Az    |     En
      

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası                        Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə

 

                      AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

 

1. Müəyyən edilsin ki:

1.1. həmin Qanunun 6.3-cü, 8.4-cü, 9.1-ci, 9.2.6-cı, 15.4.4-cü, 17.3-cü, 18.1-ci, 18.4-cü, 18.5-ci maddələrində, 19-cu maddəsinin adında, 19.1-ci, 19.3-cü, 19.4-cü (birinci halda), 41.2-ci, 52.4-cü, 75.1-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.2. həmin Qanunun 12.4-cü (hər iki halda), 15.4-cü, 40.1-ci, 75.1-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın və 10.2.1-ci, 77.2.3-cü, 10.2.3.2-ci (alınmanın təsirinə məruz qalan şəxslərin ilkin hesablanmış sayına münasibətdə), 10.2.4.2-ci (alınmanın təsirinə məruz qalan şəxslərin ilkin hesablanmış sayına münasibətdə) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirirlər;

1.3. həmin Qanunun 8.1-ci, 18.4.3-cü, 19.4-cü (ikinci halda), 20.4-cü, 80.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

1.4. həmin Qanunun 9.4-cü, 18.4.1-ci və 24.3.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;

1.5. həmin Qanunun 10.2.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirirlər;

1.6. həmin Qanunun 10.2.2.1-ci, 10.2.3.1-ci, 10.2.3.2-ci (alınmanın təsirinə məruz qalan şəxslərin həmin torpaqdan istifadəsinə və müvafiq tikili üzərində sahiblik növünə münasibətdə), 10.2.3.3-cü, 10.2.4.1-ci, 10.2.4.2-ci (alınmanın təsirinə məruz qalan şəxslərin həmin torpaqdan istifadəsinə və müvafiq tikili üzərində sahiblik növünə münasibətdə) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, o cümlədən dövlət mülkiyyətində olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər; [1]

1.7. həmin Qanunun 10.2.2.2-ci, 10.2.4.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;

1.8. həmin Qanunun 10.2.2.3-cü, 10.2.3.4-cü, 10.2.4.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;

1.9. həmin Qanunun 10.2.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;

1.10. həmin Qanunun 10.2.7-ci və 18.4.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırmaqla öz səlahiyyətləri daxilində həyata keçirirlər;

1.11. həmin Qanunun 21.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir[2]

1.12. həmin Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi nəzərdə tutulur.

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 15 fevral 2011-ci il

№ 382