Az    |     Ru    |     En
      

 2017-ci ilin 9 ayı ərzində “Azəravtoyol” ASC-nin

yerinə yetirdiyi işlər barədə

M Ə L U M A T 

 

 

2017-ci ilin 9 ayı ərzində uzunluğu 686,3 km olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və  təmir olunub.  

 

  • Respublika əhəmiyyətli -         85,7 km;
  • Yerli əhəmiyyətli -                     522,4 km;
  • Bakı şəhər yolları -                    78,2 km.

 

Ümumi isifadədə olan avtomobil yollarında  və Bakı şəhərində 12 ədəd yeni  körpü tikilib, 10 ədədi isə təmir edilib və 4 ədəd piyada keçidi tikilib.

 

Cari ilin 9 ayı ərzində ümumilikdə Cəmiyyət üzrə 1 165,5 min ton asfalt-beton istehsal edilib, 64,1 min ton bitum və 7,2 min ton mazut istifadə edilib.

 

2017-ci ilin 9 ayı ərzində Prezident İlham Əliyevin  iştirakı ilə layihəsi başa çatdırılmış obyektlərdən 20 avtomobil yolu və 1 körpü  layihəsinin açılış mərasimi keçirilib:

 

- Mart ayının 28-də Saatlı rayonunda uzunluğu 39 km olan Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd;

- Aprel ayının 16-da Yevlax rayonunda uzunluğu 18,0 km olan Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan;

- Aprel ayının 16-da Mingəçevir-Bəhramtəpə avtomobil yolunun uzunluğu 16,5 km olan Mingəçevir-Mingəçevir stansiyası hissəsi;

- May ayının 16-da Bakı şəhərində Pirallahı rayonunun Pirallahı qəsəbəsini sahillə birləşdirən, uzunluğu 422 m olan yeni körpü;

- May ayının 16-da Bakı şəhərində Pirallahı rayonunda Pirallahı qəsəbəsinin uzunluğu 8,0 km olan mərkəzi Səməd Vurğun küçəsinin I dərəcəyə uyğun yenidən qurulması;

- May ayının 30-da Bakı şəhərində Yasamal rayonunda “Sovetski” adlanan ərazidə uzunluğu 7,1 km-dən çox olan yeni tikilən və yenidən qurulan avtomobil  yolları ;

- İyun ayının 14-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən uzunluğu 9,0 km olan yeni avtomobil yolu;

- İyun ayının 25-də Bakı şəhərində Yusif Səfərov küçəsinə paralel salınan uzunluğu 1,1 km olan 3 hərəkət zolaqlı yeni  yolun açılışı.

- Avqust ayının 2-də Bakı şəhərində Pirşağı-Novxanı,  uzunluğu 13,5 km olan 2 hərəkət zolaqlı yeni avtomobil yolu;

- Avqust ayının 2-də Bakı şəhərində Binəqədi-Novxanı-Corat,  uzunluğu 13,7 km olan 2 hərəkət zolaqlı avtomobil yolu;

- Avqust ayının 3-də Balakən rayonunun Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala, uzunluğu 24,5 km olan 2 hərəkət zolaqlı avtomobil yolu;

- Avqust ayının 3-də Qax rayonu Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli uzunluğu 23,5 km olan 2 hərəkət zolaqlı avtomobil yolu;

- Avqust ayının 3-də Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax –Zaqatala hissəsinin 8,6 km-i ,  2 hərəkət zolaqlı;

- Avqust ayının 9-da Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yenidən qurulan “Statistika” dairəsinin, Nəriman Nərimanov prospektinin və Abdulla Şaiq küçəsinin;

- Avqust ayının19-da Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolu, uzunluğu 19,3 km, 2-4 hərəkət zolaqlı;

- Avqust ayının19-da Samux rayonunda Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux uzunluğu 36,5 km olan, 2 hərəkət zolaqlı;

- Avqust ayının 20-də Şəmkir rayonunda, Şəmkir-Yeni Göyçə-Dağ Cəyir, uzunluğu 31,0 km olan 2 hərəkət zolaqlı avtomobil yolu;

-Sentyabr ayının 2-də Cəlilabad rayonunda, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd, uzunluğu 21,2 km olan 2 hərəkət zolaqlı avtomobil yolu;

-Sentyabr ayının 2-də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsi;

-Sentyabr ayının 2-də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsi;

-Sentyabr ayının 24-də Salyan rayonunda Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan, uzunluğu 30,2 km olan 2 hərəkət zolaqlı avtomobil yolu;

                                                  

Prezident İlham Əliyevin sədrliyi ilə 2017-ci ilin10 yanvar tarixində Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, dövlət başçısı iqtisadiyyatın bütün sahələri ilə yanaşı, respublikanın və Bakı şəhərinin avtomobil yollarında yerinə yetirilən işlərdən danışmış və 2 məsələni xüsusi olaraq vurğulayaraq, Cəmiyyət qarşısında konkret tapşırıqlar qoyub.

 

  1. Bakı şəhərində “Keçmiş “Sovetski” kimi tanıdığımız Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının arxasındakı ərazidə təsdiqlənmiş layihənin bu il tam icra edilməsi barədə;

 

  1. 2017-ci ildə  40  kənd və qəsəbələrarası avtomobil yolu layihəsinin həyata keçirilməsi barədə.

 

        

“Sovetski”  layihəsi

 

Bakı şəhəri Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazinin I mərhələdə 26 hektarında yolların salınması və abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur. Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

 

Layihənin icrasına uyğun olaraq, Yasamal rayon İcra Hakimiyyətini köməyi və Maliyyə Nazirliyinin dəstəyi ilə 3827 yaşayış və qeyri-yaşayış sahəsi tikinti altına düşdüyü üçün satın alınması və yaşayış sahəsi ilə təmin edilməsi həyata keçirilib.

 

Sovetski" kimi tanınan ərazidə, birinci mərhələdə 40 hektar ərazi boşaldılaraq, 6 hektar ərazidə 7,1 km uzunluğunda,  asfalt-beton örtüyünün sahəsi 87,6 min m2 təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırılıb və may ayının 30-da cənab Prezidentin iştirakı ilə açılış mərasimi keşirilmişdir.

 

İkinci mərhələdə isə yol qovşaqlarının tikintisi işləri layihəyə uyğun olaraq başa çatdırılıb və ölkə başçısının iştirakı ilə avqust ayının 14-də isə ikinci mərhələnin açılış mərasimləri keçirilib.

 

İlk dəfə olaraq “Azəravtoyol” ASC şəhər əhəmiyyətli bu layihədə bütün yeraltı kommunikasiyaların (su, kanalizasiya, yağış kanalizasiyası, qaz, rabitə, elektrik və s) tikintisini aidiyyəti qurumlarla razılaşdıraraq yerinə yetirmişdir.

 

Belə ki, uzunluğu 5,7 km, d=300-800mm  olan drenaj xətti çəkilib,  onun üzərində 149 ədəd quyu tikilib.

Uzunluğu 1,5 km, dərinliyi 7-8m, d=600-800 mm təşkil edən Mərkəzi Kanalizasiya Kolektoru tikilib. Bu kollektor üzərində 2,5x2,5x5 m ölçülü monolit dəmir beton quyular tikilib.

Uzunluğu 2,6 km qaz xətti, 5,7 km olan su xətti və gələcəkdə abadlaşdırılmış ərazidə lüzumsuz qazıntılar aparılmaması üçün, en kəsiyi 80x100 sm olan 510 m uzunluğunda ehtiyat keçidlər tikilib.. 

Yol tikinti meydançalarında 340,0 min m3 qaya qruntu qazılaraq ərazidən daşınıb, əvəzinə 270,0 min m3 karbonat daşınaraq yol əsasının alt qatının tikintisində istifadə olunub.

Yol əsasının üst layının tikintisi üçün 36,4 min m3 qum-qırmadaş qarışığından istifadə olunub.

Yolların kənarına 11,4 km səki daşı düzülmüş, yeni tikilən səkilərdə 22,8 min m2 sahəyə tamet daşları döşənib.

9 ədəd avtobus dayanacağı quraşdırılıb.

Bu yollara 3 laydan ibarət (8+7+5) 20 sm qalınlığnda  42,0 min ton asfalt-beton döşənib.

Yolların işıqlandırılması məqsədilə - 564 ədəd müasir işıq dirəklərindən istifadə edilib.

 

Nəqliyyatın hərəkətinin təşkili

Yeni yaradılmış Mərkəzi Parkın davamı olaraq Akademik Milli Dram Teatrının arxasında yaradılacaq parkın əlaqələndirilməsi, Füzuli Meydanı ərazisində hərəkətin təşkili məqsədilə Füzuli meydanındakı dairədə nəqliyatın hərəkəti bağlanmış,  Mirzəağa Əliyev və Füzuli küçələrindən istifadə etməklə Səməd Vurğun və Nəriman Nərimanov küçələri arasında nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.

 

Nəriman Nərimanov və Abdulla Şaiq  küçələri tamamilə yenidən qurulması imkan verib ki, “Statistika” dairəsi kimi tanıdığımiz, daima avtomobil tıxacları yaranan dairəni  ləğv edərək nəqliyyatın fasiləsiz hərəkətini təmin edən rahat bir yol qovşağı yaradılsın. Nəriman Nərimanovun heykəlinin ətrafındakı olduqca sərt sola dönmədə ləğv edilib və bir az qabaqda - Nəriman Nərimanov küçəsində yeni dairə tipli yol qovşağı tikilib.  

 

Yaxın vaxtlarda piyadaların  təhlükəsiz hərəkəti üçün Təzə Pir məscidinin qarşısındakı sahədə yeni piyada keçidinin, həmçinin məscidin qarşısındakı 12.6 min m2 sahədə 360 yerlik avtomobil dayanacağı,  müxtəlif iaşə obyektlərinin tikintisi nəzərdə tutulur.

 

 

Respublika əhəmiyyətli,  kəndlərarası və Bakı şəhərinin  qəsəbələr arası

avtomobil yolu layihələri

 

2017-ci ilin 9 ayı ərzində cənab Prezidentin imzaladığı Sərəncamlara uyğun olaraq, respublikanın 48 rayonunda 6 respüblika əhəmiyyətli, 41 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri, bir körpü və yeraltı piyada keçidinin tikintisi layihəsi üzrə  tikinti və yenidənqurma işləri davam etdirilib.

 

Ümumilikdə isə imzalanan sərəncamlara uyğun olaraq 59  layihənin həyata keçirilməsi, 1,7  milyon nəfər əhalinin yaşadığı 548 yaşayış məntəqəsini əhatə edəcək, onların 1401,1 km uzunluğunda rahat avtomobil yollarından istifadə edərək tədarük etdikləri kənd təsərrüfatı məhsullarını (pambıq, barama, tütün və. s) və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan verəcək.

 

Cari ilin 9 ayı ərzində sərəncamlarda nəzərdə tutulan layihələrdən 24-nun icrası başa çatdırılıb.

 

Bu imkan verib ki, 177 yaşayış məntəqəsində yaşayan 738,5  min nəfər əhali 445,5  km uzunluğunda rahat, təhlükəsiz avtomobil yollarından istifadə etsinlər.

 

2017-ci ilin 9 ayı ərzində açılış mərasimi keçirilmiş obyektlərdən əlavə, Yevlax - Zaqatala- Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsinin, Zaqatala şəhəri ərazisində yeralti piyada keçidinin, Sabirabad rayonunda Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı, Tərtər rayonunda Tərtər-Seydimli-Qaradağlı-Sarov, Lənkəran rayonunda Liman-Nərimanabad-Balıqçılar, Cəlilabad rayonunda Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı, Abşeron rayonunda Mehdiabad-Fatmayı-Görədil və Mehdiabad-Digah-Məmmədli,  Göyçay rayonunda Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı, Sabirabad rayonunda Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı (43 km), Şəki şəhərinin Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd (18 km), Bərdə rayonunda Yeni Daşkənd-Umudalılar, Ağstafa rayonunda  Ağstafa-Köçəsgər, həmçinin Biləsuvar rayonunun Əliabad kəndinə gedən (2 km) avtomobil yollarının tikintisi və təmiri işləri başa çatdırılıb.

        

Digər layihələr üzrə yol-təmir-tikinti işləri tərtib edilmiş icra qrafikinə uyğun olaraq davam etdirilir.

 

Bakı şəhəri üzrə

Bakı şəhərində və onun qəsəbələrarası avtomobil yollarında  ümumi uzunluğu 78,2 kilometr olan avtomobil yolu, prospekt və küçə tikilmiş, yenidən qurulmuş və  təmir olunub. Bunlardan Novxanı-Pirşağı avtomobil yolunun tikintisini, Yasamal rayonu ərazisində keçmiş “Sovetski” adlanan ərazidə  və Nəsimi rayonu ərazisindəki Yusif Səfərov küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsini birləşdirən yeni yolların tikintisini, Binəqədi rayonu ərazisindəki Cəfər Xəndan, İbrahimpaşa Dadaşov və  Xətai rayonunda Yusif Səfərov küçələrinin təmirini, Yusif Səfərov küçəsi ilə Fəzail Bayramov küçəsini birləşdirən yeni yolun tikintisini və Süleyman Vəzirov, Araz İsmayılov, Babək prospektinin bir hissəsinin, Sergey Senyuşkin küçəsinin, həmçinin Nərimanov rayonunda Nəcəf Nərimanov və İsmayıl Hidayətzadə küçələrinin təmirini, Pirallahı rayonunda Səməd Vurğun küçəsinin yenidən qurulmasını, yeni tikilmiş Pirallahı körpüsünün giriş və çıxış yollarının tikintisini, Qaraçuxur qəsəbəsində Mədən və Səttar Bəhlulzadə küçələrini birləşdirən avtomobil yolunun, Xəzər rayonunun Şüvəlan qəsəbəsində Lev Starçuk  və s. küçələrin təmirini  göstərmək olar.

 

Cari ilin 9 ayı ərzində Pirallahı rayonunda uzunluğu 422 m olan adanı sahillə birləşdirən yeni körpü, Bakı-Şamaxı yolunda Sulutəpə qəsəbəsi ərazisində 1, Müşfiq qəsəbəsi ərazisində 2 və Pirəküşkül qəsəbəsində 1 yerüstü, Yasamal rayonu ərazisində Hüseyn Cavid prospektində isə 1 yeraltı piyada keçidləri tikilərək əhalinin istifadəsinə verilib.

 

Bundan əlavə, Bakı şəhərinin bütün inzibati rayonları ərazisində avtomobil yollarında, prospekt və küçələrdə 158,4 min m2  sahədə cari təmir işləri yerinə yetirilib.

 

 

   Daxili İnvestisiya hesabına yerinə

yetirilən layihələr

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli, 2017-ci il 05 aprel tarixli  2802 nömrəli, 2017-ci il 20 aprel tarixli  2820 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitdən kəndlərarası və Bakı şəhərinin qəsəbələrarası avtomobil yollarının tikintisi və yenidən qurulmasına, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 64 km-lik hissəsinin yenidən qurulmasına, “Ağ şəhər” layihəsinin davam etdirilməsinə, Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması, ərazinin abadlaşdırılması və məscidi ziyarət edənlər üçün parklanma imkanlarının yaradılması və əhalinin köçürülməsinə, Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi şosesinin birləşdirən 8 hərəkət zolaqlı avtomobil yolunun layihə-smeta sənədlərinin hazırlanmasına və xarici kreditlər hesabına maliyyələşən layihələrdə Azərbaycan tərəfinin payının ödənilməsinə yönəldilib.

 

 

Xarici investisiya ilə maliyyələşdirilən

layihələr 

         

2017-ci ilin 9 ayı ərzində respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına aşağıda göstərilən layihələrdə  işlər davam etdirilmişdir.

 

  1. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda (M-3) həyata keçirilən layihələr:

 

              a) Salyan-Şorsulu hissəsi   ( 55,8-80,6 km)

                             

Layihə Dünya Bankı ilə  imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir.

 

Uzunluğu 24,8 km olan  I dərəcəli yolun tikintisi işlərinə 2014-cü ilin iyun ayında başlanıb.

 

01.07.2017-ci il tarixinə layihə üzrə yerinə yetirilmiş işlər (əvvəlki podratçının gördüyü işlərlə birlikdə)  71,9 % təşkil edib.

 

Tikinti işlərininin 2017-ci ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulub.

                   

          b) Şorsulu-Cəlilabad (80,6÷110,7 km) hissəsi

 

Layihə Asiya İnkişaf Bank ilə bağlanmış Kredit Sazişinə  əsasən həyata keçirilir. Tikinti işlərinə 2015-ci ilin sonunda başlanıb.

 

Tikintinin əvvəlindən 01.07.2017-ci il tarixinə yerinə yetirilən işlər 49,3 % təşkil edib.

 

Layihənin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulub.

 

                  c) Cəlilabad-Masallı (110,7÷142,9 km) hissəsi

 

Layihə Asiya İnkişaf Bankı ilə  imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilib.

 

Uzunluğu 32.2 km olan yolun tikintisi işlərinə 2014-cü ilin mart ayında başlanıb.

 

Tikinti işləri başa çatdırılıb.

     

d) Masallı-Astara (Masallı-Girdəni, km 0÷22,2) A hissəsi

 

Layihə Asiya İnkişaf Bankı ilə  imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir.

 

Uzunluğu 22,15 km olan yolun tikintisi işlərinə 2011-ci ilin fevral ayında başlanıb.

 

Tikinti işləri başa çatdırılıb.

 

                  e) Masallı-Astara (Girdəni-Pensar, 22,15÷41,5) B hissəsi

 

Layihə Asiya İnkişaf Bankı ilə  imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir.

 

Uzunluğu 19,4 km olan yolun tikintisi işlərinə 2013-cü ilin iyun ayında başlanıb.

        

01.07.2017-ci il tarixinə layihə üzrə yerinə yetirilmiş işlər (əvvəlki podratçının gördüyü işlərlə birlikdə)  85,2 % təşkil edib.

 

Tikinti işlərininin 2017-ci ilin sonunda başa çatdırılması nəzərdə tutulub.

                

              z) Masallı-Astara  (Pensar-Astara, 41,5÷61,4 km) C hissəsi

 

Layihə Asiya İnkişaf Bankı ilə  imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir.

 

Uzunluğu 19,9 km olan yolun tikintisinə 2014-cü ilin yanvar ayında başlanıb.

 

01.07.2017-ci il tarixinə layihə üzrə yerinə yetirilmiş işlər (əvvəlki podratçının gördüyü işlərlə birlikdə)  76,0 % təşkil edib.

 

Tikinti işlərininin 2017-ci ilin sonunda başa çatdırılması nəzərdə tutulub.

                

 

  1. Bakı-Şamaxı-Yevlax (M-4) avtomobil yolunun 13,3÷107 km hissəsinin 4 zolağa genişləndirilməsi layihələri:

 

 

         a) Müşviqabad qəsəbəsi ərazisi (13,3-15,1 km)

 

Layihə Dünya Bankı ilə  imzalanmış Kredit Sazişi  çərçivəsində həyata keçirilib.

 

Uzunluğu 1,9 km, texniki dərəcəsi Ib olan yolun tikintisi işlərinə 2016-cü ilin avqust ayında başlanıb.

 

Tikinti işləri başa çatdırılıb.

 

         b) Müşviqabad-Çəngi hissəsi (15,1÷44,6 km )

 

Layihə Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq İnkişaf Asosiasiyası (BİA) arasında  imzalanmış Kredit Sazişi çərçivəsində həyata keçirilir.

 

Uzunluğu 29,6 km olan yolun tikintisinə 2011-cü ilin avqust ayında başlanıb.

 

Tikintinin əvvəlindən 01.07.2017-ci il tarixinə layihə üzrə yerinə yetirilmiş işlər (əvvəlki podratçının gördüyü işlərlə birlikdə)  67 % təşkil edib.

 

Layihənin 2017-ci ilin sonunda başa çatdırılması nəzərdə tutulur.

 

          c) Çəngi-Qobustan hissəsi (44,6÷67,5 km)

 

Layihə Dünya Bankı ilə  imzalanmış Kredit Sazişi  çərçivəsində həyata keçirilib.

 

Uzunluğu 22.9 km olan yolun tikintisi işlərinə 2013-cü ilin avqust ayında başlanıb.

 

Tikinti işləri başa çatdırılıb.

 

          d) Qobustan-Bədəlli hissəsi (67,5÷91,0  km)

 

Layihə Dünya Bankı ilə  imzalanmış Kredit Sazişi  çərçivəsində həyata keçirilib.

 

Uzunluğu 23,5 km olan yolun tikintisi işlərinə 2013-cü ilin dekabr ayında başlanıb.

 

Tikinti işləri başa çatdırılıb.

 

 

  1. Gəncə regionunda 4 ədəd körpünün tikintisi (Ağstafa-Poylu avtomobil yolunda (R-24) 3 ədəd və Poylu-Düzqışlaq-Qazax avtomobil yolunda 1 ədəd).

 

Layihə Asiya İnkişaf Bankı ilə bağlanmış Kredit Sazişinə əsasən həyata keçirilir.

 

Ağstafa rayonu ərazisində Ağstafa-Poylu-Gürcüstan Respublikası dövlət sərhədi ilə (R-24) avtomobil yolinda 3 ədəd körpü, yerli əhəmiyyətli Poylu-Düzqışlaq-Qazax avtomobil yolunda isə 1 ədəd körpü inşa olunur.

 

Tikintinin əvvəlindən 01.07.2017-ci iltarixinə tikinti-quraşdırma işlərinin 89,2 %-i yerinə yetirilib.

 

Layihənin 2017-ci ilin sonunda başa çatdırılması nəzərdə tutlur.

 

 

  1. Mingəçevir-st.Mingəçevir-Bəhramtəpə avtomobil yolunun (R-18) 

yenidənqurulması layihəsi

 

Layihə Avropa Yenidənqurma və İnkişaf bankı (AYİB) arasında imzalanmış Borc Sazişinə yuğun olaraq, həyata keçirilir.

 

Borc Sazişi çərçivəsində Mingəçevir-stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun (R-18) 3 hissədən (154,4 km) ibarət olmaqla bərpası nəzərdə tutulur.

              

          a) Qarağacı-Bəhramtəpə ( 26-137,9 km ) hissəsi

 

Uzunluğu 111,9 km olan yolun tikintisi işlərinə 2016-cı ilin aprel  ayında başlanıb.

 

Tikintinin əvvəlindən 01.07.2017-ci il tarixinə layihə üzrə  tikinti-quraşdırma işlərinin 56,1 % yerinə yetirilib.

 

Layihənin 2018-ci ildə başa çatdırılması nəzərdə tutlur.

 

          b) Aran-Qarağacı (0-26 km) hissəsi

 

Uzunluğu 26 km olan yolun tikintisi işlərinə 2016-cı ilin noyabr  ayında başlanıb.

 

Tikintinin əvvəlindən 01.07.2017-ci il tarixinə layihə üzrə  tikinti-quraşdırma işlərinin 59.5% yerinə yetirilib.

 

Layihənin 2018-ci ildə başa çatdırılması nəzərdə tutlur.

 

 

 

Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı

həyata keçirilən tədbirlər

         

“Azəravtoyol” ASC-nin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasıdır.

 

2017-ci ilin 9 ayı ərzində Bakı şəhərində və respublikanın avtomobil yollarında 2150 ədəd yol nişanları, 825 ədəd məlumatverici lövhə, 10 948 ədəd siqnal dirəkləri,  826 ədəd siqnal bayraqları, 10 090 pm əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 513,5 min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.   

 

Görülən tədbirlərə baxmayaraq, 2017-ci ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 403 nəqliyyat hadisəsi baş verib, nəticədə 5921 pm əyrixətli tirlər, 16 ədəd işıq dirəyi, 11 ədəd yol nişanı yararsız hala düşüb, ümumilikdə  yol təsərrüfatına 504,6 min  manat məbləğində maddi ziyan dəyib, bundan da 285,3 min manatı ödənilib (56,5%), o cümlədən respublika üzrə 235,8 min manat ödənilib ( dəymiş ziyanın 59,1%), Bakı şəhəri üzrə 49,5 min manat ödənilməsi təmin olunub ( dəymiş ziyanın 46,7 %).

 

 

Əməyin mühafizəsinin vəziyyəti barədə

 

“Azəravtoyol” ASC üzrə 2017-ci ilin 9 ayı ərzində işçilərin təhlükəsizliyini, sağlamlığını, iş qabiliyyətinin qorunmasını təmin edən qanunvericilik, sosial-iqtisadi, təşkilati, texniki, gigiyenik və müalicəvi-profilaktik tədbirlər həyata keçirilib, istehsalat sahələrinin, texniki-istehsalat bazalarının, binaların, maşın-mexanizmlərin, qurğu və avadanlıqların texniki-istismar qaydalarına uyğun olaraq istifadə edilməsinə nəzarət gücləndirilib.  

 

Yenidən təşkil edilmiş 7 müəssisə ümün yeni inzibati bina tikilib, işçilər üçün lazım olan normal iş şəraiti yaradılıb. “5 №-li MYİ” MMC (A.Abbasov, Mingəçevir) və 12 №-li XTYİ” MMC-lərin (E.Mürsəlov, Gəncə) idarə aparatları yeni inzibati binalara köçürülüb, inzibati binalar, iş otaqları, giriş-çıxış yerləri yenidən planlaşdırılaraq əsaslı təmir edilib. Müəssisələrin texniki istehsalat bazası yaradılıb,  işçilərin iş şərati yüksək səviyyədə təmin edilib, əmək şəraitinin yaxşılaşdırılması üçün bir sıra işlər görülüb.

 

27 müəssisənin inzibati və yardımçı binaları yenidən təmir edilib, isidici və sərinləşdirici qurğular quraşdırılıb, mebel və texniki avadanlıqlarla, həyətyanı sahələri abadılaşdırılıb, işçilər üçün layiqli iş şəraiti təmin edilib. Hazırda “46 №-li Yİ” MMC-nin (Cəlilabad) inzibati binası da əsaslı təmir edilir, həyətyanı sahəsi abadılaşdırılır.

 

“17 №-li (Göyçay) və 28 №-li (Qazax) Yol İstismarı MMC-ləri, “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-i (Bakı), və “1 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-i (Bakı) əlavə yardımçı binalar tikilib, ərazilərində təmir və abadlıq işləri aparılıb.  43 №-li Yol İstismarı” MMC-nin (Bərdə rayonu) maşın-mexanizm parkının ərazisində yanğından mühafizə üçün müvafiq tikinti və quraşdırma işləri aparılıb.

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin