Az    |     Ru    |     En
      

                                                                       “ Azəravtoyol “ Açıq Səhmdar Cəmiyyətinin sədri

                                                                                                                Cənab Saleh Məmmədova

                                                  “TOUR D AZERBAIDJAN” beynəlxalq velosiped turu haqqında

 

 

          Hörmətli Saleh müəllim!

 

          2016-ci il may ayının 4-dən 8-dək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Bakı və Sumqayıt şəhərləri, Abşeron ,Qobustan ,Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə 5 mərhələdən ibarət olan “TOUR D AZERBAIDJAN” beynəlxalq velosiped turu keçirilmişdir.

          Veloturda 18 ölkəni – Almaniya, ABŞ, İtaliya, İsveçrə, Rusiya, Avstraliya, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Kuveyt ,Slovakiya, Malayziya ,İsrail, Portuqaliya, Latvia, Estoniya, Qazaxıstan, Avstriya və Azərbaycanı təmsil edən 21 komanda, bütövlükdə 560 nəfərdən çox iştirakçı və qonaq, o cümlədən Avropa Velosipedçilər İttifaqinin rəhbər vəzifəli şəxsləri, dünyanın tanınmış velosipedçiləri iştirak etmişlər.

          Bu mötəbər yarışda ölkəmizi təmsil edən “Synergy Baku” komandası 5 mərhələdən ikisində və komanda hesabında 1 yeri tutmuşdur.

          Velotur yerli və xarici kütləvi informasiya vasitələrində, o cümlədən ölkəmizin “İdman Azərbaycan” və “CBC-Sport” televiziya kanallarında geniş işıqlandırılmış, planetin nüfuzlu “Eurosport” kanalı isə 5 gün dalbadal hər mərhələdən sonra 1 saat 15 dəqiqəlik, habelə may ayının 9-da 1 saatlıq icmal verlişlərini bütün dünyaya yaymışdir.

 

          Hörmətli Saleh müəllim!

          “TOUR D AZERBAIDJAN” beynəlxalq velosiped turunun keçirilməsində göstərilən köməkliyə görə şəxsən Sizə və rəhbərlik etdiyiniz qurumun  kollektivinə dərin minnətdarlığımı bildirirəm

 

Hörmətlə,

Azərbaycan Velosiped İdmanı Federasiyasının

Prezidenti ,vergilər naziri                                                                                       Fazil Məmmədov

 

18 may 2016-cı il

 

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin