Az
      

 

“Azəryolservis” ASC tərəfindən 2015-ci il yanvar-iyun aylar ərzində görülmüş işlər

 

“Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil”

  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev:

 

            Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi, yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələr uğurla davam etdirilir. Bu gün beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması ilə yanaşı, yerli əhəmiyyətli, rayon və kənddaxili yolların müasir səviyyəyə çatdırılmasına xüsusi diqqət verilir. Ölkə başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində ilk növbədə müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini belə vurğulayıb: “Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil”. 

                 Cari ilin son 6 ayı ərzində ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən, “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində xeyli iş görülüb. "Azəryolservis" ASC-nin  nəzarəti altında paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidlərinin inşaasını göstərmək olar.

Bakı I Avropa Oyunları öncəsi görülmüş işlər

          Bakı I Avropa Oyunlarının keçirilməsi ilə bağlı  “Azəryolservis” ASC tərəfindən görülən işlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, I Avropa Oyunlarının açılış və bağlanış tədbirlərinin keçirildiyi Olimpiya Stadionu ətrafında ümumi uzunluğu 14,8 kilometr 4-6 zolaqlı yeni yollar salındı, 294 və 509 metr uzunluğunda iki avtomobil tuneli, 5 aşırımdan ibarət 205 və 167 metr uzunluğunda iki avtomobil körpüsü,  uzunluğu 783 metr olan piyada yolu, yol üzərində 85 metrlik piyada tuneli və 115 metr uzunluğunda kompleksə daxil olan üçüncü körpü, piyada körpüsü də inşa edildi. Nəqliyyat vasitələrinin Bakı olimpiya stadionuna rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə Heydər Əliyev prospektindən Sabunçu yol qovşağından geriyə, Olimpiya stadionuna yeni yol hissəsi də salındı.

           Bundan başqa Bakı Olimpiya Stadionunda 3 min 100 yerlik avtomobil parkı, Media Kəndində nəqliyyat terminalı, Atletlər Kəndinin yaxınlığında avtobus meydançası, o cümlədən Avropa oyunları parkı da inşa edildi. 

          I Avropa Oyunları öncəsi Olimpiya stadionu ətrafındakı yolların tikintisindən sonra ən mühüm layihələrdən biri də Bakı Su İdman Mərkəzi ətrafında yeni yolların salınması idi. Ölkə başçısı İlham Əliyevin birbaşa göstərişinə əsasən burda ümumi uzunluğu 6630 metr uzunluğunda müasir standartlara cavab verən yeni 4-6 hərəkət zolaqlı yollar salındı. Yolların inşası zamanı 125 min m2 asfalt, 730 min m3 torpaq işləri görüldü. Yüksək səviyyədə və qısa müddətə yerinə yetirilən inşaat işləri zamanı müasir texnologiyalardan istifadə edilib. Yeni yol bu ərazidə nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti baxımından mühüm rol oynayır. Bundan başqa Əhəd Yaqubov küçəsi, Dövlət Bayrağı Meydanı və Bibiheybət yolu istiqamətlərinə vətəndaşların təhlükəsiz hərəkətini təmin etmək üçün yeni piyada keçidi də inşa olundu. Piyada keçidinin uzunluğu 226 metr, eni 8 metr, hündürlüyü isə 4 metrdir.

          Bakı I Avropa Oyunları öncəsi “Azəryolservis” ASC tərəfindən yeni salınmış yollardan biri də təchizat bazasına gedən avtomobil yoludur. Yolun uzunluğu 6 kilometr olmaqla 2 hərəkət zolaqlıdır. Burda 29.7 min m2 sahəyə asfalt-beton örtüyü döşənib. Bununla paralel olaraq Suraxanı rayonunda yerləşən “Atəşgah” Məbədinə gedən uzunluğu 4.9 km olan küçələrin təmiri işləri aparılıb, sözügedən küşələrin 40.7 min m2 sahəsinə asfalt-beton döşənib.

Heydər Əliyev prospekti yeni görkəmdə

          “Azəryolservis” ASC tərəfindən Heydər Əliyev prospektində aparılan təmir-tikinti işləri nəticəsində prospekt tam yeni görkəm aldı. Prospektin Heydər Əliyev Mərkəzindən “Böyük Şor yol qovşağı”nadək olan 6,4 km hissəsində əsas və yan yolları da daxil olmaqla əsaslı təmir edildi, 307,2 min m2 sahəyə asfalt-beton döşəndi. Ayrıcı zolaqlarda və yol kənarlarında səki daşları dəyişdirildi, zolaqlarda və səkilərdə 11 min m2 sahəyə bəzək daşları düzüldü.

