Az    |     En
      

                                                                                                              “Azeravtoyol” ASC-nin sədri

                                                                                                                  Cənab Saleh Məmmədova

 

 

 

          Hörmətli Cənab sədr!

       

          İmişli rayon ictimaiyyəti adından sizi salamlayır və bildirmək istəyirik ki, son illər doğma Azərbaycanımızın inkişafı naminə gördüyünüz bütün işləri alqışlayırıq.

          İmişli şəhərinin mərkəzindən keçən 8 km uzunluğunda ”Azəravtoyol”ASC-nin balansında olan Heydər Əliyev prospektinin çox ciddi təmirə  ehtiyacı var idi.

          Sizin, yolların təmiri ilə bağlı vermiş olduğunuz tapşırığa  əsasən bir neçə gündür ki, artıq Heydər Əliyev prospektinin  təmirinə başlanılıb. Biz İmişli sakinlərinin  sevincinin həddi hüdudu  yoxdur.

          Cənab sədr!

          Azərbaycan üçün gördüyünüz bütün işlərə və eyni zamanda şəhərimizin Heydər Əliyev prospektinin təmirinə görə İmişli İctimayyəti adından sizə dərin minnətdarlığımızı bildiririk.

 

Allah Sizi qorusun!

 

5 may 2016-cı il

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin