Az
      

                             AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ 

 

          "Avtomobil yollarında yol göstəricilərinin yerləşdirilməsi Qaydaları"nın təsdiq                                                                       edilməsi haqqında

 

           "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanına əlavə edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 171 nömrəli Fərmanının 2-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1.  "Avtomobil yollarında yol göstəricilərinin yerləşdirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2.  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki, bu qərarla təsdiq edilən Qaydalara uyğun olaraq və xarici ölkələrin müvafiq sahədə qabaqcıl təcrübəsini nəzərə alaraq, Bakı şəhəri və digər yaşayış məntəqələri daxilində, həmçinin yaşayış məntəqələrindən kənarda olan avtomobil yollarında yol göstəricilərinin 2011-ci ilin iyun ayınadək quraşdırılmasını təmin etsinlər.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

                             Avtomobil yollarında yol göstəricilərinin yerləşdirilməsi

                                                                   QAYDALARI

 

 1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanına əlavə edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 171 nömrəli Fərmanının 2-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə hazırlanmışdır və avtomobil yollarında yol göstəricilərinin yerləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda "yol göstəriciləri" dedikdə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 4 saylı əlavəsi - "Yol nişanları"nın V qrupuna (məlumatverici-göstərici nişanlar) aid 5.20.1-5.27, 5.31, 5.32.1-5.32.3, 5.38 və 5.39 nömrəli yol nişanları nəzərdə tutulur.

 2. Yol göstəricilərinin yerləşdirilməsi

2.1. Yol göstəriciləri "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin tələblərinə uyğun olaraq və avtomobil yollarının texniki dərəcəsi, hərəkət sürəti, hərəkət zolaqlarının sayı və yolun tikildiyi coğrafi şərait (dağlıq, düzənlik, yaşayış məntəqəsi daxilində) nəzərə alınmaqla quraşdırılır.

Yol göstəricilərinin standarta uyğun olmayan dayaqlarda quraşdırılması qadağandır.

2.2. 5.20.1 və 5.20.2 "İstiqamətlərin ilkin göstəricisi" yol nişanları yaşayış məntəqələrinə və digər obyektlərə hərəkət istiqamətlərinin qabaqcadan göstərilməsi üçün quraşdırılır.

5.20.1 yol nişanı 3.11-3.15 qadağan yol nişanlarından biri quraşdı-rılmış yol sahələrində kənardankeçmə marşrut sxemlərini göstərmək üçün də tətbiq olunmalıdır. Yaşayış məntəqələrindən kənarda 5.20.1 yol nişanı yolayrıcından və ya tormozlama zolağının başlanğıcından 300 metrdən, yaşayış məntəqələrində isə 50 metrdən az olmamaq şərtilə quraşdırılır.

          Avtomagistrallarda "İstiqamətlərin ilkin göstəricisi" yol nişanları yolayrıcından və ya tormozlama zolağının başlanğıcından 800 metrdən az olmayaraq quraşdırılır.

 

5.20.2 yol nişanı yolun hərəkət hissəsinin üstündə, bilavasitə tormoz-lama zolağının başlanğıcında, bu olmadıqda isə yaşayış məntəqələrindən kənarda yolayrıcından 100 metr, yaşayış məntəqələrində isə 50 metrdən az olmayan məsafədə quraşdırılır.

2.3. 5.20.3 "Hərəkət sxemi" yol nişanı yolayrıclarında ayrı-ayrı isti-qamətlərdə hərəkətin qadağan olunduğunu və ya mürəkkəb qovşaqlarda icazə verilən hərəkət istiqamətlərini göstərmək məqsədi ilə quraşdırılır. Bu yol nişanı bilavasitə yolayrıcının əvvəlində yerləşdirilməlidir. Yol nişanının ilkin olaraq yaşayış məntəqələrində yolayrıcından 50-100 metr, yaşayış məntəqələrindən kənarda isə 150-300 metr məsafədə quraşdırılmasına icazə verilir.

2.4. 5.21.1 və 5.21.2 "İstiqamət göstəricisi" yol nişanları yaşayış məntəqələrinə və digər obyektlərə (hava limanı, dəniz limanı, dəmir yolu vağzalı, avtovağzal, mehmanxanalar, tibb müəssisələri, təhsil müəssisələri, idman obyektləri, dövlət orqanları və sair) hərəkət istiqamətlərinin göstərilməsi üçün quraşdırılır. 5.21.1 və 5.21.2 yol nişanları bilavasitə yolayrıclarının və ya yollardan çıxışların qarşısında yerləşdirilir. 5.21.1 və 5.21.2 yol nişanlarının hər iki istiqamətdə cəmi bir və ya iki hərəkət zolağı olan yolların çıxışlarında, kəsişən yolların hər birində hər iki istiqamətdə, ikidən çox zolağı olmayan yol qovşaqlarında isə yolayrıclarının qarşısında yolun sol tərəfində yerləşdirilməsinə icazə verilir.

Yaşayış məntəqələrində istiqamətin ilkin göstəricisi kimi 5.20.1 və 5.20.2 yol nişanlarının əvəzinə 5.21.2 yol nişanının quraşdırılması müm-kündür.

2.5. 5.22 "Yaşayış məntəqəsinin başlanğıcı" və 5.23 "Yaşayış mən-təqəsinin qurtaracağı" yol nişanları yaşayış məntəqələrində hərəkətin xüsusi tələblərə riayət olunmasını tənzimləyir və müvafiq olaraq yaşayış məntəqəsinin başlanğıcını və ya qurtaracağını göstərmək məqsədi ilə istifadə olunur.

          Hər iki istiqamətdə cəmi bir, iki və ya üç hərəkət zolağı olan yollarda 5.23 yol nişanının sol tərəfdə, qarşı hərəkət üçün nəzərdə tutulmuş 5.22 yol nişanının arxasında yerləşdirilməsinə icazə verilir.

2.6. 5.24 "Yaşayış məntəqəsinin başlanğıcı" və 5.25 "Yaşayış mən-təqəsinin qurtaracağı" yol nişanları hərəkət şəraitindən asılı olaraq, yaşayış məntəqələrində olan hərəkətin xüsusi tələblərinin tətbiq edilməsi məqsədəmüvafiq hesab edilməyən yollarda yaşayış məntəqəsinin başlanğıcını və ya qurtaracağını bildirmək üçün istifadə olunur.

          Hər iki istiqamətdə cəmi bir, iki və ya üç hərəkət zolağı olan yollarda 5.25 yol nişanının sol tərəfdə, qarşı istiqamətdən hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulan 5.24 yol nişanının arxa tərəfində quraş-dırılmasına icazə verilir.

2.7. 5.26 "Obyektin adı" yol nişanı yaşayış məntəqələri istisna ol-maqla, marşrut məntəqələrinin göstərilməsi üçün bilavasitə obyektlərin qarşısında yerləşdirilir.

2.8. 5.27 "Məsafələr göstəricisi" yol nişanı müvafiq marşrut üzrə yerləşən yaşayış məntəqələrinə qədər olan məsafənin göstərilməsi üçün istifadə olunur, şəhərlərin və başqa iri yaşayış məntəqələrinin çıxışlarında, yol sahələrində isə aralarında 40 km-dən az olması şərtilə yerləşdirilir.

          Hər iki istiqamətdə cəmi bir, iki və ya üç hərəkət zolağı olan yollarda 5.27 yol nişanının sol tərəfdə, qarşı istiqamətdən hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulan 5.20.1 yol nişanının arxa tərəfində quraş-dırılmasına icazə verilir.

2.9. 5.31 "Kənardankeçmə sxemi" yol nişanı hərəkət üçün mü-vəqqəti bağlanmış yol sahəsində kənardankeçmə marşrutunun göstərilməsi üçün istifadə olunur. Bu yol nişanı yolayrıcından yaşayış məntəqələrindən kənarda 150-300 metr, yaşayış məntəqələrində isə 50-100 metr məsafədə quraşdırılır.

2.10. 5.32.1-5.32.3 "Kənardankeçmə sxemi" yol nişanları hərəkət üçün müvəqqəti bağlanmış yol sahələrində kənardankeçmə istiqamətinin göstərilməsi üçün istifadə olunur.

5.32.2 və 5.32.3 yol nişanları kənardankeçmənin başlanğıcında quraşdırılmalıdır. Əgər kənardankeçmə marşrutu mövcud olan yol şəbəkəsindən keçirsə, 5.32.1-5.32.3 nişanları marşrutda olan hər bir yolayrıcının qarşısında quraşdırılır.

2.11. 5.38 "Küçənin istiqaməti" yol nişanı yaşayış məntəqəsində müəyyən küçəyə hərəkət istiqamətini göstərir və bilavasitə yolayrıcının qarşısında quraşdırılır.

2.12. 5.39 "Kəsişmə yoluna xəbərdaredici və ya qadağanedici nişan-lar" yol nişanı kəsişən yolda hərəkətin xüsusiyyətləri haqqında məlumat verir və hərəkəti tənzimləmək üçün quraşdırılır.

 

 

QƏRAR  № 78

 Bakı şəhəri, 29 aprel 2010-cu il