Az    |     Ru    |     En
      

 

                                                  "Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümu   mi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında"  Azərbaycan Respublikası Nazirlər        Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarına əlavə edilməsi barədə

 

                            AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 

          "Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarına əlavə edilməsi barədə

 

           Azərbaycan Respublikası Prezidentinin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2005-ci il 28 fevral tarixli 200 nömrəli və "Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" 2007-ci il 16 may tarixli 574 nömrəli fərman-larına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №7, maddə 582; 2007-ci il, №11, maddə 1177; 2008-ci il, №2, maddə 132) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin "Sahə avtomobil yollarının təsnifat göstəriciləri" bölməsinə aşağıdakı məzmunda 5-ci bənd əlavə edilsin:

 

"5. Tarix-memarlıq və mədəniyyət qoruqlarının ərazilərindəki avtomobil yolları.".

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri    A.Rasi-zadə

 

 

QƏRAR  № 124

Bakı şəhəri, 14 avqust 2009-cu il

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin