Az
      

       Azərbaycan Respublikasında dövlət əhəmiyyətli magistral yolların bərpası üçün                     Yaponiya Hökuməti tərəfindən ayrılan qrant barədə Notalar Mübadiləsi sənədlərini                                              imzalamaq səlahiyyətinin verilməsi haqqında

 

                   AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
 

          1. Azərbaycan Respublikasında dövlət əhəmiyyətli magistral yolların bərpası üçün Yaponiya Hökuməti tərəfindən ayrılan qrant barədə Notalar Mübadiləsi sənədlərinin imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Qoca oğlu Şərifova verilsin.

 

         2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədləri imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Qoca oğlu Şərifova verilməsi barədə Yaponiyanın Xarici İşlər Nazirliyinə müvafiq bildiriş göndərsin.

 


Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

 

 

Bakı şəhəri, 6 fevral 2001-ci il 

№ 623