Az    |     En
      

           “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda                                          dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 

          Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü                                           maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

 

           “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, I kitab, maddə 125; 2001, №12, maddələr 731, 736; 2004, № 11, maddə 901; 2006, № 6, maddə 478; 2007, № 5, maddə 436, № 10, maddə 938; 2008, № 5, maddə 348, № 7, maddə 602; 2012, №6, maddə 506; Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 25-ci maddənin dördüncü hissəsinin üçüncü abzasına “indeksi” sözündən sonra “, ünvan reyestri məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nömrə” sözləri əlavə edilsin;
2. Aşağıdakı məzmunda 25-1-ci maddə əlavə edilsin:
Maddə 25-1. Avtomobil yolları barədə məlumatların ünvan reyestrinə daxil edilməsi
Ünvan reyestrində avtomobil yollarının adları, başlanğıc və son nöqtələrinin coğrafi koordinatları haqqında məlumatlar saxlanılmalıdır. Ünvan reyestri məqsədləri üçün avtomobil yollarının kodlaşdırılması, başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada həyata keçirilir.
Yeni avtomobil yolu istifadəyə verildiyi və ya avtomobil yolunun adı dəyişdirildiyi halda, ad verən müvafiq icra hakimiyyəti orqanı üç gün müddətində ünvan reyestrini aparan müvafiq icra hakimiyyəti orqanını bu barədə məlumatlandırır.”.

 



 İlham Əliyev
 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 may 2013-cü il.