Az    |     Ru    |     En
      

“Azəravtoyol” ASC

31.12.2016-cı il tarixinə konsolidə olunmuş maliyyə hesabatları

və Müstəqil Auditor Hesabatı

 

 

MALİYYƏ HESABATLARININ (KONSOLİDƏ OLUNMUŞ) HAZIRLANMASI VƏ TƏSDİQ  EDİLMƏSİ ÜZRƏ RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI

 

31 DEKABR 2016-CI İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

 

Müstəqil auditor hesabatında şərh edilən müstəqil auditorların məsuliyyətinə uyğun oxunmalı olan bu hesabat "Azəravtoyol" ASC-nin maliyyə hesabatları ilə bağlı rəhbərliyin müvafiq məsuliyyətini müstəqil auditorların məsuliyyətindən fərqləndirmək məqsədilə hazırlanmışdır.

 

Rəhbərlik "Azəravtoyol" ASC-nin 31 dekabr 2016-cı il tarixinə maliyyə vəziyyətini, əməliyyatlarının nəticələrini və həmin tarixdə başa çatmış il üzrə pul vəsaitlərinin hərəkətini, kapitalda dəyişikliklər hesabatını düzgün və mövcud qanunvericiliyə müvafiq qaydada əks etdirən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

 

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıdakılar üzrə məsuliyyət daşıyır :

 

  • Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi
  • Məntiqli və məqsədəuyğun təxminlərin və qərarların qəbul edilməsi
  • Mövcud qanunvericiliyə uyğunluğun bəyan edilməsi və əgər əhəmiyyətli kənarlaşmalar varsa, bu halların maliyyə hesabatlarında açıqlanması və izah edilməsi
  • Əgər yaxın gələcəkdə "Azəravtoyol" ASC işini normal şərtlər altında davam etdirəcəksə, hesabat tarixinə maliyyə hesabatlarının daimlik prinsipi əsasında hazırlanması.

 

Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır :

 

  • "Azəravtoyol" ASC-nin daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənib hazırlanması, qurulması və möhkəmləndirilməsi
  • "Azəravtoyol" ASC-nin maliyyə hesabatlarının mövcud qanunvericiliyə uyğun oalaraq düzgün hazırlanması və "Azəravtoyol" ASC-nin  maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi
  • Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi
  • Mümkün imkanlardan istifadə edərək "Azəravtoyol" ASC-nin aktivtərinin mühafizə edilməsinin təşkil olunması 
  • Saxtakarlıq, yanlışlıq və  digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması .

 

                                      

  “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti

 

                               UÇOT SİYASƏTİ VƏ MALİYYƏ HESABATLARINA QEYDLƏR

                                                                 (konsolidə edilmiş) 

               

             31 декабр 2016-cı il tarixində başa çatmış il üzrə

 

 

    МÜƏSSİSƏ HAQQINDA MƏLUMAT

 

            “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) "Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamına, "Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 28 dekabr tarixli 1659 nömrəli Sərəncamına və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 826 nömrəli Fərmanına əsasən fəaliyyət göstərən qurumdur.       

         “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.05.2016-cı il tarixli 188 №-li Qərarıi ilə təsdiq edilmişdir.

        “Azəravtoyol” ASC  vahid  99000013141 №-li VÖEN-li vergi ödəyicisidir.

          -    Əsas fəaliyyət növü:           Avtomobil yollarının saxlanılması, tikintisi və təmiri

          -    Mülkiyyət növü:                 Dövlət mülkiyyəti

          -    Təşkilatı-hüquqi forması:    Dövlət müəssisəsi

          -    Tabeçiliyi:                           Nazirlər Kabineti

          -    Hüquqi ünvan: AZ1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 2025-ci məhəllə.

        “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti  tabeçiliyində olan 100 struktur vahidləri tərəfindən tərtib edilmiş ilk balanslar əsasında toplu maliyyə hesabatları təqdim edir.

          Cəmiyyətin əsas məqsədləri Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmətlərin göstərilməsindən, balansına verilmiş avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, tikilməsindən, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsindən ibarətdir.

         Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə aşağıdakı şəxslər cavabdehdirlər:

  • “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri:  Saleh Ərşad oğlu Məmmədov
  •   Maliyyə İdarəsinin  rəisi:  Müseyib Mürsəl oğlu Həmzəyev

 

 

     TƏQDİMATIN ƏSASI

 

Мüəssisə mühasibat yazılaşlarını Azərbaycan Respublikasının mühasibat uçotu qaydaları əsasında aparır.

Maliyyə hesabatlarının hazırlanmasında hesabat tarixinə aktiv və öhdəliklərin qeyd olunmuş məbləğlərinə və hesabat dövründə gəlir və xərclərin qeydə alınmış məbləğlərinə təsir edə biləcək hesablamalardan istifadə olunur.

 

 

ƏMƏLIYYAT VALYUTASI

 

Təqdim olunan maliyyə hesabatlarında əməliyyat valyutası Azərbaycan Manatıdır (“AZN”)

 

UÇOT SİYASƏTLƏRİ

 

Aşağıdakı uçot siyasətləri əsaslı surətdə əhəmiyyətli olan maddələrə müvafiq olaraq müəssisənin maliyyə hesabatlarında tətbiq edilmişdir.

 

 

UÇOT METODU

 

             “Azəravtoyol” ASC  üzrə mühasibat uçotu Maliyyə Nazirliyinin  15 sentyabr 1995-ci il tarixli İ-80 saylı əmri ilə təsdiq edilmiş “Müəssisələrin illik mühasibat hesabatları və onun tətbiqi qaydaları” və “Müəssisələrin  mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat” əsasında aparılır.

Maliyyə hesabatları ilkin мühасибат sənədləri əsasında hazırlanmışdır.

 

 

TORPAQ, TIKILI, AVADANLIQ VƏ AMORTIZASIYA

 

Aktiv kimi tanına bilən torpaq, tikili və avadanlıq obyekti əldə olunan zaman ilkin dəyəri əsasında tanınır. “İlkin dəyər” ödənilmiş pul və ya pul ekvivalentlərinin məbləğinə və ya ödənilmiş hər hansı digər əvəzləşdirmənin ədalətli dəyərinə bərabərdir. Əsas vəsaitlər yığılmış köhnəlmə və hər hansı qiymətdən düşmə zərəri çıxılmaqla ilkin dəyərlə tanınır (“ilkin dəyər modeli”). Torpaq istisna olmaqla əsas vəsaitlərin köhnəlməsi “azalan qalıq metodu” əsasında aktivlərin illik köhnəlmə dərəcələrini istifadə etməklə hesablanır :

           Binalar və tikililər                                                           7 %

           Maşın və avadanlıqla                                                    25 %

           Nəqliyyat vasitələri                                                       25 %

           Digər aktivlər                                                                20 %

Hər bir maliyyə ilinin sonunda aktivlərin qiymətdən düşmə zərərini müəyyən etmək üçün ilkin dəyərə əsaslanan balans dəyəri ilə bərpa oluna bilən dəyəri müqayisə edilir. Əgər balans dəyəri bərpa oluna bilən dəyərindən əhəmiyyətli dərəcədə atrıq olarsa, bu iki dəyər arasındakı fərq mənfəət və zərər haqqında hesabatda xərc kimi göstərilməklə balans dəyəri bərpa oluna bilən dəyərə qədər silinir.

        “Azəravtoyol” ASC- nin  əsas vəsaitlərinin balans dəyəri ilə hərəkəti aşağıdakı kimidir:

 

 

01.01.2016-cı ilə balans dəyəri

Mədaxil

Məxaric

31.12.2016-cı ilə balans dəyəri

Binalar

22871511,92

756811,15

87072,00

23541251,07

Qurğular

385522565,34

5209707,27

4076094,77

386656177,84

Ötürücü qurğular

40919629,00

186911192,67

8059581,90

219771239,77

04-Maşın və avadanlıqlar

102864878,01

10846200,15

8238373,98

105472704,18

05-Nəqliyyat vasitələri

135315434,30

10151045,68

11820842,84

133645637,14

06-İşalətləri,istehsal və təsər inventarları

3818781,23

80606,70

1784727,00

2114660,93

07-Çoxillik əkmələr

1944003,10

298733,22

260279,20

1982457,12

08-Digər növ əsas vəsaitlər

1798620,51

432097,47

210024,17

2020693,81

Cəmi:

695055423,41

214686394,31

34536995,86

875204821,86

     

      “Azəravtoyol” ASC- nin  əsas vəsaitlərinin qalıq dəyəri ilə hərəkəti aşağıdakı kimidir:

 

 

01.01.2016-cı ilə qalıq dəyəri

2016-cı ilə Amortizasiya

Cəmi Amortizasiya

31.12.2016-cı ilə qalıq dəyəri

01-Binalar

20384360,92

2487151,00

2712998,00

20828253,07

02-Qurğular

260141924,09

125380641,25

130297868,33

256358309,51

03-Ötürücü qurğular

24689721,75

16229907,25

18475384,00

201295855,77

04-Maşın və avadanlıqlar

44216671,48

58648206,53

64045274,50

41427429,68

05-Nəqliyyat vasitələri

75486575,73

59828858,57

69286073,39

64359563,75

06-İşalətləri,istehsal və təsər inventarları

2640461,60

1178319,63

1380333,10

734327,83

07-Çoxillik əkmələr

1552402,65

391600,45

435340,60

1547116,52

08-Digər növ əsas vəsaitlər

1238896,41

559724,10

631669,00

1389024,81

Cəmi:

430351014,63

264704408,78

287264940,92

587939880,94

 

        “Azəravtoyol” ASC-nin balansında olan əsas vəsaitlərin 01.12.2016-cı il tarixinə inventarizasiyası aparılmışdır.  Əsas vəsaitlərin uçotu, hərəkəti, silinməsi müvafiq qaydada normativ sənədlərin tələblərinə uyğun olaraq təşkil olunmuşdur.

 

 

     QEYRİ-MADDİ AKTİVLƏR

 

        Qeyri-maddi aktivlərin tanınması onların ilkin dəyəri əsasında aparılır. İdarə ilkin tanınmadan sonra qeyri-maddi aktivi amortizasiya çıxılmaqla ilkin dəyər ilə uçota alır (“ilkin dəyər modeli”). Qeyd etmək lazımdır ki, faydalı müddətinə malik qeyri-maddi aktivlər amortizasiya oluna bilərlər, Faydalı istifadə müddətləri qeyri-müəyyən olan qeyri-maddi aktivlər isə amortizasiya oluna bilməzlər. İdarə faydalı istifadə müddətinə malik qeyri-maddi aktivlərə qanunvericiliklə müəyyən edilmiş amortizasiya hesablayır.

       “Azəravtoyol” ASC- nin  qeyri-maddi aktivlərinin hərəkəti aşağıdakı kimidir:

 

 Qeyri maddi aktivlər

   
 
 

1 yanvar 2016-cı il
 tarixə ilkin dəyəri

16 113,00

 

Yığılmış amortizasiya

11 924,80

 

1 yanvar 2016-cı il
 tarixə qalıq dəyəri

4 188,20

 

Daxilolmalar

67 828,66

 

Xaricolmalar

16 113,00

 

Amortizasiya  hesablamaları

 

 

Yenidən qiymətləndirmə

 

 

Silinmənin  amortizasiyası

11 924,80

 

31 dekabr 2016-cı il
 tarixə ilkin dəyəri

67 828,66

 

Yığılmış amortizasiya

0,00

 

31 dekabr 2016-cı il
 tarixə qalıq dəyəri

67 828,66

 

 

 

 

EHTİYYATLAR (ƏMTƏƏ VƏ MATERİAL QİYMƏTLİLƏRİ)

 

          Ehtiyatlar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha az olan dəyərlə qiymətləndirirlər. Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə (FİFO metodu) hesablanır. Hazır məhsulun və bitməmiş istehsalın maya dəyərinə xammal və material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir.

   “Azəravtoyol” ASC-nin  material ehtiyatlarınin  hərəkəti aşağıdakı kimidir:

           

 

01.01.2016-cı ilə  dəyəri

Mədaxil

Məxaric

31.12.2016-cı ilə dəyəri

Material ehtiyatları

30508766,59

273731377,59

243374239,10

60865905,08

Cəmi:

30508766,59

273731377,59

243374239,10

60865905,08

 

   “Azəravtoyol” ASC-nin   azqiymətli əşyalarının hərəkəti aşağıdakı kimidir:

 

 

01.01.2016-cı ilə balans dəyəri

Mədaxil

Məxaric

31.12.2016-cı ilə balans dəyəri

01.01.2016-cı ilə qalıq dəyəri

31.12.2016-cı ilə qalıq dəyəri

 

Azqiymətli əşyalar

3138770,71

30129,10

495738,87

2673160,94

2582342,24

2367260,04

Cəmi:

3138770,71

30129,10

495738,87

2673160,94

2582342,24

2367260,04

                       

 

              Hesabat ilində azqiymətli əşyalar üzrə silinmə 305900,90 manat olmuşdur.

 

 

   PUL VƏSAİTLƏRİ, BANK VƏ KASSA ƏMƏLİYYATLARI                  

 

Pul vəsaitləri – nağd pul vəsaitləri, bank hesablarında saxlanılan və tələblər üzrə verilən pul vəsaitləridir.

        “Azəravtoyol” ASC  aşağıdakı cədvəldə göstərilən banklarda hesablaşma hesabı və valyuta hesabı açmaqla bank əməliyyatlarını həyata keçirir.

