Az
      

                    2016-cı ilin 6 ayı ərzində “Azəravtoyol” ASC-nin yerinə yetirdiyi işlər

 

 

          2016-cı ilin birinci yarısı ərzində Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa dəstəyi, qayğısı nəticəsində respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilmiş və bu sahədə bir sıra nailiyyətlər əldə edilmişdir.

 

          Sözsüz ki, görülən işlər, həyata keçirilən irili, xırdalı bütün layihələr iqtisadiyyatımızın tərəqqisinə, o cümlədən, respublikamızın siyasi mövqeyinin dünya ölkələri arasında daha da gücləndirilməsinə xidmət edir.

 

          Avtomobil yol təsərrüfatı işçilərinin xahişıni nəzərə alaraq, 2016-cı ilin mart ayının 9-da Möhtərəm cənab Prezidentin imzaladığı 826 nömrəli Fərmana əsasən “Azəryolservis” ASC-nin adı dəyişdirilərək əvvəllər mövcud olmuş “Azəravtoyol”ASC adlandırılmış və Nazirlər Kabinetinin 2016-cı il 11 may tarixli 188 nömrəli sərəncamı ilə “Azəravtoyol”ASC-nin Nizamnaməsi və Strukturu təsdiq edilmişdir.

 

          Cənab Prezident tərəfindən imzalanan Fərmanda xüsusi olaraq vurğulanmışdır ki, “Azəravtoyol” ASC - Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirən Müvafiq İcra Hakimiyyəti Orqanının yaratdığı qurumdur.” Bununla da Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində Nəqliyyat Nazirliyinə verilmiş bütün səlahiyyətlər “Azəravtoyol” ASC –yə qaytarılmışdır.

 

          Bunun bariz nümunəsi olaraq, vaxtının məhdud olmasına, ölkə əhəmiyyətli məsələlərlə, beynəlxalq əhəmiyyətli görüş və tədbirlərlə məşğul olmasına baxmayaraq, Möhtərəm cənab Prezidentimiz İlham Əliyev 2016-cı ilin aprel ayının 19-da “Azəravtoyol” ASC-nin Binəqədi rayonunun Biləcəri qəsəbəsində tikilmiş yeni inzibati binasının açılışında iştirak etdi, inzibati binada yaradılan şəraitlə tanış oldu və kollektivə uğurlar arzuladı.

 

          Yeni strukturda Cəmiyyətin mövcud 110 qurumunun sayı azaldılaraq 96 qurumdan ibarət təsdiq edilmişdir. Bunlar:

 

7 ədəd Magistral Yolların İstismarı MMC (1-7 №-li ),

10 ədəd Bakı Yol İstismarı MMC-lər (1-10 №-li),

10 ədəd Xüsusi Təyinatlı Yol İstismarı MMC-lər (1 -10 №-li),

55 ədəd rayon Yol İstismarı MMC-lər (1 -55 №-li),

10 ədəd yaşıllaşdırma üzrə MMC-lər, ( Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC, Gəncə Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC,

8 ədəd Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-lər (1-8 nömrəli),

Avtomobil Yollarının Mühafizə Xidməti MMC,

“Azəryolelmitədqiqatlayihə” İnstitutu MMC,

Avtomobil Yollarının Rabitə və İşıqlandırılması MMC,

Körpülərin İstismarı və Təmiri Müəssisəsi MMC.

 

          2016-cı ilin birinci yarısı ərzində atmosfer yağıntılarından və tektonik proseslərdən avtomobil yolları təsərrüfatına, xüsusi ilə, Daşkəsən, Gədəbəy, Qazax, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Lerik, Şəki və digər rayonlarda xidmət etdiyimiz avtomobil yollarına daha çox ziyan dəymiş, Bakı - Şamaxı - Yevlax avtomobil yolunun Qobustan, Şamaxı rayonları ərazisindən keçən hissəsində, Ağsu dolaylarında, Muğanlı - İsmayıllı, Lənkəran - Lerik, Masallı – Yardımlı, Basqal-Sulut və digər avtomobil yollarında torpaq sürüşmələri daha kəskin olmuş, nəqliyyat vasitələrinin hərəkətində qısa müddətli problemlər yaransa da, görülən tədbirlər nəticəsində hərəkət təmin olunmuşdur.

