Az    |     En
      

                                                                                                              “Azəravtoyol” ASC-nin sədri 

                                                                                                                    cənab Saleh Məmmədova

                                                                                                    İsmayıllı rayon ictimaiyyəti adından

 

 

          Hörmətli Saleh müəllim!

 

          Yaxşı bilirik ki, cənab Prezident İlham Əliyevin sərəncam, tapşırıq və göstərişlərinin məsuliyyətlə yerinə yetirilməsində, Azərbaycanda yol infrastrukturunun müasir tələblərə uyğun yaradılmasında,ölkə vətəndaşlarının həyatına rahatlıq gətirilməsinə rəhbərlik etdiyiniz Səhmdar Cəmiyyətin böyük xidmətləri vardır. Bu varlığı biz bu günlərdə daha yaxından görməyə başlamışıq. Çoxdan arzusunda olduğumuz. Müxtəlif qəbullarda xahiş etdiyimiz İsmayıllı-Qaraməryəm yolunun yenidən çəkilməsi layihəsinin icrasına başlanıb. Yeni layihə İsmayıllı şəhərinin Əbülhəsən Ələkbərzadə adına olan ən böyük küçəni də əhatə edir. 26 kilometrlik İsmayıllı –Qaraməryəm yolu rayonumuzda 50 illərin abadlığını, rahatlığını gətirəcək. Rayonun Ağsu, Göyçay və Ucar istiqamətli kəndləri Sizin əsası xeyirxahlıqla qoyulmuş layihənizdən daha çox xeyir tapacaqlar.

          Çox sağolun ki, ölkə rəhbərinin tapşırığına belə məsuliyyətlə yanaşaraq İsmayıllı-Qaramryəm yolunu çəkməklə bölgəmizə və onu əhatə edən rayonlara yeni mədəniyyət, iqtisadi səmərəlilik, həyat rahatlığı gətirirsiniz.

          Bu rahatlığa qovuşacaq İsamyıllı sakinlərinin üzərinə düşən vəzifə isə Sizin kimi qayğıkeş və məsuliyyətli rəhbər işçiyə təşəkkür etməkdən ibarətdir.

 

          Çox sağ olun!

 

Hörmət və ehtiramla,

İsmayıllı rayon ictimaiyyəti adından:

 

Əzizə Vahabova                 Səkinə Məmmədova

Ramil Məmmədov             Pərviz Ağayev

Fuad Bəşirov                    Valeh Salehov

İnqilab Həsənov               Sərdar Yəhyayev

Urmuz Bayramov             Çingiz Muradlı

 

18 aprel 2016-cı il