Az
      

 «Azərbaycan Respublikasının ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının istismarı üzrə müvəqqəti xərc normativləri»nin təsdiq edilməsi                                                                              haqqında

 

«Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 noyabr tarixli, 1120 nömrəli Sərəncamının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Azərbaycan Respublikasının ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının istismarı üzrə müvəqqəti xərc normativləri» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ

 

           Qərar № 12   

           Bakı şəhəri, 17 yanvar 2006-cı il

 

Azərbaycan Respublikasının ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının istismarı üzrə müvəqqəti xərc

 

                                                                  Normativləri

Sıra №-si

Yolların dərəcələri

Yol örtüyünün növü

Bir kilometr yolun bir illik istismar xərcləri (manatla)

1.

Birinci dərəcəli yol

asfalt-beton

39862

2.

İkinci dərəcəli yol

asfalt-beton

24252

3.

Üçüncü dərəcəli yol

asfalt-beton

21007

4.

Dördüncü dərəcəli yol

qara örtük

8883

qırmadaş-çınqıl

8447

5.

Beşinci dərəcəli yol

qırmadaş-çınqıl

7079

 

Qeydlər: 1. Müvəqqəti xərc normativləri tətbiq edilən zaman Azərbaycan Respublikasının ərazisində beynəlxalq standartlara cavab verən və tikilən yolların illik istismar xərci yolların faktiki istismar vəziyyəti (göstəriciləri) və müddəti nəzərə alınmaqla hesablanır.

2. Normativlər üzrə xərclər formalaşdırılan zaman dövlət büdcəsinin mövcud imkanları nəzərə alınır.