         “Azəravtoyol” ASC -nin bank və xəzinə hesabları aşağıdakı kimidir:

 

Bankın adı

Hesab nömrəsi

Valyuta növü

DƏMİRBANK ASC-NİN MƏRKƏZ FİLİALI

AZ73AZER000024581036EUR40130

EUR

"UNİBANK KOMMERSİYA BANKI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

AZ76UBAZ01007947240160USD001

USD

"BANK TECHİQUE" AÇIQ SƏMDAR CƏMİYYƏTİ

33160356440001

USD

"BANK TECHİQUE" AÇIQ SƏMDAR CƏMİYYƏTİ

33060356440001

AZN

"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

AZ20IBAZ38190018409330331120

USD

BEYNƏLXALQ SKB-NIN NƏQLİYYAT FİLİALI

AZ62IBAZ380050109449345490205

AZN

BEYNƏLXALQ SKB-NIN NƏQLİYYAT FİLİALI

AZ52IBAZ38150108409345490205

USD

"KAPİTAL BANK" ASC-NİN RABİTƏ FİLİALI

38060029441802833118

AZN

KAPİTAL BANK SB-IN BAKI ŞƏHƏR FİLİALI

32010029441020203102

AZN

DƏMİRBANK ASC-NİN MƏRKƏZ FİLİALI

AZ81AZER000017110091AZN40030

AZN

KAPİTAL BANK SB-IN BAKI ŞƏHƏR FİLİALI

32110028401020203102

USD

DƏMİRBANK ASC-NİN MƏRKƏZ FİLİALI

17110372-USD-3816-6

USD

KAPİTAL BANK SB-IN BAKI ŞƏHƏR FİLİALI

32110018401020203102

USD

KAPİTAL BANK SB-IN BAKI ŞƏHƏR FİLİALI

32010019441020203102

AZN

BEYNƏLXALQ SKB-NIN NƏQLİYYAT FİLİALI

AZ06IBAZ38150078409345490205

USD

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ11İBAZ38150018409345490205

USD

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ28İBAZ38150018109345490205

RUR

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ21İBAZ38050019449345490205

AZN

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ16İBAZ38050079449345490205

AZN

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ88İBAZ38150019789345490205

EUR

Dəmirbank ASC-nin Mərkəz Filialı

AZ76AZER000039136578AZN40030

AZN

Kapital Bank ASC-nin Rabitə Filialı

AZ11AİİB33070019441801833118

AZN

Kapital Bank ASC-nin Rabitə Filialı

AZ98AİİB33170018401801833118

USD

Kapital Bank ASC-nin Rabitə Filialı

AZ91AİİB33070029441801833118

AZN

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

11306019449345490205

AZN

Paşa Bank Açıq Səhmdar Cəmiyyəti

AZ72PAHA00000000000010007491

USD

Kapital Bank ASC-nin Rabitə Filialı

18160018401801833118

USD

Kapital Bank ASC-nin Rabitə Filialı

32110018401801833118

USD

Kapital Bank ASC-nin Rabitə Filialı

32010019441801833118

AZN

Kapital Bank ASC-nin Rabitə Filialı

18060019441801833118

AZN

Kapital Bank ASC-nin Rabitə Filialı

AZ81AİİB33170028401801833118

USD

Kapital Bank ASC-nin Rabitə Filialı

Az64AİİB33170038401801833118

USD

Bank of Azerbaijan ASC

AZ11AZEJ00100186610004R38150

RUR

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ91İBAZ38150028409345490205

USD

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ84İBAZ38050039449345490205

AZN

Kapital Bank ASC-nin Rabitə Filialı

AZ03İBAZ38150069789345490205

EUR

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ83İBAZ38150079789345490205

EUR

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

Az23İBAZ38150068409345490205

USD

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ33İBAZ38050069449345490205

AZN

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ04İBAZ38050029449345490205

AZN

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

AZ86IBAZ38150088409345490205

USD

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

AZ96IBAZ38050089449345490205

AZN

"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC

AZ30IBAZ38090019449330331120

AZN

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

38160018401801833118

USD

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

38160019781801833118

EUR

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

32110018401801774118

USD

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

32110019781801774118

EUR

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

AZ40IBAZ38150058409345490205

USD

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

11316018409345490205

USD

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

38060019441801833118

AZN

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

AZ79IBAZ38050099449345490205

AZN

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

AZ50IBAZ38050059449345490205

AZN

"AZƏR-TÜRK BANK" ASC

AZ86AZRT00034225ATB001C00001

AZN

"AZƏR-TÜRK BANK" ASC

AZ44AZRT00034225ATB002C00002

USD

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

AZ74AIIB33070039441801833118

AZN

"BANK OF AZERBAİJAN"ASC

AZ26AZEJ00100186610002U38150

USD

"BANK OF AZERBAİJAN"ASC

AZ35AZEJ0010018660007A38050

AZN

"PAŞA BANK"ASC

AZ72PAHA00000000000010007491

AZN

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

32010019441801774118

AZN

DƏMİRBANK ASC MƏRKƏZ FİL.

AZ52AZER000046821858AZN40030

AZN

"BANK OF AZERBAİJAN"ASC

AZ91AZEJ001001186610003E38150

EUR

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

AZ69IBAZ38150098409345490205

USD

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

38160018101801833118

RUR

"UNİBANK KOMMERSİYA
 BANKI"ASC

AZ39UBAZ01007947240060AZN001

AZN

7 saylı Xəzinədarlıq İdarəsi

8187701

AZN

7 saylı Xəzinədarlıq İdarəsi

5357702

AZN

7 saylı Xəzinədarlıq İdarəsi

2207702

AZN

         Qeyd: Cəmi 9 bankda 67 cari hesab mövcuddur.                  

        "O cümlədən:  USD ilə 25 hesabda, EUR ilə 7 hesabda, RUR ilə 3 hesabda və AZN 32 hesabda"             

        “Azəravtoyol” ASC-nin funksional valyutası AZN-dir. Cəmiyyətin gəlir, xərc, alınmış avadanlıq, mal-material ehtiyatları və öhdəliklərinin qiymətləndirilməsi, çəkilməsi, ödənilməsi və ya digər yolla ölçülməsi AZN ilə həyata keçirilir.

         Xarici valyuta ilə aparılmış əməliyyatlar ilkin olaraq əməliyyat tarixində qüvvədə olan müvafiq məzənnələri istifadə etməklə AZN ilə qeydə alınır.

       “Azəravtoyol” ASC-nin  pul vəsaitlərinin hərəkəti  və onların   ekvivalentlərinin ilin sonuna qalığı aşağıdakı kimi olmuşdur:

 

Pul vəsaitləri

01.01.2016-cı ilə qalıq

Mədaxil

Məxaric

31.12.2016-cı ilə qalıq

Kassada pul vəsaiti

4017141,57

3465088,85

7399574,72

82655,70

Bank hesablarında manat

4948288,91

835278870,47

830084310,60

10142848,78

Bank hesablarında valyuta

17771698,13

82435644,15

87848314,89

12359027,39

Sair pul vəsaitləri

77603,94

633727,00

42518,24

668812,70

Cəmi

26814732,55

921813330,47

925374718,45

23253344,57

 

 

 

                                        QURAŞDİRİLASI AVADANLIQLAR

 

       “Azəravtoyol” ASC-nin  01.01.2016-cı il tarixinə  Quraşdırılası avadanlıqlar üzrə qalıq  136937293,00 manat olmuşdur. 31.12.2016-cı il tarixinə Quraşdırılası avadanlıqlar üzrə qalıq  140838,00 manat olmuşdur.

 

                                               

                                BAŞA ÇATDIRILMAYAN KAPİTAL QOYULUŞLARI

 

      “Azəravtoyol” ASC-nin  01.01.2016-cı il tarixə Başa çatdırılmayan kapital qoyuluşları üzrə qalıq  6677020150,97 manat olmuşdur. Hesabat ilinin sonuna Başa çatdırılmayan kapital qoyuluşları üzrə  qalıq  7394428203,36 manat olmuşdur.

 

 

                                               BİTMİŞ İSTEHSAL

 

“Azəravtoyol” ASC-nin  01.01.2016-cı il tarixə Bitmiş istehsal üzrə qalıq  14580,00 manat olmuşdur. Hesabat ilinin sonuna isə  qalıq  31720,63 manat olmuşdur.

 

                          

                                           SAİR  DÖVRİ  AKTİVLƏR

 

 “Azəravtoyol” ASC-nin  31.12.2016-cı il tarixə Sair dövri aktivlər üzrə qalıq  68868977,59  manat olmuşdur. Hesabat ilinin sonuna isə  qalıq  olmamışdır.

 

 

            MALİYYƏLƏŞDİRMƏ MƏNBƏƏLƏRİ VƏ SMETA XƏRCLƏRİNİN İCRASI

 

         “Azəravtoyol” ASC-nin  Dövlət büdcəsindən Avtomobil yollarının saxlanılması, tikintisi və təmiri üçün ayrılmış pul vəsaitinin öz təyinatına uyğun xərclənməsini həyata keçirir. 2016-cı ilin əvvəlinə Büdcədən məqsədli maliyyələşmə  və daxilolmalar üzrə qalıq olmamış, il ərzində mədaxil 521463028,72   manat olmuş,  518314767,31 manat vəsait xərclənmiş və ilin sonuna qalıq 3148261.41 manat olmuşdur. Dövlət büdcəsindən ayrılan vəsaitlər  dövlət xəzinədarlığinda olan hesab üzrə icra edilir. Xəzinə hesabı üzrə xərclərin icrası müvafiq sənədləşmələr (öhdəlik, MAS, sifariş) əsasında həyata keçirilmiş, dövrlər üzrə müvafiq üzləşmələr aparılmışdır.

 

 

              İŞÇİ HEYƏTİ İLƏ BAĞLI XƏRCLƏR VƏ AİDİYYATI AYIRMALAR.

 

          Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq Cəmiyyət işçilərin əmək  haqqlarindan məcburi sosial sığorta haqları tutur və onların Dövlət Sosial Müdafiə Fonduna köçürülür. Bundan əlavə bu tip təqaüd sistemi işəgötürən tərəfindən işçilərin əmək haqqı fondunun müəyyən faizi kimi Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqları ayırmlarını nəzərdə tutur.Təqaüdə çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər Dövlət Sosial Fondu tərəfindən yerinə yetirilir.Müəssisə Dövlət Sosial Müdafiə Fondunun qaydalarından əlavə ümumi əmək haqqı ödənişlərinin faizi kimi hesablanmış işçilər tərəfindən cari yardımları tələb edən pensiya ilə bağlı hər hansı,fərdi qadalara malik deyildir. Bundan başqa, Cəmiyyətdə hesablanması tələb olunan pensiya müavinətləri və ya kompensasiya edilən digər mühüm müavinətlər mövcud deyildir.

        2016-cı ildə  işçilərin orta sayı 10189 nəfər, əmək haqqı fondu 49149366,83 manat olmuşdur. Bundan əlavə işçilərə 845308,40 manat mükafat hesablanmışdır. İşçilərin əmək haqqından 11338237,72 manat sosiai müdafiə fonduna ayırmalar hesablanmış və fondunun hesabına 12475420,09 manat köçürülmüşdür. İlin sonuna işçilərə 3183962,87 manat əmək haqqı üzrə borc qalmışdır. İşçilərin əməyinin ödənişi ştat cədvəlinə əsasən hesablanıb kart vasitəsi ilə ödənilmişdir.

 

 

 

                                           GƏLİR VƏ XƏRCLƏRİN TƏHLİLİ

 

          “Azəravtoyol” ASC-nin  2016-cı ildə əsas fəaliyyət növü olan avtomobil yollarının saxlanılması, tikintisi və təmiri işləri yerinə yetirmişdir. Cəmiyyətin əsas fəaliyyəti “Azəravtoyol” ASC özü ilə bağlanmış müqavilələr əsasında aparilir. Cəmiyyətdə müqavilələrin qeydiyyatı aparılmaqla il ərzində cəmi 429747359,41 manat dəyərində iş həcmi yerinə yetirilmlşdir. Cəmiyyətin 2016-cı ildə əsas fəaliyyətdən  gəliri  ƏDV nəzərə alınmamaqla 403914943,54 manat olmuşdur. Əlavə dəyər vergisi 25832415,87 manat təşkil etmişdir. Sair gəlir olmamışdır.

         “Azəravtoyol” ASC-nin  avtomobil yollarının saxlanılması, tikintisi və təmiri xərcləri avtomobil yollarının saxlanılması tikinti və tikinti quraşdırma işlərinin smetalarında nəzərdə tutulan ayırmalar əsasında maliyyələşdirilir.  2016-cı ildə “Azəravtoyol” ASC üzə normativ əsasında 403875905,88 manat vəsait xərclənmişdir.

          “Azəravtoyol” ASC-nin   2016-cı ildə ümumi xərclərin icrası aşağıdakı kimi olmuşdur:

 

Xərcin adı

məbləğ

cəkisi %

Ştatda olan işçilərin əmək haqqı

49149366,83

12,169

Dövlət Sosial Müdafiə Fonduna ayırmalar

9721027,20

2,407

İcbari dövlət sığortası

446314,96

0,111

Dəftərxana və təsərrüfat xərcləri

1081300,00

0,268

İdarənin digər  xərcləri

13479318,00

3,337

İdarənin xərcləri

6709751,37

1,661

Cari təmir

93644089,84

23,186

Mühafizə xərcləri

3046963,13

0,754

Ölkədaxili ezamiyyələr

327571,60

0,081

Xarici ezamiyyələr

238250,00

0,059

Yanacaq və sürtkü materiallarının alınması

47954065,00

11,873

Digər nəqliyyat xidmətləri

7820947,00

1,936

Elektrik enerjisi haqqının ödənilməsi

1556059,00

0,385

Qaz haqqının ödənilməsi

339050,00

0,084

Su haqqının ödənilməsi

167300,00

0,041

Kanalizasiya xidmətləri haqqının ödənilməsi

46690,00

0,012

Kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər  xərclər

173941,54

0,043

Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi

170052,10

0,042

Beynəlxalq telefon danışıqları haqlarının ödənilməsi

80800,00

0,020

Poçt xidmətlərinin ödənilməsi

85966,35

0,021

İnternet xidməti haqqının ödənilməsi

88940,00

0,022

Digər alışlar və xidmətlər

547417,00

0,136

Köhnəlmə

22560532,14

5,586

Sair xərclər

931527,70

0,231

Bank xərcləri

1602205,00

0,397

Kredit və faiz xərcləri

90702192,19

22,458

İş qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər

10000,00

0,002

Digər müavinət və transfertlər

16000,00

0,004

Xammal və material xərcləri

51178267,93

12,672

Cəmi:

403875905,88

100,00

         “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti 2016-cı ildə 39037,66 manat mənfəətlə  işləmişdir. Cəmiyyətin əldə etdiyi mənfəətdən 20 faiz dərəcəsi ilə 7807,53 manat mənfəət vergisi hesablanmış və Cəmiyyətin sərəncamında 31230,13 manat sərbəst mənfəət qalmışdır.

 

 

                          HESABLAŞMA VƏ KREDİT ƏMƏLİYYATI

 

        “Azəravtoyol” ASC uzun müddətlı və qısa müddətli bank kreditləri almışdır. Hesablaşmalar müəssisələrlə bank hesablaşmaları ilə aparılmışdır.

“Azəravtoyol” ASC-nin bank kreditləri üzrə hesablaşmalari aşağıdakı kimidir:  

 

 

İlin əvvəlinə qalıq

Yaranan   borc

Ödənilən

İlin sonuna          qalıq

  borc

 

Uzunmüddətli bank kreditləri

609187826,40

142866229,57

412925943,53

339128112,44

O cümlədən vaxtı keçmiş

 

 

 

 

Qısamüddətli bank kreditləri

4976108,00

46000000,00

46432167,00

4543941,00

 O cümlədən vaxtı keçmiş

       

 

“Azəravtoyol” ASC-nin debitorlarla və kreditorlarla  hesablaşmalari aşağıdakı kimidir:  

 

 

İlin əvvəlinə qalıq

Yaranan  borc

Ödənilən
  borc

İlin sonuna          qalıq

Debitor borclar

           18476879,48  

         55677836,41  

         56774636,94  

          17380078,95  

O, cümlədən vaxtı keçmiş

               328478,40  

                            -    

               250081,10  

                  78397,30  

Kreditor borclar

24428764,35  

         335489469,87  

         336613100,65  

          23305133,57  

O, cümlədən vaxtı keçmiş

                 29372,00  

            2453504,00  

            2447805,43  

                  35070,57  

           

 

 

VERGİLƏR

 

        Cəmiyyət  Azərbaycan Respublikası Vergi Məcəlləsinə müvafiq olaraq, mənfəət vergisi, əmlak vergisi və əlavə dəyər vergisi, muzdlu və muzdlu olmayan gəlirlərdən gəlir vergisi, bu gəlirlərlə əlaqədar sosial sığorta ayırmaları, vergi qanunvericiliyinin tələblərinə müvafiq olaraq sair vergilərin və dövlət rüsumlarının ödəyicisidir.

       “Azəravtoyol” ASC-nin vergilər üzrə büdcə ilə hesablaşmalari aşağıdakı kimidir:  

 

Hesablanıb

Ödənilib

Əmlak vergisi

79887,62

18359,10

Mənfəətdən (gəlirdən) vergi

-1906,77

2572,00

Yeraltı sərvətlərdən istifadə və ətraf mühiti çirkləndirməyə görə ödənişlər

600,00

600,00

Torpaq vergisi (torpaqa görə haqq)

34622,70

28758,10

Əlavə dəyər vergisi

22636753,20

20281626,11

İxrac gömrük rüsumları

501,02

501,02

İdxal gömrük rüsumları

307,00

307,00

Gəlir vergisi

2832837,17

3092120,60

Nəqliyyat vergisi

3360,00

3851,00

Sair vergilər

33407,78

24678,58

İqtisadi sanksiyalar

38943,82

35718,13

Cəmi

25659313,54

23489091,64

     

 

Hesabat ilinin sonuna büdcəyə bütünlüklə  vergilər üzrə borc qalığı qalmamışdır.

 

 

                                               KAPİTALDA DƏYİŞİKLİK

 

  “Azəravtoyol” ASC-nin fondlar üzrə kapitalda dəyişikliyi aşağıdakı kimidir:  

 

Fondların adı

01.01.2016-cı ilə qalıq

Hesabat ilində daxil olub

Hesabat ilində xərclənib

31.12.2016-cı ilə qalıq

 
 
 

Nizamnamə kapitalı

249993907,08

110204689,60

110204660,70

249993936,00

 

Əlavə kapital

6372356625,52

1814975001,87

766864105,66

7420467522,59

 

Ehtiyat kapitalı

44030051,40

2545694,00

8393234,58

38182510,82

 

Keçmış illərin bölüş-məmiş mənfəəti

0,00

6035,70

 

6035,70

 

Yığım fondlarının cəmı

764741,20

83127,60

105153,10

742715,70

 

Icarə öhdəlikləri

13015524,91

 

13015524,91

0,00

 

Sosial sferaların vəsait fondu

22404,80

253,60

 

22658,40

 

Büdcədən məqsədli maaliyyələşmə və daxilolmalar

0,00

521463028,72

518314767,31

3148261,41

 
 

İstehlak fondları

1474068,80

1362494,32

1370895,22

1465667,90

 

Cəmi:

6681657323,71

2450640325,41

1418268341,48

7714029308,52

 

      

          Kapital qoyuluşlarının maliyyələşdirilməsinə büdcədən  691845976,24 manat alınmışdır.

 

 

 

MÜSTƏQİL AUDİTOR  RƏYİ

 

“Azəravtoyol” ASC-nin  rəhbərliyinə

 

 

         Biz , “Azəravtoyol” ASC-nin  31 dekabr 2016-cı il tarixinə təqdim edilən balans hesabatı (konsolidə edilmiş)

         və həmin tarixdə tamamlanan il üzrə mənfəət və zərər hesabatı(konsolidə edilmiş), kapitalda dəyişikliklər hesabatı

        (konsolidə edilmiş)və pul vəsaitlərinin hərəkəti  hesabatından(konsolidə edilmiş), eləcə də  əsas uçot prinsiplərinin

         xülasəsindən və digər izahedici qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

 

Maliyyə hesabatlarının hazırlanması üzrə rəhbərliyin məsuliyyəti

 

        “Azəravtoyol” ASC-nin  Rəhbərliyi hazırkı maliyyə hesabatlarının mövcud qanunvericiliyə uyğun olaraq

          hazırlanmasına və düzgün təqdim edilməsinə görə məsuliyyət daşıyır. Bu məsuliyyətə aşağıdakılar daxildir:

          fırıldaqçılıq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı; maliyyə hesabatlarının hazırlanması və

          düzgün təqdim  edilməsi üçün müvafiq daxili nəzarət sisteminin yaradılması, tətbiq edilməsi və davam

          etdirilməsi; müvafiq uçot siyasətinin seçilməsi və tətbiq edilməsi; şəraitdən asılı olaraq məqbul uçot təxminlərinin

          irəli sürülməsi.

 

Auditorun məsuliyyəti

 

        Bizim məsuliyyətimiz apardığımız auditə əsasən maliyyə hesabatlarına dair rəy bildirməkdən  ibarətdir. Biz auditi  

       Beynəlxalq Audit Standartları əsasında apardıq. Həmin Standartların  tələblərinə görə, biz etik tələblərə əməl etməli

       və auditi elə şəkildə planlaşdırmalı və aparmalıyıq ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin mövcud

       olmamasına kifayət  qədər  əmin olaq.

 

Auditə maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair auditor sübutu əldə etmək üçün prosedurların yerinə yetirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizələrindən, eləcə də fırıldaqçılıq və ya səhvlər nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənib hazırlanması məqsədilə maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, auditə mövcud uçot siyasətinin uyğunluğunun və rəhbərliyin uçot təxminlərinin əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

 

Biz hesab edirik ki, əldə etdiyimiz auditor sübutları rəyimizi bildirmək üçün kifayət qədər əsas verir.

 

 

 

Rəy : Bizim fikrimizcə, təqdim edilən maliyyə hesabatları(konsolidə edilmiş) bütün əhəmiyyətli aspektlər baxımından “Azəravtoyol” ASC-nin  31 dekabr 2016-cı il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini mövcud qanunvericiliyə uyğun olaraq düzgün əks etdirir.

 

 

 

Fəxri Auditor

Elçin  Əliyev

 

Bakı şəhəri, Azərbaycan Respublikası

25.04.2017

 

 

 

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin