Az
      

                                         2015-ci ilin 9 ayı ərzində “Azəryolservis” ASC-nin

                                                            yerinə yetirdiyi işlər

 

        2015-ci ilin 9 ay ərzində 289,3 km uzunluğunda ümumi istifadədə olan  yeni avtomobil yolları, tikilmiş, yenidən qurulmuş, təmir olunmuş, 12 ədəd yeni avtomobil körpüsü tikilmiş, 2 ədədi  təmir edilmiş,  2 ədəd tunel  və 7 ədəd piyada keçidi istismara verilmişdir.

O cümlədən, regionlar üzrə ümumi istifadədə olan 118,3 km respublika əhəmiyyətli, 90,4 km yerli əhəmiyyətli olmaqla 208,7 km uzunluğunda avtomobil yolu tikilmiş,  yenidən qurulmuş, təmir olunmuş, 10 ədəd körpü tikilmiş, 2 ədəd körpü təmir edilmişdir.

        Bakı şəhəri üzrə isə  80,6 km uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilmiş, yenidən qurulmuş, təmir olunmuş, 2 ədəd yol ötürücüsü,  2 ədəd tunel, 7 ədəd piyada keçidi istismara verilmişdir.

         Bu dövr ərzində ümumilikdə 610,9 min ton asfalt-beton istehsal edilmiş, 33,6 min ton bitum və 1591,0 ton mazut istifadə edilmişdir.

      

                                          Bakı I Avropa Oyunları öncəsi görülmüş işlər

 

            2015-ci ilin iyun ayında Bakı I Avropa Oyunlarının yüksək səviyyədə və uğurlu həyata keçirilməsi üçün bütün qurumlar kimi, "Azəryolservis" ASC-nin də üzərinə mühüm vəzifələr düşürdü. Oyunların keçiriləcəyi məkanlara və bununla bağlı müxtəlif  inzibati  məntəqələrə rahat gediş-gəlişi təmin etmək məqsədilə “Tədbirlər Planı” təsdiq edilmişdi.

            “Tədbirlər Planı”nının avtomobil yolları ilə əlaqədar hissəsindəki  işlərin əsas hissəsi 2015-ci ilin fevral-iyun ayları ərzində uğurla yerinə yerinə yetirilmişdir.

            I Avropa Oyunlarına hazırlıqla bağlı “Azəryolservis” ASC-nin tabeliyində olan idarə və müəssisələr tərəfindən ümumi uzunluğu 53,4 km təşkil edən 16 prospekt, küçə və avtomobil yolunda 439,5 min  m2 sahəyə asfalt örtük döşənmişdir.

            Yarışların əsas yol şəbəkəsi boyu ümumilikdə 223 km uzunluğunda sarı xətt çəkilmiş,  asfalt-beton örtük üzərinə 412 ədəd sarı və ağ rəngli “Oyunların Loqotipi” çəkilmişdir.

       

                                 Bakı şəhər yollarında  aparılan təmir və tikinti işləri

 

         2015-ci ilin 9 ayı  ərzində  38 adda küçə və prospektdə  370,4 min m2 sahədə əsaslı təmir işləri aparılmışdır.        

         Göstərilən dövr ərzində Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 97,7 min m2 sahədə çala təmiri işləri yerinə yetirilmişdir.

        

                               Daxili İnvestisiya hesabına yerinə yetirilən işlər

 

         Ölkə başçısının yol infrastrukturunun təkmilləşdirilməsi sahəsinə həmişə xüsusi diqqəti olmuşdur. Buna görə də daxili investisiya hesabına həyata keçirilən və tikintisi davam edən layihələr çoxluq təşkil edir.

         Bakı-Ələt avtomobil yolunun 4-6 km hissəsinin tikintisi işləri çərçivəsində Bakı Su İdmanı Sarayı ərazisundə ümumi uzunluğu 6,6 km  4-5 hərəkət zolaqlı bağlantı yolları inşa edilmiş, 125 min m2 sahəyə asfalt-beton döşənmişdir. Yeni yol bu ərazidə nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti baxımından mühüm rol oynayır.

Layihə çərçivəsində Bayıl bulvarına çıxışa imkan verən piyada keçidinin tikintisi işləri də başa çatdırılmışdır. Yeni tikilmiş piyada keçidinin eni 8 m, hündürlüyü 4 m, uzunluğu 226 m-dir. Yeraltı piyada keçidinin 4 çıxışı var.    Keçiddə 8 eskalator və əlillərin rahat hərəkət etmələri üçün xüsusi qurğu quraşdırılıb. Beləliklə, keçidin inşası sakinlərin Əhəd Yaqubov küçəsi, Dövlət Bayrağı Meydanı və Bibiheybət yolu istiqamətlərinə təhlükəsiz hərəkətini təmin edir.

Olimpiya Stadionu ətrafında ümumi uzunluğu 14,8 km , 4-6 zolaqlı yeni yolların və Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun inşasının birinci hissəsi layihəyə uyğun olaraq başa çatdırılıb.

          Yolun birinci hissəsi əsasən Bakı Olimpiya Stadionu ətrafındakı əraziyə düşür. İnşa olunan  yolun uzunluğu 1 km və onun hərəkət hissəsi 2-6 zolaqlıdır. Yol boyunca 2 körpü inşa olunub. Birinci körpünün uzunluğu 205, ikinci körpünün uzunluğu isə 162 metrdir.

           Bu layihə çərçivəsində  uzunluğu 900 m, eni isə 30 m yaxın olan piyada yolu inşa edilib, yol üzərində iki tunel tikilib. Yolun qapalı hissəsinin uzunluğu 92, açıq hissəsinin uzunluğu 691 m-dir. Piyadalar üçün nəzərdə tutulan yolda 115 m uzunluğunda kompleksə daxil olan üçüncü körpü də inşa olunub.    

           Uzunluğu 1,4 km, eni 21,5 m olan Stend Atıcılığı İdman Kompleksinə gedən yolun tikintisi işləri  də oyunlar başlayanadək başa çatıb.
         Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Avtovağzal dairəsi” adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yol-körpü kompleksinin  tikintisi də uğurla başa çatıb.

          Ümumi uzunluğu 1070 m olan yolun körpüyə qədər hissəsinin eni 22 m-dir və 4 hərəkət zolağından ibarətdir. 15  aşırımdan ibarət körpünün uzunluğu 451 m, eni isə 13 m-dir.

           Bakı-Sumqayıt yolunun 9-cu km-də inşa olunan ümumi uzunluğu 400 m olan 5 körpü və Sumqayıt-Bakı istiqamətində 2350 metr uzunluğunda yan yollar genişləndirilib və yolun eni 15 metrə çatdırılıb.

          Bütün bunlar Bakı-Sumqayıt yolunda tıxac probleminin aradan qaldırmasına və əhalinin rahatlığının təmin edilməsinə mühüm töhfə vermişdir.

         Biləcəri-Xocasən istiqamətində avtomobil yolunun yenidən qurulması və Yeni dənizkənarı bulvar yolunun salınması (NOBEL prospekti) işləri də başa çatmışdır.

        Bu dövr ərzində Mingəçevir şəhərində Kür çayının üzərində inşa edilmiş ümumi uzunluğu 190 metr olan körpünün əsaslı təmiri işləri də başa çatdırılmışdır.
       

 

                               Tikintisi davam etdirilən respublika əhəmiyyətli yollar

 

         Regionlar üzrə tikintisi davam etdirilən respublika əhəmiyyətli Bakı-Quba-Rusiya yolunun 6-11-ci km hissəsi, Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax sahəsinin (35 km) əsaslı təmiri ( bildiyiniz kimi noyabr ayının 4-də cənab Prezidentin iştirakı ilə Şəki-Qax yolunun açılış mərasimi keçirildi), Bakı-Ələt –Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47-ci kilometrində dəmiryol xətti üzərində yol ötürücüsüƏlət - Astara yolunun  139-ci km-də Mişar çay üzərindəki körpünün əsaslı təmiri, Quba-Qonaqkənd avtomobil yolunun 5, 30, 35, 36 və 41-ci km-də körpülərin, Qəbələ-Bum –Qəmərvan avtomobil yolunun 13 və 14-cü km-də körpülərinQəbələ rayonu ərazisində Xizək idman kompleksinə gedən avtomobil yolunda Dərə üzərində körpü keçidi (1 aşırımlı) və 2 aşırımlı körpülərin, həmçinin Qolf  meydançasına gedən avtomobil yolunda Dəmiraparançay üzərində körpü keçidi ( 10 aşırımlı körpü), Qusar - Əniğ - Ləzə 4 zolaqlı avtomobil yolunun və körpünün tikintisi layihələri üzrə tikinti işləri davam etdirilmişdir.

         

 

                          Tikintisi davam etdirilən yerli əhəmiyyəti yollar

 

         Həmçinin, tikintisi davam etdirilən yerli əhəmiyyəti yollardan Xocasən-Lökbatan, Qusar-Əniğ-Ləzə 4 zolaqlı avtomobil yolunun 10 km-lik hissəsi və körpü, Şamaxı-Göylər-Çöl Padar yolu, Kür çayı üzərində “Babazanan” yaşayış sahəsini rayon mərkəzi ilə birləşdirən körpü, Salyan-Şirvan yolu, Qəbələ rayonunda idman kompleksləri üçün tikiləcək avtomobil yollarında 3 ədəd körpünün tikintisi, Gədəbəy rayonunun Şınıx bölgəsində Dəyirmançay üzərində və Miskinli bölgəsində Qaraçay üzərində körpü keçidlərinin tikintisi, Qəbələ-Bum-Qəmərvan  avtomobil yolunun 13-cü və 14-cü km-də qəzalı vəziyyətə düşmüş körpülərin yerində yeni körpülərin tikintisi, Kür çayı üzərində körpünün əsaslı təmiri layihələrini və s. misal gətirə bilərik.

 

 

                                       Bakıda tikintisi davam edən layihələr

 

            Bakı şəhəri ərazisində cari ilin 9 ayı ərzində daxili investisiya hesabına tikintisi davam edən layihələrə Həsən Əliyev küçəsindən Ziya Bünyadov küçəsinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yol ( II mərhələ), Ağ şəhərə gedən avtomobil yolları, Bilgəh-Novxanı-Sumqayıt-M4 (18km)  avtomobil yolu (14-42 km hissəsi ), Qala-Pirallahı avtomobil yolu,  Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil körpüsü, Zığ - Hövsan avtomobil yolu və s. aiddir.

 

                            Xarici investisiya ilə maliyyələşdirilən layihələr

 

         Bu gün  respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına iri miqyaslı layihələr həyata keçirilir.

    

 

                          M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə

                                         dövlət sərhədi avtomobil yolu

 

       I dərəcəli yolun ümumi uzunluğu dövrələmə yollarla birgə 513 km-dir.  Bundan 503 km-i II dərəcəli 2 zolaqlı olmaqla, 212 km-i  isə I dərəcəli 4 və 8 zolaqlı olmaqla  tikilib istifadəyə verilib.  167.8 km yolun tikintisi I dərəcəli 4 zolaqlı olmaqla  davam etdirilir. 130 km yolun I dərəcəli yol standartlarına uyğunlaşdırılmaqla tikintisi yaxın gələcək üçün planlaşdırılır və lazımi tədbirlər görülür.

                 

                                    M3 Ələt-Astara-Iran Respublikası ilə

                                         dövlət sərhədi avtomobil yolu

          Mövcud yolun uzunluğu 243 km-dir, yeni trassa üzrə I dərəcəli 4 zolaqlı yolun uzunluğu 39 km azalmaqla 203.9 km olması nəzərdə tutulur.  31 km yolun və Lənkərənçay üzərindəki körpünün tikintisi başa çatdırılmışdır. 172.9 km yolun tikintisi isə davam etdirilməkdədir.  30 km-lik Şorsulu-Cəlilabad hissəsinin tikintisi üçün Asiya İnkişaf Bankı ilə Kredit Sazişi imzalanmış və tikinti işlərinə yaxın zamanda başlanılması üçün bütün lazımi tədbirlər görülür.

 

                                         M-4 Bakı-Şamaxı 15-45 km avtomobil yolunun

                                            4 zolağa genişləndirilməsi layihəsi

 

          Layihə üzrə Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankı arasında Kredit Sazişi 2010-cu il 11 avqust tarixdə imzalanmışdır. 30 km uzunluğunda yolun tikinti işlərinə 2011-ci ilin avqust ayının 22-də başlanılmışdır. Layihə üzrə faktiki fiziki tərəqqi  70.09% təşkil edir. 

 

                                       Bakı – Şamaxı avtomobil yolunun km 44,6-67,5

                                        hissəsinin 4 zolağa genişləndirilməsi

  •  

 

     22.9 km uzunluğunda yolun tikintisinə 2013-cü ilin avqust ayının 15-də başlanılmışdır. Hal-hazırda kommunikasiya xətlərinin köçürülməsi başa çatdırılmış, torpaq yatağının, yol geyiminin dənəvər laylarının, bitumlu əsas layının, suötürücü boruların, yeraltı keçidlərin, Ceyrankeçməz çayı üzərində birinci körpünün tikintisi işləri görülür. Layihə üzrə faktiki fiziki tərəqqi 58.26 % təşkil edir.

 

                              Bakı – Şamaxı avtomobil yolunun km 67,5-91,0

                                    hissəsinin 4 zolağa genişləndirilməsi

  •  

        

         23.5 km uzunluğunda yolun tikintisinə  2013-cü ilin dekabr  ayının 5-də başlanılmışdır. Layihə üzrə faktiki fiziki tərəqqi 34.56% təşkil edir. Layihənin 2016-ci ilin iyul ayında başa çatdırılması gözlənilir.

 

                                           Bakı-Şamaxı-Yevlax (M4) avtomobil yolunun

                                 “Muğanlı – Yevlax hissəsinin yenidənqurulmasi”

                                                                 layihəsi

 

         115 km uzunluğunda yolun tikintisinə 2010-cü ilin may ayında başlanılmışdır. Layihə üzrə faktiki fiziki tərəqqi  95, 44% təşkil edir.

 

                                   Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə

                                        bağlı həyata keçirilən tədbirlər

 

         Bakı şəhərində nəqliyyat axınlarının daha səmərəli idarə olunması məqsədilə gərgin iş rejimində işləyən yol qovşaqlarında aparılan yenidən qurma işləri öz müsbət nəticələrini vermişdir.

         Uzun illərdir ki, günün istənilən vaxtı “tıxacla” rastlaşdığımız  Heydər Əliyev prospekti ilə Babək prospektinin kəsişməsində (“Ramstore” yol qovşağında), əsas yol kəsişmələrindən İnşaatçılar prospekti ilə Nəriman NərimanovNaxçivani küçələrinin kəsişməsində (“Statistika” dairəsində), Həsən bəy Zərdabi küçəsi ilə Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində (“Qələbə k/t qarşısındakı dairədə) və  20 Yanvar dairəsində aparılan məqsədyönlü yenidən qurma işləri,  bu ərazilərdə nəqliyyat axınına müsbət təsir etmiş və nəticədə  sözügedən qovşaqlarda “tıxac” problemi xeyli azalmışdır.

         Heydər Əliyev Mərkəzi qarşısında yan yoldan əsas yola keçidin xeyli genişləndirilməsi (bir hərəkət zolağı enində), eləcə də Heydər Əliyev prospektində Koroğlu metro stansiyası istiqamətində əsas yoldan yan yola 2 yerdə yeni çıxışların açılması da şəhər əhalisi tərəfindən müsbət qarşılanmışdır.

         Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsində əsas dairəyə çatmamış geriyə dönmə üçün yeni yolun tikintisi bu ərazidə nəqliyyat sıxlığının azalmasına imkan yaratmışdır.

        Bundan başqa cari ilin 9 ayı ərzində 1166 ədəd yol nişanları, 8638 ədəd siqnal dirəkləri, 58 ədəd məlumatverici lövhə,  15214 p.m  isə əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş,  590,6 min  m2  həcmində yolların xətlənməsi işləri yerinə yetirilmişdir.

                                                 

                                                      Ekologiya və yaşıllaşdırma

 

          “Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma Məhdud Məsuliyyətli Cəmiyyətləri 1551 km magistral avtomobil yolunun, 1829 km isə respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3380 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərilir.

            2015-ci ilin 9 ayı  ərzində I Avropa Oyunlarının yol şəbəkəsinə daxil olan Bakı Dairəvi-I avtomobil yolunda 6000 ədəd, Zığ dairəsi – Hava Limanı avtomobil yolunda 3000 ədəd, Heydər ƏliyevBabək prospektləri, Yusif Səfərov küçəsindəki yol qovşaqlarının ərazilərində, Qələbə k/t qarşısındakı meydanda və İnşaatçılar prospektində (“Statistika dairəsində”) 2000 ədəd kol bitkisi, 6000 ədəd gül kolu və 12000 m2 qazon otu əkilmişdir. Bu yaşıllıq sahələrinə su xətləri çəkilmiş, damla üsulu ilə suvarma sistemləri quraşdırılmışdır.

       

                                                  Yol təsərrüfatına dəymiş ziyan

         Cari ilin 9 ayı ərzində 245 yol nəqliyyat hadisəsi baş vermişdir. Bunun nəticəsində dövlət büdcəsi hesabına quraşdırılmış  4506.1  p/m  təhlükəsizlik səddi, 1 ədəd işıq dirəyi, 1 ədəd metal informatik lövhə və  4  ədəd yol nişanı  yararsız hala düşmüş və dövlət büdcəsinə ümumilikdə  432 533.37 manat ziyan dəymişdir. Bunlardan  126  yol nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olduğu üçün , dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənilməsi üçün müvafiq sığorta şirkətlərinə ərizə ilə müraciət olunmuşdur. 50 yol nəqliyyat hadisəsi  törədilən  avtonəqliyyat  vasitəsinin icbari sığortası olmadığı üçün məhkəmə orqanlarına müraciət olunmuşdur. Baş vermiş    69     yol nəqliyyat hadisəsinin səbəbkarları məlum olmadığı  üçün həmin hadisələrin törədicilərinin  araşdırılaraq tapılması barədə  BDYPİ- nə məktubla müraciət olunmuşdur.

 

                                       2015-2016-cı illərin payız-qış mövsümünə

                                                         hazırlıq barədə

       

         2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıqla bağlı Cəmiyyətin 2015-ci il 3 sentyabr tarixli, 85 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planına  uyğun olaraq bütün idarə və müəəssisələrdə hazırliq işləri başa çatmaq üzrədir. Ümumilikdə payız-qış mövsümündə, xüsusi ilə qarlı-şaxtalı havalarda  avtomobil yollarınına, prospekt və küçələrə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər yol texnikası, maşın və mexanizmlər hazır vəziyyətə gətirilib.

       Ümumilikdə Bakı şəhərinin qış mövsümündə küçə və prospektlərinə xidmət məqsədi ilə 382 ədəd, respublika yollarına isə xidmət məqsədilə 659 ədəd yol texnikası, maşın və mexanizmlər saz vəziyyətə gətirilib. Sözügedən yol texnikası, maşın və mexanizmlərin yanacaqla təmin edilməsi məqsədi ilə lazımi miqdarda yanacaq-sürtgü materialları ehtiyyatı toplanır.

         Bundan başqa mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyyatının toplanması işləri də avam etdirilir. Bunun üçün  1500 ton texniki duz  alınmış və ilkin olaraq dağlıq ərazidə yerləşən və Bakı şəhər yollarına xidmət göstərən yol-istismar müəssisələrinə verilmişdir. Noyabr ayı ərzində də tələbata uyğun olaraq duz alınması davam etdiriləcəkdir.

        Payız-qış mövsümünə hazırlıq və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə “Azəryolsevis” ASC tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi,suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri davam etdirilir.