 

          2016-cı ilin birinci yarısı ərzində uzunluğu 230,0 km olan avtomobil yolları, prospekt və küçələr yenidən qurulmuş və təmir olunmuşdur. O cümlədən :

- Respublika əhəmiyyətli - 135,7 km;

- Yerli əhəmiyyətli - 62,4km ;

- Bakı şəhər yolları - 31,9 km ;

 

          Ümumi isifadədə olan avtomobil yollarında 4 ədəd yeni avtomobil körpüsü tikilmiş, 4 ədədi isə təmir edilmişdir.

 

          2016-cı il aprel ayının 29-da Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin iştirakı ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax-115 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılış mərasimi keçirilmişdir.

 

          2016-cı ilin birinci yarım ili ərzində Yardımlı rayonu ərazisində Separadi-Teşkan avtomobil yolunun 3-cü km-də Viləş çayı üzərində, Lerik rayonu ərazisində Təbrizli kəndinə giriş avtomobil yolunun 1-ci km-də Lənkəran çayı üzərində, Astara rayonu ərazisində Siyakü – Şəmətük avtomobil yolunun 7- ci km-də Veravul çayı üzərində, Lənkəran rayonunda Mollaoba avtomobil yolunun 2-ci kilometrində Veravul çayı üzərində olan körpülərinin və Gəndob-Xaçmaz-Yalama Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də Qudyalçay üzərində yerləşən körpüdə barraj divarının tikintisi işləri öz gücümüzlə başa çatdırılmışdır.

 

          Daşkəsən rayonu ərazisində yağan aramsız yağışlar nəticəsində qəzalı vəziyyətə düşmüş Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu km-də yerləşən metal körpü, Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 33-cü km-də Toğana çayı üzərində yerləşən körpü bərpa olunmuş, Gəncə şəhəri Zazalı-İmamzadə kompleksinə gedən avtomobil yolunda dəmir yolu xətti üzərində yol ötürücüsünün yenidən qurulması başa çatdırılmışdır.

 

          Bərdə rayonu ərazisində, Əyricə və Yeni Əyricə kəndlərini birləşdirən, Tərtərçay üzərində yerləşən və uzun illər qəzalı vəziyyətdə olan dəmir konstruksiyalı 35 metr uzunluğunda avtomobil körpüsü də bərpa olunaraq 2016-cı ilin mart ayının 15-də “Azəravtoyol” ASC rəhbərliyinin, cəmiyyətin tabe qurumlarının və rayon İcra hakimiyyətinin nümayəndələrinin, həmçinin yerli sakinlərin iştirakı ilə açılış mərasimi keçirilmişdir.

 

          Xaçmaz rayonunda uzunluğu 2,5 km olan Ağyazı - Buduq kəndarası avtomobil yolunun tikintisi başa çatdırılmış və 2016-cı il aprel ayının 15-də “Azəravtoyol” ASC rəhbərliyinin, cəmiyyətin tabe qurumlarının və rayon İcra hakimiyyətinin nümayəndələrinin, həmçinin yerli sakinlərin iştirakı ilə açılış mərasimi keçirilmişdir. Ağyazı və Buduq kəndlərinə yeni avtomobil yolunun çəkilməsi ilə bu iki yaşayış məntəqəsinin 2 minə yaxın əhalisinin Quba-Xaçmaz avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunmuşdur.

 

          Hesabat dövrü ərzində Bakı Beynəlxalq Avtovağzalının Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna bitişik ərazisində baş vermiş sürüşmənin qarşısının alınması işləri də başa çatmaq üzrədir. Sürüşmə baş vermiş ərazidə, yamacda aparılmış bərkitmə işləri zamanı yuxarı hissədə hər birinin uzunluğu 16 metr, hündürlüyü 7 metr olan 5 seksiyadan ibarət istinad divarı inşa edilmişdir. Mövcud istinad divarları ilə köməkçi yol üzərində yerləşən istinad divarları arasındakı ərazidə 1200 millimetr diametrində və 33,5 metr dərinlikdə 50 ədəd svay vurulmuşdur. Ərazidə yerləşən avtobus dayanacağının qarşısından keçən köməkçi yol boyu və əsas yolun kənarlarında ineksiya işləri aparılmış, başqa sözlə desək yolun həmin hissələrində 20-30 metr dərinlikdə qazılmış 50-yədək quyuya təzyiq altında duru beton məhlulu vurulmuşdur. Bundan başqa yamacın aşağı hissəsinin bərkidilməsi istiqamətində də lazımi işlər görülmüş, hər birinin uzunluğu 16 metr olan 8 seksiyadan ibarət istinad divarları inşa edilmişdir. Ümumilikdə əraziyə 96 ədəd svay vurulmuşdur.

