Az
      

           “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq                                                                               edilməsi barədə

 

                         AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: 

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 5-ci maddəsinin altıncı hissəsində, 14-cü maddəsinin dördüncü hissəsində, 15-ci maddəsinin birinci və üçüncü hissələrində, 16-cı maddəsinin birinci hissəsində, 18-ci maddəsinin birinci hissəsində və beşinci hissəsində (birinci halda), 19-cu maddəsinin birinci hissəsində, 22-ci maddəsinin ikinci və dördüncü hissələrində, 23-cü maddəsinin beşinci və yeddinci hissələrində, 26-cı maddəsinin dördüncü hissəsində, 29-cu maddəsinin üçüncü, altıncı və yeddinci hissələrində, 30-cu maddəsinin üçüncü hissəsində, 31-ci maddədə, 35-ci maddəsinin ikinci hissəsində, 38-ci maddəsinin birinci və dördüncü hissələrində və 40-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 23-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması qaydalarını təsdiq etsin;

həmin Qanunun 43-cü maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı qaydası, habelə həmin qeydiyyatı həyata keçirən icra hakimiyyəti orqanı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair müvafiq normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

öz səlahiyyətləri daxilində "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;[1]

həmin Qanunun 5-ci maddəsinin üçüncü və beşinci, 6-cı maddəsinin ikinci, 7-ci maddəsinin ikinci və dördüncü, 8-ci maddəsinin üçüncü, 9-cu maddəsinin üçüncü, 10-cu maddəsinin ikinci, 10-1-ci və 11-ci maddələrinin üçüncü, 14-cü maddəsinin ikinci, 15-ci maddəsinin səkkizinci, 15-1-ci maddəsinin üçüncü, 15-2-ci maddəsinin ikinci, 19-2-ci maddəsinin birinci, 23-cü maddəsinin dördüncü, 25-ci maddəsinin yeddinci, 28-ci maddəsinin birinci, 29-cu maddəsinin on ikinci, 40-2-ci maddəsinin birinci və 43-cü maddəsinin altıncı hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;[2]

həmin Qanunun 21-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və digər əlaqəli mərkəzi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər;

həmin Qanunun 1-ci maddəsinin on birinci abzasında, 15-1-ci maddəsinin dördüncü hissəsində, 19-2-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 25-ci maddəsinin ikinci, beşinci və altıncı hissələrində, 34-1-ci maddəsinin birinci hissəsinin on birinci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, habelə Qanunun mətni üzrə nəzərdə tutulmuş “yol təsərrüfatı orqanı”nın səlahiyyətlərini (dövlət yolları barəsində) Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir;[3]

həmin Qanunun 18-ci maddəsinin beşinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

həmin Qanunun 25-1-ci maddəsinin ikinci abzasında birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini respublika və yerli əhəmiyyətli avtomobil yollarına münasibətdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər dövlət avtomobil yollarına münasibətdə yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyətləri istisna olmaqla), qəsəbə və kəndlərin ərazisində yerləşən bələdiyyə avtomobil yollarına münasibətdə müvafiq bələdiyyələrin, özəl avtomobil yollarına münasibətdə isə mülkiyyətçilərin rəyi nəzərə alınmaqla yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;[4]

həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin ikinci bəndində və 15-1-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yol hərəkətinin təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, digər sahələrdə isə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir;

həmin Qanunun 1-ci maddəsinin birinci hissəsinin on doqquzuncu bəndində, 10-1-ci maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin altıncı hissəsinin birinci cümləsində və on birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə, müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyəti başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri və yerli icra hakimiyyəti orqanları öz balanslarında olan avtomobil yollarına münasibətdə həyata keçirirlər; [5]

həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.[6]

3. Avtomobil yollarında yol göstəricilərinin yerləşdirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.[7]

 

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 10 mart 2000-ci il

№ 299