Az
      

       Reklam yayımına icazə (razılıq)  verilməsi Qaydalarının təsdiq edilməsi barədə

 

                         AZƏRBAYCAN RESPUBLİKASIPREZİDENTİNİN FƏRMANI

 

1.Reklam yayımına icazə (razılıq) verilməsiQaydaları təsdiq edilsin (əlavə olunur).

2.Bu Fərman dərc edildiyi gündən qüvvəyəminir. 

 

 

 HEYDƏR ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri,3 noyabr 2001-ci il

 

 

                                               Azərbaycan Respublikası Prezidentinin

                                       2001-ci il 3 noyabr tarixli, 596 nömrəli Fərmanı ilə

                                                                 TƏSDİQ EDİLMİŞDİR

 

 

                                         Reklamyayimina icazə (raziliq) verilməsi

 

                                                                  QAYDALARI

 

1. Ümumİ müddəalar

1.1.Reklam yayımına icazə (razılıq) verilməsiQaydaları (bundan sonra "Qaydalar" adlanacaq) "Reklamhaqqında" Azərbaycan Respublikası Qanununa, "Reklamhaqqında" Azərbaycan Respublikası Qanununun tətbiqedilməsi barədə" Azərbaycan RespublikasıPrezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanınauyğun olaraq hazırlanmışdır.

1.2.Bu Qaydalar şəhər və kənd yaşayış məntəqələrində,digər ərazilərdə küçə (divar)reklamının yerləşdirilməsinə icazə verilməsi,avtomobil yollarının təhkim və yaqorunma (mühafizə) zolağında, nəqliyyat vasitələrindəvə poçt göndərişlərində reklamınyayımına razılıq verilməsi qaydasını müəyyənedir.[1]

 

2. Küçə reklamının yerləşdİrİlməsİnəİcazə verİlməsİ qaydaları

2.1.Şəhər və kənd yaşayış məntəqələrinin,digər ərazilərin küçələrinin kənarlarında,meydan, park, bağ və binalarda, dayanacaqlarda, ticarət,köşk və yanacaqdoldurma pavilyonlarınıngünlüklərində, damlarda, vitrin və pəncərələrdə,yolayrıcılarında, körpü və estakadalarda, bina vəhasarlarda, yeraltı keçidlərdə, havaşarlarının, aerostat və dirijablların və s.üstündə mülkiyyət normasından asılıolmayaraq, kommersiya məqsədi ilə reklamınistehlakçıya bilavasitə çatdırılmasıüçün istifadə olunan səyyar və stasionarişıqlı, qaz işıqlı, kənardanişıqlanan və ya işıqlanmayan, istənilənayrıca dayaqlı lövhələr, stendlər, pannolar,plakatlar, ekranlar, tablolar, asqılar, göstəricilər,transparant və bayraqlar küçə reklamdaşıyıcılarına aiddir.[2]

2.2 Birbaşa aid olduğu xidmət, ticarət və yadigər obyektlərin giriş hissəsində, divarındayerləşdirilən və həmin obyektlərinadını, mənsubiyyətini, fəaliyyətnövünü və iş rejimini istehlakçıyaçatdıran lövhələr, habeləölçüsündən asılı olmayaraq, şəhərinformasiya stendlərində qeyri-kommersiya məqsədi iləyerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökuməttəşkilatlarının, hüquqi və fiziki şəxslərinkommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinindövlət orqanlarına aid olan lövhələr reklamdaşıyıcıları hesab edilmir.[3]

2.3. Hüquqişəxslərin, xidmət və istehlak bazarı obyektlərininreklam daşıyıcılarının mətnləri Azərbaycandilində yazılmalıdır. Xarici dildə reklam ikinci mətnşəklində verilə bilər. Hüquqi şəxslərin,xidmət və istehlak bazarı obyektlərinin mövcud qaydadaqeydə alınmış loqotip və nişanı olduqdaonlar orijinaldakı kimi verilə bilər.

2.4. AzərbaycanRespublikasının şəhər və kəndyaşayış məntəqələrində, digər ərazilərindəküçə reklamı daşıyıcıları rayonvə şəhər icra hakimiyyəti orqanları tərəfindən, "İçərişəhər"Dövlət Tarix-Memarlıq və Qala DövlətTarix-Etnoqrafiya qoruqları ərazisində və qoruqlara daxil olan abidələrinüzərində isə reklam və digər informasiyaxarakterli lövhələr Azərbaycan RespublikasınınNazirlər Kabineti yanında "İçərişəhər"Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən verilmiş icazə sənədlərinəəsasən dövlət mühafizəsindəolan daşınmaz tarix və mədəniyyət abidələrininyerləşdiyi ərazidə, onların mühafizəzonasında və abidələrin üzərində reklam vədigər informasiya xarakterli lövhələr AzərbaycanRespublikasının Mədəniyyət və Turizm Nazirliyininrazılığı ilə yerləşdirilir.[4]

2.5.Küçə reklamı daşıyıcısınınyerləşdirilməsinə icazə verilməsiüçün tələb olunan xüsusi şərtləraşağıdakılardır:

yolnişanları ilə oxşar olmamalı, yollarda görməzonalarını və təhlükəsizliyiazaltmamalıdır;

yolnişanlarının görümlülüyünü məhdudlaşdırmamalıdır;

işıqlarıilə nəqliyyat vasitələrini idarə edənləringözlərini qamaşdırmamalıdır;

mühəndisqurğularının üzərində yerləşdikdəestetik və konstruksiya baxımından həmin qurğununümumi görkəmini pozmamalıdır;

eləqurulmalıdır ki, onları görmək üçünpiyadalar yolun hərəkət hissəsinə keçməsinlər;

yaşayışməntəqəsinin təsdiq olunmuş inkişaf planınauyğun və təhlükəsiz istismar üçünyararlı olmalıdır;

reklam daşıyıcısının yerləşdirilməsipiyadaların hərəkətinə, gediş-gəlişinəmane olmamalı və onların rahat keçməsini məhdudlaşdırmamalıdır;

ərazinin estetik görünüşünəxələl gətirməməlidir;

reklam daşıyıcısıtəsvirsiz qalmamalıdır;[5]

"Reklamhaqqında" Azərbaycan Respublikası Qanununun tələblərinəzidd olmamalıdır.

2.6.Küçə reklamıdaşıyıcılarının yerləşdirilməsinəicazə verilməsi üçün aşağıdakı sənədlərtələb olunur:

reklamyayıcısının ərizəsi;

reklam lövhəsinin yerləşdirilməsiüçün dövlət rüsumunun ödənilməsinitəsdiq edən sənəd;[6]

reklamdaşıyıcısının yerləşəcəyi ərazininrəngli fotosu;

reklamdaşıyıcısının rəngli layihəsi vəeskizi;

küçəreklamı bina, tikili və digər obyektlərdə yerləşəcəksə,bu barədə mülkiyyətçi iləbağlanmış müqavilənin müəyyənolunmuş qaydada təsdiq edilmiş surəti;

reklamdaşıyıcısının bu Qaydaların 2.5-ci bəndindəgöstərilən tələblərə uyğun olduğubarədə müvafiq orqanların razılığı.[7]

2.7. Göstərilənsənədlər təqdim edildikdən sonra 30 gün ərzindəreklam yayımına icazə verilməsi məsələsinəbaxılmalıdır.

2.8.Küçə reklamının yerləşdirilməsinəverilən icazə sənədinin formasını AzərbaycanRespublikasının Nazirlər Kabineti təsdiq edir.

2.9. Tarix və mədəniyyət abidələrinin ərazilərindəvə onların mühafizə zonasında memarlıq abidələrinin (binalarının) dam hissəsindəreklam daşıyıcıları yalnız reklam-informasiya təşkilatlarınınnəzdindəki bədii şuraların rəyi əsasındavə həmin binaların dayanıqlığına mənfitəsir göstərməmək şərti ilə yerləşdiriləbilər.[8]

2.10. Yol şəraitininreal qiymətləndirilməsini çətinləşdirənvə yol nişanlarına oxşar, yolda nəqliyyat vasitələri,piyada və heyvan olması təəssüratını yaradanreklamların qurulmasına yol verilmir.

2.11.Aşağıdakı hallarda açıq havada reklamdaşıyıcılarının yerləşdirilməsinəicazə verilmir:

şəhərətrafıyolların kənarından 2 metrdən yaxın məsafədə;

yolayrıcılarındareklam vasitəsinin aşağı hissəsi ilə yerarasında məsafə 2 metrdən azdırsa;

nəqliyyatsvetoforları və yol nişanları ilə bir müstəvidəolduqda.

2.12. Reklamdaşıyıcıları yerləşdirilərkənaşağıdakı qaydalara riayət edilməlidir:

reklamdaşıyıcısının kənarından səkidaşınadək olan məsafə 1 metrdən azolmamalıdır;

reklamdaşıyıcısının aşağıküncündən avtomobil yolunun örtüyünədəkolan
məsafə 2,5 metrdən, işıq dirəklərindənisə 4 metrdən az olmamalıdır. Yolun hərəkəthissəsində quraşdırılarkən isə həmin məsafə4,5 metrdən az olmamalıdır;

reklamdaşıyıcısınınişıqlandırılması üçün elektrik vəyanğın təhlükəsizliyi tələblərinəcavab verən, sənaye istehsalı olan işıqqurğularından istifadə olunmalıdır.İşıqlandırma qurğusu reklamdaşıyıcısının konstruksiyasına etibarlıbərkidilməli, külək, qar və vibrasiya təsirlərinədavam gətirməlidir.

Küçəreklamı daşıyıcıları yerləşdirilərkənavtomobil yolları və küçələrə xidmətinrahatlığı, həmçinin yol hərəkətininnizamlama vasitələrinin tətbiqi imkanları da nəzərəalınmalıdır.

Reklam vasitələrinindayaqları müxtəlif materiallardan hazırlana bilər.Onlar möhkəm olub, təbii təzyiqlərə davam gətirməlidir.

Eyni istiqamətdəyerləşdirildikdə iki küçə reklamıarasında məsafə 50 metr, dirəklərə vurulduqda isə25 metrdən az olmamalıdır.

 

3. Avtomobİlyollarının təhkİm və ya qorunma (mühafİzə)zolağında reklamın yayılmasınarazılıq verİlməsİ qaydaları[9]

3.1. Avtomobilyollarının təhkim və ya qorunma (mühafizə)zolağındareklamın yayılmasına razılıq AzərbaycanRespublikasının Nəqliyyat Nazirliyi tərəfindən bu Qaydaların2.6-cı və 2.7-ci bəndləri ilə müəyyənedilmiş qaydada verilir.[10]

3.2. AzərbaycanRespublikasının ərazisində avtomobilyollarının təhkim və ya qorunma (mühafizə)zolağında yerləşdirilən reklamdaşıyıcılarına ayrıca dayaqlı, düz səthli,bir və ya bir neçə üzlü qurğular, ayaqlı,işıqlandırılan reklam konstruksiyaları, orijinalkonstruksiyalı reklam daşıyıcıları,işıq və ya digər dirəklərdə yerləşdirilənkronşteynlər, yolların üstündə qurulan reklamtağları aiddir.

3.3. Reklamdaşıyıcısı aşağıdakı tələblərəcavab verməlidir:

yolnişanlarını bağlamamalı və onlara oxşarolmamalıdır, görmə zonalarını məhdudlaşdırmamalıdır;

torpağınyuyulma təhlükəsi olan zonalarda və tökülmətorpaq üzərində yerləşdirilməməlidir;

dəmir yolukeçidləri, tunellər və estakadalardan 350 metrdən azməsafədə yerləşdirilməməlidir;

hərəkətsürəti 60 km/saat məhdudlaşdırılanavtomagistrallarda ümumi sahəsi 48 kv.m. çoxolmamalıdır;

yolun kənarındanreklam daşıyıcısınınhündürlüyünün azı 1,5 misli məsafəsindəyerləşdirilməlidir;

bərkidiciboltların hündürlüyü yer səthindən 20millimetrdən çox olmamalıdır;

işıqlandırmavə yanğına qarşı mühafizə sistemi ilə təminedilməlidir;

yerləşdirilərkənyol hərəkəti təhlükəsizliyi vərahatlığı nəzərə alınmalıdır;

işıqlandırmadirəklərində və xüsusi konstruksiyalıbinaların üzərində və s. yerləşdirilməməlidir;

yol müstəvisindən4 metr, reklam tağları isə 6 metr hündürlükdəolmalıdır.

3.4. Reklamnişanları yol boyu xidməti sahələri göstərməküçün qoyulur. Onların eni 1000 mm,hündürlüyü 1500 mm. olmalı, (onu sarı rənglənməlidir.Yazılar yol nişanları ilə bir xətdə yerləşdiriləbilməz.

Reklamnişanları işıqlanmalı və yaişığı əks etdirən xüsusi materiallardanhazırlanmalıdır.

3.5. Avtomobilyollarının təhkim və ya qorunma (mühafizə)zolağındareklam yayımına verilən razılıq sənədininforması NəqliyyatNazirliyi tərəfindəntəsdiq edilir. [11]

 

4. Nəqlİyyat vasİtələrİndəreklamın yayılmasına razılıq verİlməsİhalları və qaydaları

 

4.1.Nəqliyyat vasitələrində reklamın yayılması nəqliyyatvasitələrinin mülkiyyətçiləri iləbağlanmış müqavilələr və AzərbaycanRespublikası Daxili İşlər Nazirliyi Dövlət YolPolisi İdarəsi tərəfindən bu Qaydaların2.6-cı və 2.7-ci bəndləri ilə müəyyənedilmiş qaydada verilən razılığa əsasən həyatakeçirilir.

4.2.Azərbaycan Respublikasının ərazisində müvafiqqaydada dövlət qeydiyyatından keçmiş, texniki cəhətdənsaz və müvafiq xarici görkəmi olan, bu Qaydalarda göstərilənşərtlərə cavab verən nəqliyyat vasitələrireklam daşıyıcısı kimi istifadə edilə bilər.

4.3.Reklam nəqliyyat vasitələrinin aşağıda göstərilənsəthlərində yerləşdirilə bilər:

minikavtomobillərin və mikroavtobusların qapılarında (arxaqapıdan başqa) və qanadlarının yan səthlərində;

tramvay,troleybus və avtobusların banında pəncərə xəttinəqədər olan arxa və yan səthlərində;

yük,yük-sərnişin, yük-furqon (bortunda ağ mailizolağı olanlardan başqa), qoşqu vəyarımqoşquların banının arxa və yan səthlərində;

motosikllərinyanacaq baklarında və alətlər qutusununqapağında.

4.4.Nəqliyyat vasitələrində reklam lövhələrinin,lövhəciklərinin, işıqlanan tabloların vəbunlara bənzər reklamların yerləşdirilməsinəyol verilmir.

4.5.Reklamla nəqliyyat vasitələrinin rənginin 50 faizindənartıq dəyişdirilməsinə icazə verilmir.

4.6.Nəqliyyat vasitələrinin ön hissəsində reklam yerləşdirməkqadağandır.

4.7.İxtisaslaşdırılmış nəqliyyat vasitələrindəreklam yerləşdirilməsi qadağandır.

4.8.Ətrafları qapalı nəqliyyat vasitələrinin üzərindəreklam verilə bilər. Burada reklamın həcmi ümumi sahənin60 faizindən çox olmamalıdır.

4.9.Nəqliyyat vasitəsinin arxa hissəsində firmanişanı, telefonlar, loqotiplər və ünvan göstəriləbilər. Bu halda reklam nəqliyyat vasitəsinin arxa hissəsininümumi sahənin 40 faizindən çox olmamalıdır.

4.10.Nəqliyyat vasitələrində yerləşdirilən reklamnəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradanrənglə çərçivəyəayrılmalıdır, onun sahəsi reklam yerləşdirilməsiüçün tətbiq edilən səthin 50 faizindənçox olmamalıdır,

4.11.Nəqliyyat vasitələrində dövlət qeydiyyatnişanları və dövlət fərqlənmənişanlarının görünməsini məhdudlaşdıranyerlərdə, işıqlanma cihazları vəşüşələrdə reklam yerləşdirilməsi,istehsalçı zavod tərəfindən nəzərdətutulmamış xarici işıq cihazlarının reklam məqsədiilə quraşdırılması qadağandır.

4.12.Dövlət standartına müvafiq olaraq rəng qrafikasıolan təyinatlı avtomobillər reklam yayılmasıüçün istifadə edilə bilməz.

4.13.Xüsusi nəqliyyat vasitələrinin rəng qrafikasına,təsvirinə və sairə oxşar reklamların nəqliyyatvasitələrində yayılmasına icazə verilmir.

4.14.Nəqliyyat vasitələrində reklam yerləşdirilməsiüçün işıq əks etdirən vəgözqamaşdırıcı lak-rəng materiallarındanistifadə olunmamalıdır.

4.15.Nəqliyyat vasitələrində reklamın yayılmamüddəti reklam yayıcısı ilə nəqliyyat vasitəsininmülkiyyətçisi arasında bağlanmışmüqavilədə nəzərdə tutulur.

4.16.Nəqliyyat vasitələrində reklam yayımına verilənrazılıq sənədinin forması AzərbaycanRespublikası Daxili İşlər Nazirliyinin Dövlət YolPolis İdarəsi tərəfindən təsdiq edilir.

 

5. Poçt göndərİşlərİndəreklamın yayımına razılıq verİlməsİhalları və qaydaları

 

5.1.Poçt göndərişlərində reklamınyayılması üçün AzərbaycanRespublikasının Rabitə və YüksəkTexnologiyalar Nazirliyinə ərizə vəreklamın mətni və eskizi təqdim olunmalıdır.[12]

5.2.Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciətə öz münasibətini, sənədlərtəqdim olunduğu gündən etibarən 30 gün müddətindəngec olmayaraq bildirməlidir.[13]

5.3.Poçt göndərişlərinin xidməti vəxüsusi qeydlər, xidməti ştamplar, markalar vəyarlıqlar üçün nəzərdə tutulmuş yerlərindəreklam yerləşdirilməsi qadağandır.

5.4.Poçt göndərişlərində reklamınyayımına verilən razılıq sənədininforması Rabitə və YüksəkTexnologiyalar Nazirliyi tərəfindəntəsdiq edilir.[14]

 

6.Metro stansiyalarında və metro qatarlarında reklamyayımına razılıq verilməsi qaydaları[15]

 

6.1. Metro stansiyalarında və metroqatarlarında reklamın yayılmasına razılıq Bakı Metropoliteni Qapalı SəhmdarCəmiyyəti tərəfindən bu qaydaların2.6-cı və 2.7-ci bəndləri ilə müəyyənedilmiş qaydada verilir.

6.2. Metro stansiyalarında və metroqatarlarında reklam yayımına verilən razılıq sənədininforması Bakı MetropoliteniQapalı Səhmdar Cəmiyyəti tərəfindən təsdiqedilir.[16]

6.3. Reklam metropoliten nəqliyyatınınaşağıda göstərilən səthlərindəyerləşdirilə bilər:

metro stansiyalarının yerüstüvestibüllərində, damlarda, vitrin şüşələrində;

kassa zallarında, yeraltı keçidlərindivarlarında;

platforma divarlarında və orta zalda;

eskalator tunellərində;

metro vaqonlarının içindəayrıca pasportlaşdırılmış sahələrdə.

6.4. Reklamla metropoliten vasitələrinin rənginin50 faizindən artıq dəyişdirilməsinə icazəverilmir.

6.5. Metropoliten vasitələrinin səthindəreklamın həcmi 60 faizdən çox olmamalıdır.

6.6. Metropoliten vasitələrində yerləşdirilənreklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrastyaradan rənglə çərçivəyəsalınmalıdır, onun sahəsi reklam yerləşdirilməsiüçün tətbiq edilən səthin 50 faizindənçox olmamalıdır.

6.7. Metropolitendə reklam yayımına yolverilməyən səthlər:

metroya aid hər bir qurğuların,avadanlığın, aparatların üzərində;

metro vaqonlarının, banın,qapıların və yaxud şüşələrin üzərində;

metro vaqonlarının qabaq və arxa hissələrində;

metroya giriş vəçıxış qapılarının üzərində.