          Prospektdə zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi quruldu, yeni yağış barmaqlıqları yerləşdirildi, kommunikasiya xətlərinin dəmir-beton plitələri və üst qapaqları dəyişdirildi, yolun kənarında yaşıllıq zonası salındı. Prospektdə yerləşən Bağırov körpüsü və tunellərdə yeni işıqlandırma sistemləri quruludu, yerüstü piyada keçidinin üzlüyü tam olaraq yeniləndi.

          Heydər Əliyev prospektinin yeni müasir görkəm almasında cəmiyyət tərəfindən yerüstü piyada keçidlərinin üzlüklərinin və işıqlandırma sistemlərinin yenilənməsi işləri də az rol oynamır. Bu istiqamətdə 6 yerüstü piyada keçidində başlanılan işlər artıq yekunlaşmaq üzrədir. İndidən keçidlər yeni görünüşü ilə hər kəsin gözünü oxşayır.

           “Azəryolservis” ASC-nin rəhbərliyinin nəzarəti altında Yusif Səfərov, Fəzayıl Bayramov küçələrinin, Heydər Əliyev və Babək prospektlərinin kəsişmələrində yerləşən müxtəlif səviyyəli yol ötürücülərinin üzlüklərinin və işıqlandırma sistemlərinin yenilənməsi istiqamətində aparılmış işlərdən sonra bu yol qovşaqları ətraf tikililərlə eyni ansambl halına gəldi, tam yeni müasir görkəm aldı.

Ələsgər Qayıbov küçəsi əsaslı təmir olundu

          Bir vaxtlar Ulu öndər Heydər Əliyevin tapşırığına əsasən salınan və uzun müddət təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış
Ələsgər Qayıbov küçəsi də əsaslı şəkildə təmir olundu. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında iki  əsas prospekti, Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektini birləşdirən Ələsgər Qayıbov küçəsində əsaslı yenidənqurma işləri yüksək keyfiyyətlə aparılaraq, vaxtında yekunlaşdırıldı.

          Ümumi uzunluğu 2200 metr olan küçə boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarıldı, yeni yol yatağı salındı. Müəyyən hissələrdə yolun hərəkət hissəsinin genişləndirməsi işləri də həyata keçirildi. Ümumilikdə küçənin 45 min m2 sahəsinə müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü vuruldu, 8200 p/m yeni səki daşı düzüldü. Səkilərdə və ayrıcı zolaqda abadlıq və yaşıllaşdırma işləri həyata keçirildi.

“Tıxac”ın aradan qaldırılması üçün görülmüş işlər

         Yollarda yaranan tıxacların qarşısını almaq məqsədilə cəmiyyət tərəfindən bir sıra məqsədyönlü addımlar atıldı. İnşaatçılar prospektində Dövlət Statistika komitəsinin qarşısındakı dairədə, “20 Yanvar” dairəsində, “Sulu təpə” dairəsində, Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşəç yol ötürücüsünün alt hissəsində nəliyyat vasitələrinin hərəkətində edilmiş müəyyən dəyişikliklər  bu ərazilərdə nəqliyyat axınına müsbət təsir etdi və nəticədə sözügedən ərazilərdə “tıxac” problemi xeyli azaldı.

            "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11 km hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində göstərilən yolun 9-cu km-də yerləşən mövcud yol ötürücüləri sökülərək yerində müasir tipli yol ötürücülərin inşası aparıldı. Sovet döründə inşa olunan yol ötürücülərdən fərqli olaraq 399.1 metr uzunluğundakı yeni tikilən müasir yol ötürücüləri 5 aşırımdan ibarətdir. Bundan başqa sözügedən yolda dövlət proqramına əsasən yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparıldı.

            Yolun 11-ci kilometrliyində yerləşən və uzun müddətdir ki, təmir olunmayan “Xırdalan dairəsi”ndə və dairənin altından keçən avtomobil tunellərində təmir-tikinti işləri həyata keçirildi. Bu da öz növbəsində nəqliyyat sıxlığını bir az da azaltmış oldu.

          Bundan başqa “20 Yanvar” dairəsi və Moskva prospektində nəqliyyat sıxlığını aradan qaldırmaq məqsədilə 2-ci alatavaMüzəffər Həsənov küçələrində də təmir-tikinti işləri həyata keçirildi. 1400 metr uzunluğunda olan yolun ümumilikdə 18 min m2 sahəsinə yeni asflat-beton örtük döşəndi, 2 min p/m yeni səki daşı düzüldü.

          Biləcəri enişindən Stend atıcılığı idman kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək üçün “Azəryolservis” ASC tərəfindən aparılan kompleks tədbirlər nəticəsində Beynəlxalq Avtovağzala “Biləcəri enişi”ndən gedən təqribən 400 metrlik giriş yolu və dairə yenidən quruldu. Mövcud 11 metr enində yol genişləndirilərək 22 metrə çatdırıldı. Ümumilikdə 16 min m2 əraziyə yeni asfalt-beton örtüyü döşəndi. Sözügedən ərazidə yolayrıcıları inşa edildi, işıq dirəkləri quraşdırıldı, yolboyu səki daşları düzüldü, səkilərə tamet daşlar döşəndı. Beynəlxalq Avtovağzalın qarşısında yerləşən yol ötürücüsünün alt hissəsində də abadlıq işləri həyata keçirildi.

          Yolun davamı olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Avtovağzal dairəsi” adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə yeni yol da inşa edildi. Yolun körpüyə qədər 618.7 metrlik hissəsinin eni 22 metrdir və 4 hərəkət zolağından ibarətdir. 15 aşırımdan ibarət körpünün uzunluğu isə 451.3 metr, eni isə 13 metrdir. Yol kənarlarında 2.5 metr enində səki salındı, 1 metr enində ayrıcı zolaqlar quruldu. Ümumilikdə 10 min m2 sahəyə asfalt-beton örtük döşəndi.

           Sözügedən ərazidə yerləşən Stend Atıcılığı İdman kompleksinə gedən yeni yol da inşa edildi.Yeni yolun uzunluğu 1354.5 metr, eni isə 21.5 metrdir.

           Bununla da prezident İlham Əliyevin göstərişinə ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11 km hissəsində yaranan tıxacların aradan qaldırılması istiqamətində “Azəryolservis” ASC tərəfindən mühüm addımlar atılmış oldu.

Bakı Dairəvi-1 avtomobil yolunun əsaslı təmiri

          Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolundan Bakı-Ələt-Qazax magistralına birbaşa çıxışı təmin edən Bakı Dairəvi-1 avtomobil yolu da cəmiyyətin apardığı işlər nəticəsində yeni görkəm aldı. Uzunluğu 13,7 km olan Bakı Dairəvi-1 avtomobil yolunun təkcə bir istiqamətində 181.5 min m2  sahə əsaslı təmir edildi. Təmir-tikinti işləri zamanı yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarıldı, həmin hissələrdə yeni yol yatağı salındı. Yolda 8 min kubmetr torpaq işləri görüldü, təqribən 240 min kvadratmetr yeni asfalt-beton örtüyü salındı. Bundan başqa yol kənarlarında və ayrıcı zolaqların mümkün hissələrində abadlaşdırma və yaşıllaşdırma işləri həyata keçirildi. Ümumilikdə yolda 6 min ağac əkildi.

Yeni layihələr, təmir edilən yollar

          Əksər sürücülərin çoxdandır səbirsizliklə gözlədiyi Zığ-Hövsan yolunun yenidənqurulması işlərinə də start verildi və layihənin birinci hissəsi uğurla icra olunaraq yekunlaşdırıldı. Artıq Hövsan yolunun 1,2 kilometrlik hissəsi tam olaraq yenidən qurulub. Yol hər iki istiqamətə 3 olmaqla 6 zolaqdan ibarətdir. Yolun hərəkət hissəsinin eni 13 metr olmaqla ümumi eni 35 metrdir. Ümumilikdə 37 min m2 sahəyə asfalt-beton örtüyü döşənib, yol boyu 2600 p/m səki daşı düzülüb.

          Nobel prospektinə paralel olaraq yeni dənizkənarı yolun da inşa edilib yekunlaşdırılması sözsüz yol təsərrüfatında bu il qazanılmış uğurlardan biridir. 8 zolaqlı yol ən müasir tələblər səviyyəsində və yüksək keyfiyyətlə inşa edilib. Yolun hərəkət zolaqlarının eni 3,75 metrdir. Burada istirahət edən insanların təhlükəsizliyi üçün yolun tikintisi zamanı hər birinin eni 8 metr olmaqla 3 piyada keçidi də inşa olunub.

          Yağış yağarkən səth zularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi olmadığından yolun hərəkət hissəsi sıradan çıxan Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə qədər olan 1.6 kilometrlik hissəsində də təmir-tikinti işləri aparıldı. Nəqliyyat Naziriyi “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılan işlər uğurla icra olundu. Burda 1 km-dən artıq yağış-kanalizasiya sistemi quruldu. Təqribən 30 min m2 əraziyə yeni asfalt-beton örtüyü döşəndi. Nobel prospektinin əks istiqaməti üzrə də 700 metrlik hissədə, 13 min m2 sahədə də təmir işləri həyata keçirildi.

          Uzun illərdir ki, təmir olunmayan Sabunçu-Ramana yolu, Baksol, Balaxanı yolları da təmir olunmuş yollar siyahısına daxil edildi. Bu yollarda 70 min m2 -dənçox əraziyə yeni asfalt-beton örtüyü döşəndi. Nəticədə bu yollarla nəqliyyat vasitələrinin rahat hərəkəti təmin olundu.

Yeni körpülər, tunellər, keçidlər

          2015-ci ilin birinci yarımilliyi yeni-yeni körpülərin, tunellərin, piyada keçidlərinin istifadəyə verilməsi ilə də yadda qaldı. Yerüstü piyada keçidlərindən biri Azadlıq prospekti ilə Həsrət Ağamalıyev küçəsinin kəsişməsində, 6 hərəkət zolaqlı yol üzərindən inşa edilərək vətəndaşların istifadəsinə verildi. Bir aşırımlı, metal konstruksiyalı yerüstü müasir piyada keçidinin eskalatorlarla birlikdə ümumi uzunluğu 82,12 metr, daxili eni 3,4 metr, hündürlüyü 3,0 metrdir, yol üzərindən hündürlüyü isə 6,0 metrdir. 

Davam edən layihələr

          Hazırda paytaxt Bakıda və regionlarda yeni yolların salınması istiqamətində “Azəryolservis ASC tərəfindən işlər davam etdirilir. Misal olaraq paytaxtda nəqliyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində çox mühüm layihələr sayılan "Bakı Ağ Şəhər" layihəsi çərçivəsində yenidən qurulan 1050 metr uzunluğunda Xaqani Rüstəmov küçəsini, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər salınan yeni avtomobil yolunun, 12,1  kilometrlik Buzovna-Mərdəkan-Qala yolunun, 26,7 kilometr olan Qala-PirallahıQala-Şüvəlan yolllarının, 27,7 kilometrlik Bilgəh qəsəbəsi-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisini göstərmək olar.

Regionlarda görülən işlər

          Bütün bu işlərə paralel olaraq təbii ki, bu ilin son ayları ərzində regionlarda da yeni yolların salınması, mövcud yolların təmiri, körpülərin tikilməsi, bərpası, təmiri və sair işlər həyata keçirilib.  Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, ölkəmizin şəhər və rayonlarında mövcud avtomobil yollarının əsaslı təmiri və ya yenidən qurulması ümumilikdə regionların sosial-iqtisadi inkişafına mühüm töhfələr verir.

         Misal olaraq Ağdam rayonu ərazisində ümumi sahəsi  51 min molan Tərtər-Hindarx yolunun 4,6 km hissəsinin, Xocavənd rayonu ərazisində Məcburi köçkünlərin qəsəbəsinə gedən sahəsi  37,6 min m2 , uzunluğu  5,2 km olan yolun, sahəsi 40,5 min molan Ələt-Astara yolunun 5,4 km hissəsinin təmiri işlərini göstərmək olar. Cəmiyyət tərəfindən təmir-tikinti işləri Samux rayonu ərazisində sahəsi 6 min m2, uzunluğu 4 km olan Qovlarsarı-Qaraarx yolunda, 13,1 min m2 Yuxarı Qarabağ kanalı -Beyləqan-Daşburun yolunun 2,6 km hissəsində, sahəsi 15,5 min m2 olan Göyçay rayonu ərazisində Mallı Şıxlı-Ərəb Şahverdili yolunda da yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

         Nəqliyyat vasitələrinin hərəkətinin rahat və maneəsiz şəkildə təmin edilməsi üçün regionlarda “Azəryolservis” ASC tərəfindən həyata keçirilən işlər bununla kifayətlənmir. Uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 160-172-ci km-lik hissəsində təmir-tikinti işləri aparılıb. Artıq sürücülər magistral yolun bu hissəsindən də rahat şəkildə istifadə edə bilirlər.

            Xüsusi diqqət ayrılan yollardan biri də  Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yoludur. “Azəryolservis” ASC tərəfindən avtomobil yolunun Bakı şəhəri istiqamətində, 119-130-cu km-də normadan artıq yüklənmiş ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsi deformasiyaya uğramış yolun hərəkət hissəsinin bərpası işləri yüksək keyfiyyətlə icra olundu. Hazırda isə yolun 105-119-cu km-lik hissəsində işlər davam etdirilir.

          Ölkə rəhbərliyinin nəzarəti altında “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Ələt-Astara-İran İslam Respublikası sərhədi avtomobil yolunda da təmir işləri aparıldı. Sözügedən yolun 31-153-cü km-lik hissəsində deformasiyaya uğramış hissələr bərpa edildi.

              Uzunluğu 31 km olan Şirvan-Salyan avtomobil yolunun III dərəcəyə uyğun yenidən qurulması istiqamətində işlər davam etdirilir. Yolun hazırlanmış layihə-smeta sənədlərinə əsasən, torpaq yatağının eni 12 metr, hərəkət hissəsinin eni 7 metr, hərəkət zolaqlarının sayı 2, çiyinlərin eni 2.5 metrdir.

              Həmçinin Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax avtomobil yoluna 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsi çərçivəsində işlər davam etdirilir.Yolun Hacıqabul-Kürdəmir hissəsində işlərin 90 faizi, Kürdəmir-Ucar-Yevlax hissəsində isə 65 faiz artıq yekunlaşdırılıb. Layihəyə əsasən yolun torpaq yatağının eni 27,5 metr, hərəkət zolaqlarının sayı 4, hərəkət zolağının eni 3,75 metr olması nəzərdə tutulub. Bundan başqa layihədə 9 ədəd yol qovşağı və 6 ədəd körpü tikilməkdədir.

              Ələt-Astara-İran İslam Respublikası sərhədi avtomobil yolunun tikintisi də uğurla icra olunur. Artıq sözü gedən yolda ümumi işlərin təqribən 45-50 faizi yekunlaşdırılıb. Layihəyə əsasən 4 hərəkət zolaqlı olmaqla 204,6 kilometr olacaq yolun eni 26,5 metr, ayrıcı zolaqların eni 4 metr, hərəkət zolaqlarının və çiyinlərin eni 3,75 metr olması nəzərdə tutulub. Yol boyu 581 dairəvi borunun, 59 düzbucaqlı və alt keçidin tikintisi aparılır. Layihə üzrə Salyan rayonu ərazisində tikintisi aparılan 5 aşırımlı körpüdə isə son tamamlanma işləri aparılır. Regionda ən möhtəşəm və unikal körpünün uzunluğu 363 metr, eni 29,8 metrdir.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq “Azəryolservis” ASC tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci kilometrlik hissəsinin 4 zolağa genişləndirilməsi üçün əlavə 2 zolağın tikintisi işləri də davam etdirilir. Hazırda ümumi fiziki işlərin tərəqqisi 50-60 faizdir. Layihəyə əsasən 1-ci dərəcəli texniki yol üzərində 2 körpü, 4 yol qovşağı, 7 yerüstü piyada və o qədər də alt keçidi inşa olunur.

          Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidənqurulması layihəsi çərçivəsində aparılan işlər isə yekunlaşmaq üzrədir. Yenidənqurma işləri Muğanlı-Yevlax yolunun 0-8.4 və 38-145-ci km-lik hissələrində aparılıb. Əsaslı şəkildə yenidənqurulan yol iki hərəkət zolaqlı olmaqla ümumi uzunluğu 115.15 kilometr.  “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında əsaslı şəkildə yenidən qurulan avtomobil yolunda 6 mövcud körpüdən 5-i sökülərək yenidən tikilməli,  biri isə əsaslı təmir edilməli idi. Artıq həmin körpülərdən 4-də inşaat işləri tam olaraq yekunlaşdırılıb.

               Ölkə başçısının tapşırığına əsasən beynəlxalq standartlara cavab verəcək bu yeni yollarda nəqliyyatın tam rahat hərəkəti təmin olunacaq.

          Cari ilin 6 ayı ərzində qəzalı vəziyyətə düşmüş iki körpü də bərpa edilərək yenidən sürücülərin ixtiyarına verilib. Bu Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 72-ci və 186-cı kilometrliklərində, Mil-Muğan kollektoru və Boladiçay üzərində yerləşən körpülərdir. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 116-cı kilometrliyində yerləşən körpüdə isə təmir işləri aparılıb. Təqribən 10 min m2 sahəyə yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa 6 min nəfərdən artıq əhalinin yaşadığı Salyanın Babazənan qəsəbəsindən rayon mərkəzinə qədər məsafəni dəfələrlə qısaldacaq olan Kür çayı üzərində yeni körpünün tikintisi başa çatmaq üzrədir. Layihəyə əsasən körpünün uzunluğu 216 metr, eni isə 14,5 metrdir. Körpüdə hər iki tərəfdən 1,5 metr piyadaların gediş-gəlişi üçün səki də nəzərdə tutulub.

         Hesabat dövründə paytaxt Bakıda ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən, “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə bir çox küçədə kompleks tədbirlər aparılıb və bu işlər indi də davam etdirilməkdədir. Göstərilən müddət ərzində Nəsimi rayonun Şəmsi Bədəlbəyli, Süleyman Rüstəm, Eldar Babayev küçələrində, Nərimanov rayonunun Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov, Çernyavski, Arif Heydərov küşələrində, Səbail rayonu Nizami küçəsi, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi, Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsi, Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsi, Yasamal rayonu Şəfayət Mehdiyev, Bəxtiyar Vahabzadə, Əhməd Cəmil, Müzəffər Həsənov, 2-ci alatava, Abdulvahab Salamzadə küçələrində, Binəqədi rayonu Yəhya Hüseynov, Xurşudbanu Natavan, Məmməd Səid Ordubadi və Ənvər Qasımov küçələrində yüksək keyfiyyətlə təmir-tiknti işləri aparılaraq, vaxtında yekunlaşdırıldı. Təkcə adı çəkilən küçələrdə 15 kilometr yola, təqribən 250 min m2 əraziyə yeni yüksək keyfiyyətli asfalt-beton örtüyü döşəndi.

114,4 km yol tikilıb, yenidən qurulub, təmir olunub

          Ümumilkdə isə 2015-ci ilin yanvar-iyun ayları ərzində “Azəryolservis” ASC tərəfindən 114,4 km yol tikildi, yenidən quruldu və təmir olundu. Onlardan 44,6 km respublika əhəmiyyətli69,8 km yol isə yerli əhəmiyyətlidir. Ümumi istifadədə olan avtomobil yollarında tikilən və təmir olunan körpülərin sayı 12-dir. Körpülərdən 10-u yeni tikilib, 2-i isə təmir olunub.

                Bakı şəhəri üzrə son 6 ayda təmir və bərpa edilmiş, yenidən qurulmuş avtomobil yollarının ümumi uzunluğu 62,9 kilometrdir. Yeni tikilmiş yolların uzunluğu isə 24,2 km-dir.Tikilmiş körpü və tunellərin sayı 4-dür. Onlardan 2-i körpü, 2-i isə tuneldir. Bakı şəhərində 7 ədəd yerüstü və yeraltı piyada keçidləri də inşa edilib.

          Bakı şəhərində olan yollar, prospektlər və küçələr də daxil olmaqla, avtomobil yolları və körpülərin saxlanılması, təmiri və tikintisi işlərinin yaxşılaşdırılması üçün yol idarələrinin istehsalat bazalarının gücləndirilməsi məqsədi ilə, son 6 ay ərzində 5 ədəd müxtəlif avtonəqliyyat vasitəsi və yol texnikası alınaraq Yol İstismarı İdarələrinin istifadəsinə verildi.

          “Azəryolservis” ASC tərəfindən avtomobil yollarının kənarlarının abadlaşdırılması və yaşıllaşdırılması istiqamətində yolların mühafizə zolaqlarında ümumilikdə 49523 ədəd ağac və dekorativ kol bitkiləri əkildi.

       Bir sözlə, bütün bunlar onu göstərir ki, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı ölkənin əsas prioritetlərindən birinə çevrilib. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də məhz yol infrastrukturun inkişaf etdirilməsi olub. Azərbaycan Prezidenti İlham Əliyevin də uğurlu daxili siyasəti sayəsində qazanılan uğurların sırasında  bu sahənin inkişafı önəmli yer tutur. “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq” deyən ölkə başçısı İlham Əliyevin diqqətinin nümunəsi olaraq növbəti aylar və illərdə də  “Azəryolservis” ASC tərəfindən sözügedən prosesin reallaşdırılması uğurla davam etdiriləcək.

                                                                                                       

 HESABATA AİD SƏNƏDLİ FİLM