 

          Bakı şəhərində ümumi uzunluğu 31,9 kilometr, yol örtüyünün sahəsi 331,9 min m2 olan 26 adda avtomobil yolu, prospekt və küçə yenidən qurulmuş və təmir olunmuşdur. Bunlardan

          Binəqədi rayonu ərazisindəki Azadlıq prospektinin yenidən qurulması, Cəmşid Naxçıvanski küçəsinin təmiri, Nizami rayonunda Bəkir Çobanzadə, Naxçıvani, Yasamal rayonunda Əhməd Cəmil, Xiyabani, Xətai rayonunda İ. Zülfüqarov, Sadıqcan, Nərimanov rayonunda A. Heydərov, V. Mayakovski, Ə. Orucəliyev, Nəsimi rayonunda Hüseynbala Əliyev , Xəzər rayonunun Zirə qəsəbəsində Ağamalıoğlu, E. Babayev, Sərdarov, Suraxanı rayonunun Əmircan qəsəbəsində Səttar Bəhlulzadə, Qaradağ rayonunun Sahil qəsəbəsində Zahid Qasımov, EminQuliyev, Rövşən Rzayev, Lökbatan qəsəbəsində İntiqam Nəbiyev və 28 May, Səbail ayonunun Badamdar qəsəbəsində Ə. Nəzərov və s. küçələrin təmirini göstərmək olar.

 

          Bundan əlavə Bakı şəhərinin bütün inzibati rayonları ərazisində 157, 2 min m2 sahədə cari təmir işləri yerinə yetirilmişdir.

 

          Prezident İlham Əliyev 2016-cı ilin may ayının 4-də paytaxt Bakının Nizami rayonundakı Mikayıl Əliyev, Çobanzadə, Naxçıvani və Mehdi Abbasov küçələrində aparılan yenidənqurma işləri ilə tanış olmuş, öz dəyərli məsləhət və göstərişlərini vermişdir.

          Cari ilin 6 ayı ərzində ümumilikdə Cəmiyyət üzrə 465,4 min ton asfalt-beton istehsal edilmiş, 25,6 min ton bitum və 1,9 min ton mazut istifadə edilmişdir.

 

 

                  Kəndlərarası və Bakı ətrafı qəsəbələrarası avtomobil yolları barədə

 

 

          Prezident İlham Əliyevin birbaşa göstərişi ilə kəndlərarası avtomobil yollarının tikintisinin başa çatdırılması, Bakı şəhəri və qəsəbələrində avtomobil yollarının tikintisi və yenidən qurulmasının davam etdirilməsi 2016-cı ildən başlayaraq “Azəravtoyol” ASC-yə həvalə edilmişdir.

 

- 82 şəhər və rayon ərazisində 84 kəndlərarası avtomobil yolu layihəsinin tikintisi həyata keçirilməlidir;

- Tikiləcək və yenidən qurulacaq kəndlərarası avtomobil yolunun ümumi uzunluğu - 2101,2 km təşkil edir.

- Bu layihələrin həyata keçirilməsi, 1,6 milyon əhalinin yaşadığı 859 yaşayış məntəqəsinı əhatə edəcək, onların rahat avtomobil yollarından istifadə edərək tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi sürətlə, qısa vaxt ərzində xarab olmadan istədikləri ünvanlara çatdırmağa imkan verəcəkdir.

 

          Bakı şəhəri və Bakı ətrafı qəsəbələri üzrə 2016-ci il ərzində 721 min nəfər əhali yaşayan 49 yaşayış məntəqəsini əhatə edən ümumi uzunluğu 167,8 km təşkil edən 18 adda Bakı şəhər və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması və tikintisi nəzərdə tutulmuşdur.

 

          Möhtərəm cənab Prezidentimizin iştirakı ilə 2016-cı ilin iyun ayının 21-də Bakı şəhəri Sabunçu rayonunda Maştağa-Bilgəh avtomobil yolunun və Nardaran qəsəbəsindəki Abşeron və Nəsrullah Əsgərov küçələrinin yenidən qurulmasından sonra açılış mərasimi keçirilmişdir.

 

 

                                   Daxili İnvestisiya hesabına yerinə yetirilən işlər

 

 

          Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 may tarixli, 291s nömrəli sərəncamına əsasən müxtəlif yol layihələrinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitdən Bakı şəhəri və qəsəbələrində yerləşən (Qala-Pirallahı, Zığ-Hövsan, “Ağ şəhər”, 4-cü Qapı, Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə

yuyulmasının qarşısının alınması, yol üzərində avtomobil körpüsünün tikintisi və yol boyunca sahilbərkitmə işlərinin aparılması, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq Koroğlu metro stansiyaslna qədər yolun layihələndirilməsi və tikintisi layihəsi ilə əlaqədar xərclər (II mərhələ), Xocasən - Lökbatan avtomobil yolunun 11-19 km hissəsinin yenidən qurulması və. s), 100 milyon manatı isə regionlardakı avtomobil yolları və yol qurğularının tikintisinin davam etdirilməsinə yönəldilmişdir.

 

          Bundan başqa Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 132-192 km hissəsinin qalıq işlərinin tikintisi, Şamaxı - Göylər Çöl - Padar-Sabirabad avtomobil yolunun tikintisi (uzunluğu – 53 km), Quba-Qonaqkənd avtomobil yolunun tikintisi (uzunluğu -47 km, 9 ədəd körpü ilə birlikdə), R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası (uzunluğu-29 km), eləcədə kəndlərarası avtomobil yollarının tikintisi işləri davam etdirilmişdir.

 

 

 

                                 Xarici investisiya ilə maliyyələşdirilən layihələr

 

 

          Bu gün respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına iri miqyaslı layihələr həyata keçirilir.

 

 

          1. “Gəncə regionunda (Ağstafa – Poylu – Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda) (R-24) dörd ədəd körpünün layihələndirilməsi və tikintisi” layihəsi

 

          Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən bu layihə, Ağstafa rayonu ərazisində inşası planlaşdırılan ümumilikdə dörd ədəd körpünün tikintisini əhatə etməklə, 3 ədəd körpünün R-24 Ağstafa –Poylu- Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunda və 1 ədəd körpünün Y-05-08 Poylu-Düzqışlaq- Qazax yerli avtomobil yolunda inşasından ibarətdir.

          Tikinti işlərini Azərbaycan Respublikasının “Körpü-Bina-Tikinti” MMC və “Gəncə-Körpü-Tikinti-2” MMC şirkətlərinin yaratdığı konsorsium aparır, Məsləhətçi-İtaliyanın İRD Engineering şirkətidir.

          Körpülər aşağıdakı maneələr üzərində yerləşir: Kür çayı, Ağstafaçay, Acıdərəçay və dəmir yolu.

01.07.2016-cı il tarixinə yerinə yetirilmiş işlər -- 20.98 %

Gecikmə yoxdur.

 

 

          2. “Bakı – Şamaxı – Yevlax avtomobil yolunun (M-4) Bakı – Şamaxı avtomobil yolunun 4 zolağa genişləndirilməsi

 

          Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının Kredit Sazişinə əsasən Bakı – Şamaxı avtomobil yolunun 101 km uzunluğunda hissəsinin (km 15 -116) 4 zolağa genişləndirilməsi nəzərdə tutulur.

 

          Bakı – Şamaxı avtomobil yolunun 4 zolağa genişləndirilməsi 15 – 45 km, 45 – 67 km, 67 – 91 km, 91 – 107 km hissələri üzrə yerinə yetirilir.

 

          M-4 Bakı-Şamaxı 15-45 km avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi üzrə Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankı arasında Kredit Sazişi 2010-cu il 11 avqust tarixdə imzalanmışdır.

 

          Bakı-Şamaxı avtomobil yolunun 15-45 km hissəsinin tikintisini “Azərinşaatservis” şirkəti və tikintiyə texniki nəzarət işlərini Almaniyanın “Kocks” firması yerinə yetirir.

          Layihə üzrə faktiki fiziki tərəqqi 70,09% təşkil edir.

 

          Bakı – Şamaxı avtomobil yolunun km 44,6-67,5 hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi Dünya Bankının krediti hesabına maliyyələşdirilir. Yolun tikintisini Türkiyənin ”Polat Yol Yapı” şirkəti, tikintiyə texniki nəzarət işlərini Cənubi Koreyanın “Pyunghwa Engineering” firması yerinə yetirir.

 

          Hal-hazırda kommunikasiya xətlərinin köçürülməsi başa çatdırılmış, torpaq yatağının, yol geyiminin dənəvər laylarının, bitumlu əsas layının, suötürücü boruların, yeraltı keçidlərin, Ceyrankeçməz çayı üzərində birinci körpünün tikintisi işləri görülür. Layihə üzrə faktiki fiziki tərəqqi 58.26 % təşkil edir.

 

          Bakı – Şamaxı avtomobil yolunun km 67,5-91,0 hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi Dünya Bankının krediti hesabına maliyyələşdirilir. Yolun tikintisini Türkiyənin Polat Yol Yapı şirkəti, tikintiyə texniki nəzarət işlərini Cənubi Koreyanın “Pyunghwa Engineering” firması yerinə yetirir.

 

          23.5 km uzunluğunda yolun tikintisinə 2013-cü ilin dekabr ayının 5-də başlanılmışdır. Layihə üzrə faktiki fiziki tərəqqi 71,37% təşkil edir.

 

 

          3. Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun (R-18) Mingəçevir-Mingəçevir stansiyası Lot 1 16.48 km hissəsi –(km 0+000---km16+480)

 

          Avropa Yenidənqurma və İnkişaf Bankının kredit sazişi hesabına həyata keçirilən R-18 Mingəçevir – Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidənqurulması layihəsi 3 hissəyə bölünərək icra olunacaqdır:

Hissə-1 Mingəçevir-st.Mingəçevir 16.48 km (0-16.48).

Hissə 2 Qarağacı-Bəhramtəpə 111.9 km (26-137.9).

Hissə 3 Aran-Qarağacı 26.0 km (0-26)

          Podratçı Azərbaycanın “AzVirt “ MMC, məsləhətçi şirkət – Almaniyanın Kocks Consult GmbH şirkətidir.

 

          Layihə üzrə mobilizasiya işləri davam edir. Sahə tədqiqatları və ilkin topoqrafik ölçmə işləri aparılır. Sahə ofisi quraşdırılır. Mühəndis sahədə müvəqqəti ofislə təmin olunmuşdur.

          01.07.2016-cı il tarixinə yerinə yetirilmiş işlər - 5,66 %. Gecikmə yoxdur.

 

 

          4. M3 Ələt-Astara-Iran Respublikası ilə dövlət sərhədi avtomobil yolu layihəsi

 

          Mövcud yolun uzunluğu 243 km-dir, yeni trassa üzrə I dərəcəli 4 zolaqlı yolun uzunluğu 39 km azalmaqla 203.9 km olması nəzərdə tutulur. 31 km yolun tikintisi və Lənkərənçay üzərindəki körpünün tikintisi başa çatdırılmışdır. 172.9 km yolun tikintisi isə davam etdirilməkdədir.

 

          Layihə Asiya İnkişaf Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilir. Podratçılar Yenikənd – Salyan, 23.41 km ( km 31.0 – 54.41) hissəsi üzrə “Evrascon-AzVirt” birgə müəssisəsi, Şorsulu - Cəlilabad 30.1 km hissəsi (km 80+ 600 - 110+700) hissəsi üzrə Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət A.Ş” şirkətidir.

 

          Tikintiyə texniki nəzarət işlərini Almaniyanın “Kocks GmBH Consulting” firması yerinə yetirir.

 

 

                   Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər

 

 

          “Azəravtoyol” ASC-nin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasıdır.

 

          Bakı şəhərindən ölkəmizin şimal və şimali qərb hissəsinə çıxış və girişi təmin edən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yollarında ayrı-ayrı hissələrdə nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerlər mütəxəssislərimiz tərəfindən aşkar edilmiş və öz gücümüzlə bu maneələr aradan qaldırılmışdır.

 

          M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 km hissəsində, magistralın yaşayış məntəqələrindən keçən sahələrində piyadalar üçün 17,6 min m2 səki tikilmiş, 10,9 min pm səki daşları quraşdırılmış, avtobusların dayanması üçün “cib”lər tikilmiş, yağış sularının nizamlı axınını təmin etmək məqsədilə yolboyu lazım olan hissələrdə 490 pm yağış-kanalizasiya xətti tikilmişdir. Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədiilə sğzügedən hissədə ayirıcı zolaqda uzunluğu 9000m olan dəmirbeton təhlükəsizlik sədləri quraşdırılmış və xüsusi siqnal dirəkləri ilə təmin edilmişdir.

 

          Bakı şəhərinə girişdə 20 yanvar tunelinin yan yoluna “Şamaxinka” deyilən əraziyə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə daxil olmasını təmin etmək məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunun giriş hissəsində yerləşən torpaq təpəciyinin bir hissəsinin sökülməsi işləri aparılmışdır. Nəticədə yolun hərəkət hissəsi sözügedən hissədə 6-7metr enində genişləndirilib. Artıq avtonəqliyyat vasitələri manevr etmədən “Şamaxinka” deyilən əraziyə birbaşa daxil ola bilirlər. Bu isə həmin hissədə nəqliyyat vasitələrinin sıxlığının azalmasına müsbət təsir etmişdir.

 

          M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də (yerüstü piyada keçidinə çatmamış) yolun kənarında150 metr uzunluğunda, 15 m enində olan süni təpəciyin sökülməsi və yolun genişləndirilməsi işləri də başa çatdırılıb. Nəticədə magistralın bu hissəsində yol daha 3 hərəkət zolağı enində genişləndirilib.

 

          Yenə də M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu kilometrliyində yerləşən ( “Xırdalan” dairəsi yaxınlığında) mövcud yerüstü piyada keçidinin dayaqları sökülərək keçidin 7 m uzadılması işləri başa çatıb. Bunun nəticəsində həmin hissədə yol 7 metr genişlənib, yolun hərəkət hissəsi isə əlavə 2 hərəkət zolağı enində genişləndirilərək 5 hərəkət zolağına çatdırılıb.

 

          Magistralın 6-cı km-dən Xırdalan tunelinədək (11-ci km) yolun ayırıcı zolağında olan metal təhlükəsizlik sədləri daha təhlükəsiz və alt hissəsində ”təkərqaytaran” maili elementi olan hündürlüyü 87 sm olan dəmir-beton sədlərlə əvəz edilmişdir.

 

          Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 17-ci kilometrliyində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 250 metr uzunluğunda, 12,5 metr enində yeni geriyə dönmə yol qovşağı tikilmişdir.

 

          2016-ci ilin 6 ayı ərzində 1752 ədəd yol nişanları, 228 ədəd məlumatverici lövhə, 7 507 ədəd siqnal dirəkləri, 2937 ədəd siqnal bayraqları, 18 077 p.m əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş, 425.8 min m2 həcmində yolların xətlənməsi işləri yerinə yetirilmişdiir

 

          Görülən tədbirlərə baxmayaraq, 2016-cı ilin 6 ayı ərzində Respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 301 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4082.75 p/m əyrixətli tirlər, 10 ədəd işıq dirəyi, 12 p/m səsboğucu qurğu, 18 ədəd dəmir-beton sədlər, 98 p/m qoruyucu metal çəpər, 20 p/m körpü məhəccəri, 9 p/m istinad divarı və 11 ədəd yol nişanı yararsız hala düşmüşdür. Ümümilikdə yol təsərrüfatına 321 996.25 manat məbləğində maddi ziyan dəymiş bundan 142 599.31 manat ödənilmişdir.

 

          “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanın icrası olaraq “Azəravtoyol” ASC tərəfindən elektron xidmət bölməsi yaradılmış və istifadəyə verilmişdir.

 

 

                                                         Ekologiya və yaşıllaşdırma

 

 

          “Azəravtoyol” ASC-nin Yol Yaşıllaşdırma Məhdud Məsuliyyətli Cəmiyyətləri 1551 km magistral avtomobil yolunun, 1829 km isə respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3380 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərir.

 

          Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 194 987 ədəd, o cümlədən 956 638 ədəd çoxillik ağac mövcuddur.

 

          2016-cı ilin yanvar-iyun aylarında avtomobil yollarının təhkim zolağında 97 532 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilmişdir.

 

vYol Yaşıllaşdırma MMC-ləri tərəfindən 8,9 hektar ərazidə yaradılmış 7 tinglik sahəsində 86 730 ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün i

stifadə edilmişdir. Hal-hazırda bu tinglik sahələrində 91920 ədəd ağac və kol bitkisi yetişdirilir.

          Yol Yaşıllaşdırma MMC-ləri Bakı şəhərində 95,9 hektar yaşıllıq sahəsinə, o cümlədən 13,5 hektar qazon sahəsinə, 96786 ədəd müxtəlif növ ağac və kol bitkisinə xidmət göstərirlər. Bu yaşıllıq sahələrinə su xəttləri çəkilmiş, damla üsulu ilə suvarma sistemləri quraşdırılmışdır.

 

 

                Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edilməsi

                                                                 vəziyyəti barədə

 

 

          Bütün işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması barədə “Qala-Həyat” Sığorta Şirkəti ASC ilə müqavilə bağlanmışdır və müqavilə şərtlərinə əməl edilir.