĞANDIR” nişanı B,2 nişanının B, 2a nümunəsidir. B, 2 nişanının B, 2a nümunəsi səkkiz guşəli, qırmızı fonlu ağ və ya açıq sarı haşiyəli olmalı və üzərindən ağ və ya açıq sarı rənglə “STOP” işarəsi çəkilməlidir; bu işarənin hündürlüyü nişan lövhəsinin hündürlüyünün üçdə birindən az olmamalıdır. Normal ölçüdə B, 2a nişanının hündürlüyü təxminən 0,90 m, kiçik ölçülü nişanın hündürlüyü 0,60 m az olmamalıdır “.

19. Konvensiyaya əlavə 1 , bölmə C. yarımbölmə II

Bənd 1 (Girişin qadağan olması və ya məhdudlaşdırılması)

C,1 nişanının C,1b nümunəsindən istifadə edilmir.

Bu əlavə üçün əlavə olaraq tərtib edilmiş, istifadə oluna biləcək iki C,3m və C,3n nişanları aşağıdakı mənanı daşıyır.

C, 3m – “MÜƏYYƏN OLUNMUŞ MİQDARDAN ÇOX PARTLAYICI VƏ TEZ ALIŞAN MADDƏLƏRİ DAŞIYAN NƏQLİYYAT VASİTƏLƏRİNİN HƏRƏKƏTİ QADAĞANDIR”.

C,3n – “MÜƏYYƏN OLUNMUŞ MİQDARDAN ÇOX SU ÇİRKLƏNDİRİCİ MADDƏLƏRİ DAŞIYAN NƏQLİYYAT VASİTƏLƏRİNİN HƏRƏKƏTİ QADAĞANDIR”.

c) yarımbəndinin sonundakı qeyd belə oxunmalıdır: «C, 3a -dən C, 31-ə qədər nişanların və bu bənddə qeyd olunan C, 3m və C,3n nişanların maili qırmızı xətti olmur.”

Bənd 4 (Ötmənin qadağan olunması)

C, 13a və C, 13b nişanlarının C, 13ab və C, 13bb nümunələrindən istifadə olunmur.

Bənd 9, yarımbənd a) ii)

Bu müddəa tətbiq edilmir.

Bənd 9, yarımbənd b) iii)

Bu müddəa istifadə olunmur.

Bənd 9, yarımbənd c) v)

Əgər qadağa qısa məsafədə tətbiq edilirsə, bu qadağanın tətbiq edildiyi hüdudlar məsafəsi göstərilən, qırmızı rəngli dairədən ibarət olan yalnız bir nişanın quraşdırılması imkanından istifadə etmək lazım deyildir.

20. Konvensiyaya əlavə 1 , bölmə D, yarımbölmə I

Bənd 2

Bu bənd belə oxunmalıdır:

“Başqa göstəriş olmadıqda bu nişanlar mavi rəngdə, işarələr isə ağ və ya açıq rəngdə olmalıdır”.

21. Konvensiyaya əlavə 1 , bölmə D, yarımbölmə II

Bənd 1. (Məcburi istiqamət)

D, 1b nişanı istifadə edilmir.

Bənd 3 (Məcburi dairəvi hərəkət) [çıxarılıb]

22. Konvensiyaya əlavə 1 , bölmə ET yarımbölmə II

Bənd 3. (“BİRTƏRƏFLİ HƏRƏKƏT” nişanı), yarımbənd a) ii)

E, 3b nişanının oxuna yalnız o zaman yazı yazılır ki, bu nişanın effektliyini azaltmasın.

Bənd 5 (Avtomagistrala giriş və ya avtomagirstraldan çıxışı xəbərdar edən nişanlar)

Əlavə edilmiş yarımbənd bilavasitə bu bəndin a) yarımbəndindən sonra daxil edilsin

Bu yarımbənd belə oxunmalıdır:

“E, 5a nişanını avtomagistrala yaxınlaşmanı xəbərdar etmək üçün istifadə etmək və ya təkrarlamaq olar. Bu üsulla quraşdırılmış hər bir nişanın alt hissəsində ya nişan ilə avtomaqistralın başlanğıcı arasındakı məsafəni göstərən yazı, ya da Konvensiyaya əlavə 1-in H bölməsində təsvir olunan H,1 əlavə lövhəciyi yerləşdirilir”.

Bənd 6 (Avtomaqistrala şamil edilən hərəkət qaydalarının tətbiq edildiyi yola girişi və yaxud bu yoldan çıxışı xəbərdar edən nişanlar)

Əlavə edilmiş yarımbənd bilavasitə bu bəndin a) yarımbəndindən sonra daxil edilsin.

Bu yarımbənd belə oxunmalıdır:

«E, 6a nişanını avtomagistrala şamil edilən hərəkət qaydalarının tətbiq edildiyi yola yaxınlaşmanı xəbərdar etmək üçün istifadə etmək və ya təkrarlamaq olar. Bu üsulla quraşdırılmış hər bir nişanın alt hissəsində ya nişan ilə avtomagistrala şamil edilən hərəkət qaydalarının tətbiq edildiyi yolun başlanğıcı arasındakı məsafəni göstərən yazı, ya da Konvensiyaya əlavə 1-in H bölməsində təsvir olunan H,1 əlavə lövhəciyi yerləşdirilir”.

Bənd 7 (Yaşayış məntəqəsinin başlanğıcını və sonunu bildirən nişanlar)

Bu bənd belə oxunmalıdır:

a) Yaşayış məntəqəsinin başlanğıcını bildirən nişanda yaşayış məntəqəsinin adı və ya siluet formasında yaşayış məntəqəsinin işarəsi və ya hər ikisi birlikdə göstərilir.

Yazılar ağ və ya açıq fonda qara rənglə yazılır; nişanın tünd rəngli haşiyəsi olur.

E,7a , E,7b və E,7c nişanları yaşayış məntəqələrinin başlanğıcını bildirən nişanların nümunələridir.

b) Yaşayış məntəqəsinin qurtaracağını bildirən nişan yaşayış məntəqəsinin başlanğıcını bildirən nişanın eyni olub, ondan yalnız yuxarıdakı sağ küncdən aşağıdakı sol küncə nişanı kəsən maili qırmızı xətlə və ya paralel qırmızı xətlərlə fərqlənir.

E,8a, E,8b və E, 8c nişanları yaşayış məntəqəsinin qurtaracağını bildirən nişanların nümunələridir.

Bu Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müddəalarına xələl gətirmədən bu nişanlar yaşayış məntəqəsini bildirən nişanların əks tərəfində yerləşdirilə bilər.

c) bu bölmədə əhatə olunan nişanlar Konvensiyanın 13- bis maddəsinin 2-ci bəndinin müddəalarına uyğun istifadə edilir.

Bənd 10 (Piyada keçidi)

E, 12b nişanı istifadə edilmir.

Bənd 12 (“DURACAQ YERİ” nişanı)

Bu bəndin 1-ci yarımbəndində göstərilən kvadrat lövhəyə “P” hərfi həkk olunur.

Əlavə bənd bilavasitə 13-cü bənddən sonra daxil edilsin.

Bu bənd belə oxunmalıdır:

“Xüsusi hərəkət qaydaları tətbiq edilən yaşayış zonasına girişi və ya yaşayış zonasından çıxışı bildirən nişanlar “.

E, 17 a   “YAŞAYIŞ ZONASI” nişanı, Avropa sazişi ilə tamamlanan Yol hərəkəti haqqında Konvensiyanın 27-bis maddəsində göstərilən və yaşayış zonalarında riayət olunmalı olan xüsusi qaydaların tətbiq olunmağa başlanıldığı yerdə quraşdırılır. E, 17 b “YAŞAYIŞ ZONASININ QURTARACAĞI “ nişanı, bu qaydaların tətbiqinin başa çatdığı yerdə quraşdırılır. !”.

23. Konvensiyaya əlavə 1 , bölmə F, yarımbölmə II

Bənd 1 (“TİBBİ YARDIM MƏNTƏQƏSİ”nişanı)

F, 1 b və F, 1 c işarələri istifadə edilmir.

Bənd 2 (Digər işarələr)

Əlavə mətn bu bəndin sonuna əlavə edilsin.

F,14 “YOL HƏRƏKƏTİ HAQQINDA MƏLUMAT VERƏN RADİOSTANSİYALAR”.

Ağ kvadratdakı yazı: “Radio” sözünün altında radiostansiyanın adı və ya kodu, zərurət olduqda, ixtisar edilmiş şəkildə, habelə proqramın nömrəsi göstərilə bilər. “Radio” sözü milli dildə də təkrar edilə bilər.

Mavi fondakı yazı: Yerli radiostansiyanın tezliyini və zəruri hallarda dalğanın uzunluğunu göstərir.

Dövlətlər öz istəkləri ilə, UQD diapazonunda yayımlanan stansiyalara dair “MHz” qeydini və ya regional kodu, orta və uzun dalğalı diapazonda yayımlanan stansiyalara münasibətdə “kc/s” qeydini əlavə edə bilərlər.

Dalğanın uzunluğu “m” hərfi əlavə edilməklə rəqəmlərlə göstərilə bilər (məsələn, 1500 m).

F,  15  ”İCTİMAİ TUALET”

F,  16  “ÇİMƏRLİK VƏ YA ÜZGÜÇÜLÜK HOVUZU”.

24. Konvensiyaya əlavə 1 , bölmə G, yarımbölmə II

 Bənd 2 (Xüsusi hallar), yarımbənd a)

G, 2a və G, 2b nişanlarında qırmızı xəttinin ətrafına ağ haşiyə çəkilir.

25. Konvensiyaya əlavə 1 , bölmə G, yarımbölmə III

Bənd 1

G, 4 c nişanı istifadə edilmir.

Bənd 2

G, 6 c nişanı istifadə edilmir.

26. Konvensiyaya əlavə 1 , bölmə G, yarımbölmə V

Bənd 3 (“DALANA APARAN YOL” nişanı)

G, 13 nişanında qırmızı xəttinin ətrafına ağ haşiyə çəkilir.

27. Konvensiyaya əlavə 1 , bölmə H

Əlavə bənd, 1-ci bənddən bilavasitə sonra əlavə edilsin.

Bu bənd belə oxunmalıdır:

“ Əlavə lövhəciklərin  birlikdə tətbiq edildikləri konkret nişan qrupu ilə eyni fona malik olmasına üstünlük verilir”.

Avropa sazişinin əlavəsinə əlavələr

“Əlavə nişan №1” və “Əlavə nişan №2” sözləri müvafiq olaraq “C,3m” və “C,3n” işarələr ilə əvəz edilsin.

Bu sənədin sonunda göstərilən yeni nişanlar: E,17a; E,17b; F,14; F,15; F,16 daxil edilsin.

 

                 Cenevrə şəhərində 1971-ci il mayın 1-də imzalanmış “Yol nişanları və siqnalları

                       haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinə dair

 

                                         AZƏRBAYCAN RESPUBLİKASININ QEYD-ŞƏRTİ

 

Azərbaycan Respublikası Sazişin 11-ci maddəsinə uyğun olaraq bəyan edir ki, o, Sazişin 9-cu maddəsini özü üçün məcburi hesab etmir.

 

 

 

               Cenevrə şəhərində 1971-ci il mayın 1-də imzalanmış “Yol nişanları və siqnalları

                        haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinə dair

 

                                               AZƏRBAYCAN RESPUBLİKASININ BƏYANATI

 

 

           Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Sazişin müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir. 

 

 

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin