Az    |     Ru    |     En
      

"Azərbaycan Respublikasının avtomobil yollarında təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 fevral tarixli 18 nömrəli qərarına dəyişiklik edilməsi                                                                         barədə

 

                        AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ 

 

          "Azərbaycan Respublikasının avtomobil yollarında təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 fevral tarixli 18 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

           "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 

          "Azərbaycan Respublikasının avtomobil yollarında təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 fevral tarixli 18 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 122; 2006, № 1, maddə 59; 2009, № 10, maddə 846) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında, preambulanın birinci və üçüncü cümlələrində "mühafizə" sözü "qorunma (mühafizə)" sözləri ilə əvəz edilsin.

2. 2-ci hissənin ikinci abzasında və 4-cü hissədə "mühafizə" sözü "qorunma (mühafizə)" sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

 

QƏRAR  № 176

Bakı şəhəri, 5 iyun 2014-cü il

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin